image_pdfimage_print

Vaxtın necə gəlib-keçdiyini bilmək olmur… düşünün ki, artıq iki ildən çoxdur bloqumuz mövcuddur. Mən istədim ki, fürsət varkən (bloqumuzun 500-cü yazısı qeyd edirik ki, axı…) bloqumuz haqqında olan bəzi fikirlərimi Sizinlədə bölüşüm. Bu yazıda mən Sizə bəzi həqiqətləri etiraf edəcəm. Bloqun daimi oxucuları mütləq oxusunlar.

İlk əvvəl qeyd etməliyəm ki, bloqumuzu yaratmaq fikri, Rusiyada bir vaxtlar çox yaxın dostum olan, amma indi yalnız telefonla danışdığım bir marketoloq  (Andrey Rukavişnikov, Baltikanın eks-marketinq direktoru) tərəfindən mənə verilmişdi. Yadımdadır… Moskvada edim və İslama elə FB-a danışmağa başladım. Ondan WordPressdə bloq necə qurmaq olar deyə məsləhət aldım. Sağ olsun, mən Bakıya gələndə artıq www.ilkinmanafov.com domeni alınmışdı. Bu bloqun hazırlanmasında İslam dostumuzun ciddi rolu var. Bir daha burdan təşəkkürlər!

Elə o vaxtda “Karvan yolda düzələr” prinsipi bizim üçün “ali” hesab edilirdi)) Elədə etdik… və bloqda ilk yazımı yazdım. O vaxt heç düşünməzdim ki, mənimdə bloqumda 500 post olacaq. O vaxt heeeç düşünməzdim ki, bizim bloq Azərbaycanda dilində ən oxunaqlı biznes bloq olacaq. O vaxt düşünməzdim ki, mən bloq vasitəsi ilə ozümə çoxlu həqiqi dost, yaxşı biznes-partnyorlar və ya sadəcə networkinq üçün mükəmməl imkanlar əldə edəcəm. Amma nəticə göz qabağındadır! Nəticə demişkən…

  • Bizim bloq heç bir reklam cəlb edilmədən, son dərəcə müsbət oxunma və giriş göstəricilərinə malikdir. Bizim bloqu oxuyurlar (!)
  • Bizim bloqda yazılanlar marketinq, biznes sahəsində ictimaii fikrə təsir edir. Bizim bloqda hesablaşırlar (!)
  • Bizim bloq vasitəsi ilə mən çox saylı məktublar alıram, burada bizdən çox şey öyrəndiklərini deyirlər. Bizim bloq faydalı olur (!)
  • Bizim bloqda yazılanlara əsasən bir çox dostlarımız yeni bizneslər açıblar. Bizim bloq onlara ilkam qaynağı funksiyasında olur. Bizim bloq hərəkətə çağırır (!)
  • Və s. bir sözlə dostlar yaxşı ki, bizim bloq var.

Bundan sonra sual çıxır: Necə olur ki, bizim bloq belə uğurlu olur?! Səbəblər çox sadədir. Bildiklərimi mən deyim, digərləri Sizdən eşidim. Başlayaq?!

  1. Bildiklərimizi və etdiklərimizi yazırıq. Mən istər 10 illik menecer, istərsədə 4 illik sahibkarləq təcrübəmdə gördüyüm və etdiklərim barədə Sizlərlə bölüşürəm. İstər menecerlik təcrübəmdə demək olar ki, sıfırdan başlayaraq Marketinq direktoruna qədər, istərsədə şəxsi biznesdə bir balaca mağazadan 50 nəfərdən çox işçi olan biznesə qədər olan yolda gördüklərim və bildiklərimi Sizlərlə paylaşıram. Demirəm düzgün yazıram, demirəm mütləq belədir. Sadəcə deyirəm ki, bildiyim və etdiklərim budur… yaxşı və ya pis…
  2. Praktika, praktika, praktika və bir-az nəzəriyyə. Biz əslində nəzəriyyə istiqamətində akademik karyera qursaqda, biznesdə praktikanın əhəmiyyətini son dərəcə yüksək qiymətləndiririk. Biz düşünürük ki, MBA, EMBA və ya PhD etməkdənsə, balaca biznes quraraq işləri icra edə-edə öyrənmək daha faydalıdır. Bunu istər MBA, istər EMBA, istərsədə PhD etmiş biri kimi Sizlərə deyirəm. Biz eyni tərzi yazılarımızdada qoruyuruq. Biz praktikadan yazırıq. Qalın kitablardan köçürmürük.
  3. Sadə və mövzuya fokuslanırıq. Biz çalışırıq ki, bir yazıda yalnız, bir mövzu barədə danışaq. Çoxlu və lazımsız tezislərlə çıxış etmirik. Bizim yazılar bir nəfəsə oxunmalıdır. İkinci nəfəs almaq üçün, ikinci yazımız var. Amma bizim bloqu oxuduqda, Siz darıxmalı deyilsiniz. Bunun üçün hər bir bloq postumuz konkret mövzuya və ya tezisə həsr edilir. Bir yazı – bir fikir, bir fikir – bir məntiq.

Əlbəttə, bizim bloqda çoxlu qusurlar var. Biz bunları bilirik. Biz bunların üzərində daim çalışmaq, bloqumuzu Sizin üçün daha faydalı və oxunaqlı etmək istəyirik. Bunun üçün əlimizdən gələni edirik. Buna baxmayaraq bizim bloqda bızi nöqsanlar var, məsələn:

  • Məsələn, bizim bloqda çooooxlu hərf səhvləri olur. Biz bunu bilirik. Bizim bloq qətiyyən dilçilər üçün deyil. Biz burda Sizinlə səmimi söhbət edirik. Maskasız. Necə varıq, eləcədə bloqdayıq. Savadsızlığımızı gizlətmirik. Hətta bundan utanmırıq. Hətta bunu açıq şəkildə deyirik – BƏLİ BİZ YAXŞI YAZA BİLMİRİK. Necə var, eləyikdə!) Vabi-Sabi haqqında oxumusunuzda…
  • Məsələn, bizim bloqda bəzi məntiqsiz məsələlərə radikal mövqe sərgilənir. Tutaq ki, biz Azərbaycanda internet bizneslərin əksəriyyətinin uğuruna inanmırıq. Biz bunu mənasız vaxt və pul itkisi hesab edirik. Niyədə bunu deməyək?! Axı bu işlə məşğul olan adamlara heyfimiz gəlir. Vaxtlarını və pullarını (olan-qala) niyə mənasiz internet startuplara xərcləyirlər?! Ondansa bir sistemli biznes qursunlarda!? Biznesdə bacarmıram yoxdur, bilirsizda…
  • Məsələn, bizim bloqda şəkil yoxdur. Biz bunu bilərəkdən edirik. Bizim bloqda “ət çox, su az” olmalıdır. Ona görə Sizin vaxtınızı alıb, google-ən tapdığımız şəkilləri Sizlərlə bölüşmək istəmirik. Nə var odur, əsas tezislərimizi Sizlərə bir başa çatdırmaq istəyirik. Hər nə qədərdə marketinq və ya marketoloq bloqu olsada… biz öz bloqumuza yönəli heç bir marketinq kampaniyası etmirik. Bizim bloqun marketinqi, marketinqsizlikdir…

Əziz oxucu, sən bu bloqu oxuyursan və əminəm ki, yazdıqlarımız sənin üçün vacibdir. Sənə bir söz deyim… burda yazılan hər bir sözün, hər bir fikrin ilham qaynağı, motivatoru sənsən. Məhz sənə görə biz bu bloqu yazırıq, məhz sənə görə biz bəzən səhər 6-da durub bloq post işləyirik. Biz inanırıq ki, bu sənin üçün faydalıdır. Bizim inanmağımız üçün səbəblər var… ciddi səbəblər.

Məhz sənin yazdığın məktublar, məhz sənin məni şirkətlərdə gördüyün zaman “İlkin müəllim biz Sizin bloquzunuzu oxuyuruq” deməyin, məhz sənin mənə yazdığın e-maillər məndə əlavə emosiya, motiv yaradır. Sağ ol.

Sağ ol ki, bizim bloqu oxuyursan, paylaşırsan və bizə son dərəcə qurur vərəcək e-maillər yazırsan. Sağ ol!

Bu bloq mənim deyil, bu bloq məhz sənin bloqundur. Yazılan hər bir sözün olmasında sənin ciddi rolun var. Sən olmasaydın, bu bloq olmazdı. Sağ ol ki, oxuyursan!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close