image_pdfimage_print

Mən kinoya getməyi çox sevirəm. Burada həm rahat istirahət edə bilirəm, həmdə kinoteatrda mən rahat düşünə bilirəm. Bu mənə həzz verir. Dünəndə “bazar” günü olduğundan istifadə edib 28 Cinemada edim. Kino son dərəcə maraqlı edi. Zall demək olar ki, tam dolu edi. Düşündüm. Axı necə olur ki, eyni kinoya başqa kinoteatrlarda demək olar ki, 20% yer dolduğu zaman, 28 Cinemada anşlaq olur?! Nədir Sizcə bunun səbəbi? Mən bunun səbəbini kino gedə-gedə çox düşündüm və bu yazıda düşündüklərimi, əmin olduqlarımı Sizinlə paylaşmaq istəyirəm.

İlk əvvəl deyim ki, biletləri onlayn almışdım. Əgər belə etməsəydim… demək olar ki, yersiz qalacaqdım. Zalda kino başlayan kimi, yaxın dostumuz və 28 Cinemanın uğurunda son dərəcə böyük zəhməti olan Rüfət Abbasova SMS yazıb, təbrik etdim. Uğurlu olan işi təbrik etmək, qeyd etmək lazımdır. Yenədə burda başda Rüfət olmaqla, butün 29 Cinema kollektivini ürəkdən təbrik edirəm!

Neysə keçək yazıya. Niyə 28 Cinema bazar bu qədər uğurludur?!

Mən 28 Cinemanın yaxından izləyən biri kimi uğurun 3 əsas səbəbini qeyd etmək istəyirəm. Başlayaq?!

Birinci səbəb – İnsan. Hər nə qədərdə şablon səslənsədə, hər nə qədər hamının bildiyi bir şey olsada (bilmək hələ tətbig etmək deyil) biznes məhz insanlar tərəfindən idarəedilir. İnsanlar (işçilər) biznesi çox gəlirli və müflis edə bilər. 28 Cinema kollektivi ən sadə kassirdən tutmuş, düz TOP rəhbərliyə qədər öz işlərini çox sevirlər, son dərəcə motivasiyalı görünürlər. Bu istər bizim adı kino izləyici kimi orda olduğumuz zaman, istər böyük büdcəli reklam verən olaraq, istərsədə 28 Cinema tədbir keçirdiyimiz zaman hiss edilir. Rüfət müəllim və onun komandası həqiqətəndə burada ciddi işləyir. İşdən həzz alır və son dərəcə yaxşı xidmət göstərirlər. Bu digər kinoteatrlarda yoxdur (!)

İkinci səbəb – İnfrastruktur. Bilirəm ki, orada tez-tez olanlar mənim razılaşar… 28 Cinemada mükəmməl infrastruktur var. İstər foyedə olan WiFi xidməti, istər orada yerləşən restoranlar, istər 28 Mall-a məxsus parkinq xidməti, istərsə kino zallarında olan rahat oturacaqlar, istərsədə ekran və akustika sistemi əlbəttə ki, 28 Cinamanı sektor lideri edir. Hiss edilir ki, ciddi investitsiya qoyulub. Buna baxmayaraq bəzən “biz o qədər varlı deyilik ki, ucuz nesə istifadə edək” məntiqi unudulmamalıdır. 28 Cinema həqiqətəndə bu prinsipi gözəl tətbig edib. Halal olsun!

Üçüncü səbəb – Marketinq. Bəli, bəli. Marketinq. 28 Cinemada olduğu qədər nəyin ki, hansısa kinoteatr hətta əyləncə sektorunda belə heç kim marketinqə sistemli yanaşmır. İstər B2B, istərsədə B2C istiqamətində keçirilən kampaniyalar, tədbirlər kinoteatra güclü maliyyə axını gətirməklə yanaşı, brendin imicini belə yüksək, gəlirli seqmentə qaldırır. 28 Cinema ölkədə ən dəbdə olan əyləncə yerlərindəndir biridir. Bunu komanda düzgün və gözəl bacarıb.

Butün bunlara paralel olaraq Cinemanın PR fəaliyyətidə mükəmməl səviyyədə təşkil edilib. İstər daim KİV-ə verilən press-relizlər, istər orada keçirilən müxtəlif tədbirlər 28 Cinemaya böyük üstünlüklər verir. Brend daha güclənir.

Təsadüfi deyil ki, ölkədə ilk Milli Marketinq Forumu hər il 28 Cinemada keçirilir. Bizim son Marketinq AİR təlimlərimiz burada oldu. Bir çox böyük master-klasslar 28 Cinemada olur və s.

İnanıram ki, tezliklə digər Cinemalarda aktivlik edərlər, axı Bakıda “Kino” sözü “28 Cinema” sözünə alternativ olmalı deyil! Məncə deyil!))

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close