image_pdfimage_print

Son vaxtlar bir tendensiyanın şahidi olmuşam – bir qrup “oxumuş” insanlar “alver”, “alverçi” sözlərindən qorxurlar. Onlara elə gəlir ki, “alverçi” intelektual olmayan, mədəniyyətsiz bir insan sinifidir. Əslində bu qətiyyən belə deyil. Daha artığını deyim, marketinq, biznes sahəsində karyera quran və ya qurmaq istəyən biri üçün, alver sözü müsbət haldır. “Alver” sözündən qorxan adamdan nəyin ki, iqtisadçı, biznes adamı hətta cəmiyyətə faydalı biri olması belə şübhə altındadır.

Bizim həyatımız əslində bir-başa olaraq “alverlə” doludur. Ümumiyyətlə nəyisə almaq üçün mütləq “verməyi” bacarmalısan. Bu qayda insan münasibətlərin butün fazalarında aktualdır. Yalnız biznes deyil… butün insan münasibətlərində. Özünüz diqqət edin…

Valideyn uşağa tərbiyə vermək üçün, “alver” prinsiplərindən istifadə etməlidir. Övladlarımızdan tərbiyyə, sevgi görmək istəyiriksə, biz ilk əvvəl özümüz bunu etməliyik. Ailəyə, uşaqlara qarşı sevgi vermək lazımdır. Vermədən, eyni şeyi övladlardan almaq mümkün deyil.

Kiminləsə dostluq etmək, münasibət qurmaq üçün mütləq bu insana qarşı, diqqət, qayğı verməlisən. Bu olmadan dostluq qurmaq çox çətindir. Bu qətiyyən nəyinsə təmanna ilə edilməsi deyil… əsla yox. Sadəcə yaxşı dostluğun birinci prinsipi, almaq üçün mütləq nəyinsə verilməsinin vacibliyidir. Vermədən, dostlardan diqqət almaq çətindir.

Sevgilinlə münasibət qurmaq, sevilmək üçün mütləq sevgi verməliyik. Necə ki, əsl sevgi qarşılıqlı olandır… eləcədə sevgi vermədən, sevgi almaq mümkün deyil. Mütləq, sevgi almaq üçün, sevgi vermək lazımdır.

Hansısa bir yeni işə başlayırsan. Uğur qazanmaq üçün sözü gedən işə, resurs, enerji, əmək sərf etmək lazımdır. Belə olmadan heç bir işdə uğur qazanmaq mümkün deyil. Çox yaxın tanıdığım və yaxşı mənada qibtə etdiyim bir Azərbaycanlı biznesmenin yaxşı dediyi öyrədici söz yadıma düşdü: “Biznesdə uğur qazanmaq üçün, ona mütləq diqqət lazımdır. Diqqət yetirmədiyin biznes, səndən sadəcə “küsə” bilər!”. Dolayısı ilə vermədən almaq olmur.

Mən şahmatla aktiv məşğul olduğum dövrlərdə, gün ərzində 6, bəzən 8 – saata qədər otaqdan çıxmadan şahmatla məşğul olurdum. Düşünə bilirsiniz?! Məhz belə əmək, vaxt, resurs verdiyimə görə mən beynalxalq yarışlarda mükafat alırdım. Şahmata əmək verdiyim üçün, nəticə ala bilirdim. Alver yanı…

Yadıma gəlir German Studio-nı ilk açdığımız vaxtlar bizdən, dəhşətli dərəcədə resurs tələb edirdi. Biz ona heç cürə vaxt resursu verə bilmirdik. Diqqət ayırmağımız çətin edi. Vaxt ayırıb, işin üstündə daha çox olduğumuz zaman biznesdə bizə “nəsə” verməyə başladı… yəni alver oldu!)

Bəs biz hələdə “alver” sözündən niyə çəkinirik?!

Niyə ali məktəblərdə dərsdə professorlarımız… bəzən tələbələrə… “əşi səndən alverçi olacaq” deyir, yəni demək istəyir ki, uşaq savadsızdır. Axı əslində “alver” düzgün insanın həyat prinsipi olmalıdır.

Niyə valideynlər uşaqlarına “alverçi” olmaq olmaz. Oxu adam olur və s. tipli sözlər deyir?! Axı “alverçi” olmasa bu uşaq gələcəkdə özünə yer tapa bilməz!

Niyə bəzən diqloqlardan filankəs “alverçidir” (yəni bu adam cahildir) və s. sözlər deyirik. Axı əslində “alver” sözü bir elmdir. Böyük elm, insanlığı idarəedən bir elm.

Həyatda ən çətin şey və ya əsl insanlıq, nəyisə almadan, nəyisə hələdə dadını bilmədən verə bilmə qabiliyyətidir. İlk olaraq vermə, daha sonra alma bizim edə biləcəyimiz ən dəyərli işlərdən biridir.

Əziz oxucu, heç vaxt almadan verməkdən qorxmayın. Məhz bu xususiyyət bizi digər adi, adamlardan fərqləndirə bilər. Bildiklərinizi paylaşmaqdan, uğurlarınızdan digərlərini qiymətləndirməkdən yaxşı heç nə ola bilməz.

Vermək tərəfinə diqqət edin. Əlimiz nə qədər açıq olsa, düşünürəm Qurban olduğum bir o qədər bizə səxavətli olar.

Birdə Alver sözündən, Alverçi sözündən qorxmayaq. Mən çalışıram Alverçi olum. Ciddi deyirəm, heç vaxt bundan çəkinmərəm. Alverçi olmaq gözəldir!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Efsuslar olsun ki, musteqilliyimizin bu 23 ilinde bizim bezi adamlar helede sovet suurundan uzaqlasa bilmeyibler. Halbuki cox duzgun vurgulayirsiniz biznesin, ticaretin, iqtisadiiyatin esasi alverdir.

  2. Bu sözdən nəinki qorxmaq, bir vaxtlar hətta "alverçi" brendi ilə ticarət şəbəkəsi belə qurmaq istəyirdim. Məncə çox güclü brend alınar! :)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close