Böyük həvəs, tükənməz optimizmlə, dostlarımız, Marketinq sevərlər, ölkəmizdə ikinci Milli Marketinq Forumunu başa vurdular. Bu forumun təşkilatçısı kimi, adımın hallanması… mənim üçün həyatda qazandığım ən xoş adlardan biridir. Düşünün – ölkəmizdə Milli Marketinq Forumu dalbadal ikinci ildir keçirilir və biz Sizinlə bu forumu təşkil edirik. Bu super xəbərdi.
Lap uşaq vaxtlarımdan hansısa bir aktivlik etdikdən sonra mütləq qaydada nəticələr çıxarmağın vacib olduğunu bilirəm. Şahmat oynadığım vaxtlar, udduğum və uduzduğum butün oyunları təhlil edirdim. Bu yazıda istəyirəm, keçirdiyimiz ikinci Milli Marketinq Forumu ilə bağlı etdiklərimizi təhlil edim, Sizinlə birlikdə vacib nəticələr çıxarım.