image_pdfimage_print

Muasir şəraitdə biznes adamının ən böyük problemi əlbəttə vaxtla əlaqəli olan məsələlərdir. Biz öz fikrimizdə qalaraq bir daha qeyd etməliyik ki, uğurlu iş adamı olmaq üçün ailə dəyərləri və ya ailəyə kifayət qədər vaxt ayırmaq lazımdır. Mütləq qaydada iş və şəxsi həyat arasında bir balans, bir sistem olmalıdır. Bu yazıda biz silsilə şəklində yazdığımız Work Life Balance istiqamətində olan növbəti yazımızı Sizinlə bölüşmək istəyirik.

Daha əvvəl ki, yazılarda biz şəxsi həyata daha çox vaxt ayırmaq və ya biznesə xərclənən vaxta bir limit qoymaq yolları barədə söhbət etmişdik. Bu yazıda biz sözü gedən məsələ üçün olan, daha bir üsul barədə danışaceyik. Gördüyünüz işlərdə şəriklərdən, partnyorlardan istifadə etmək olacaq.

Bugün Azərbaycanda şərikli görülən işlərə ciddi bir neqativ yanaşma hiss edilir. Hətta çox zaman belə sözlər eşidirəm: “Mən heç vaxt şərikli iş görmərəm və s.” Biz hesab edirik ki, bu kökündən yalnış yanaşmadır. Həyatda ən vacib xüsusiyyətlərdən biri bölüşmək, paylaşmaq qabiliyyətidir (necə ki, biz Marketinq AİR-ə edirik). Bölüşməyi bilməyən heç kim uzunmüddətli dövrdə nəyin ki, biznesdə uğur qazanmaq ümumiyyətlə xoşbəxt ola bilməz.

Bir yaxın dostumun çox gözəl biz sözü var:”Nəyisə almaq, ilk növbədə nələrisə verməkdən başlayır… qətiyyən əksinə deyil!”. Şərikli işlərdə belədir. Əgər biz biznesi öz həyatımızı rahatlaşdırmaq, işdən, həyatdan həzz almaq üçün ediriksə, partnyorlar bizim üçün həyatı vacibdir. Mən biznesdə mütləq partnyorla işləməyin lazım olduğunu düşünürəm.

Partnyor dediyimiz zaman biz, heçdə bir mənalı şəkildə biznesin açılma mərhələsində investitsiyanı eyni qoyulması barədə danışmıram. Partnyor qismində həmçinin bizim qurduğumuz biznesləri idarə edənlərdə iştirak edə bilər. Amma mütləq vacibdir ki, bu adamlar özlərini şirkətin sahibi kimi hiss etsin. Bu heç bir şəkildə əksinə ola bilməz.

Partnyorluqdan danışdıqda bir məsələnidə əlbəttə diqqətə almalıyıq. Düzgün partnyorluq yalnız maddiyatın deyil, həmçinin məsuliyyətin, vəzifələrində bölüşdürülməsini əks etdirir. Bunu nəzər almaq və riayyət etmək şərtdir.

Eyni vaxtdan bir neçə layihə aparmaq, şəxsi həyata vaxt ayırmaq üçün düzgün qurulmuş partnyorluqlar son dərəcə vacibdir. Heç bir şəkildə şərikli işlər görməkdən qorxmayın. Əksinə çalışın bu tip layihələriniz çox olsun.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close