image_pdfimage_print

Son vaxtlar istər təlimlərimizdə, istərsədə bloqdan çox saylı suallar meydana gəlir – “Kiçik biznesə necə başlamaq olar?!”. Əlbəttə, bu suala bir-başa cavab vermək mümkün deyil. Amma biz düşünürük ki, bu yazıda Sizlərə kiçik biznesə başlamaq üçün düşüncə, fikir yaratmaq üçün faydalı məlumatlar verəcəyik. Vaxtınızı çox almadan, keçək əsas tezislərə.

Əziz oxucu, biznesə başlamaq üçün ilk əvvəl beynimizdə olan qurxunu ləğv etmək lazımdır. Məhz bundan sonra nədənsə danışmaq olar. Biznes heç bir şəkildə oxuduğumuz kitab sayı, bitirdiyimiz ali məktəblər, PhD nə bilim nə “D” ilə ölçülmür. Biznes sərbəst düşüncə, risk və hərəkət tələb edir. Sahibkarlıq üçün sadəcə və sadəcə hərəkət etmək lazımdır.

Mənim fikrimcə biznesin başlaması üçün insanların qarşısında duran iki əsas maniyə və psixoloji baryer hiss edilir. Bunlar aşağıdakılardır:

  1. Qorxu
  2. Tənbəllik

Bu baryerlərin üzərində daha ətraflı dayanaq.

Qorxu faktoru biznesin ilkin başlandığı dövrlərdə gələcək sahibkar üçün ən böyük baryer, problemdir. Məhz bunun əsasında ilk biznesi qurmaq mümkün olmur. Azərbaycan reallıqlarında qorxu baryerinin 3 əsas istiqaməti var.

  • Müflisləşmək qorxusu. Bu hiss əlbəttə, bizə sovet rejimindən və sahibkarlığın ilk vaxtlarında (1990-1994-cü illərdə) olan kommersiya fəaliyyətinin yaratdığı fasadlardır. O dövrlərdə həqiqətəndə biznesə görə böyük zərbə alan adamlar oldu. Bu təbii edi, struktur yenidən yaranırdı, heç kim biznesin nə olduğunu bilmirdi və s. Butün fəaliyyətlərdə olduğu kimi, biznesdədə səhv atılan addımlar bizi uğursuzluğa apara bilər. Amma bu qətiyyən o demək deyil ki, heçnə etmək lazım deyil və ya biznesə başlamaq olmaz. Necə dəyərlər, qorxan gözə çöp düşər. Altından qalxa biləcəyimiz çapda açılan bizneslər heç bir şəkildə müflisləşmə qorxusu altında açılmalı deyil. Ən azı biz düşünməliyik ki, işimiz alınmasa bu bizə gözəl təcrübə olacaq və s.
  • Əlimdən alarlar qorxusu. Əslində bu mərhələdə bizə keçid dövründə olan məsələlərə görə yadımızda qalıb. Müstəqilliyimizin ilk illərində kiçik və orta sahibkarlıq daim istər məmurlar, istərsədə qeyri-qanunu adamlar vasitəsi ilə təqibə rast gəlib. Bugün ölkədə kiçik və orta sahibkarlıq üçün demək olar ki, mükəmməl bir şərait var. Kiçik biznes, heç kim üçün maraqlı deyil. Ona baş qoşmaq istəyən yoxdur. Buda o deməkdir ki, sahibkarlıq fəaliyyətinə maniyə çox aşağıdır. Bizim (gələcəkdə Sizin) biznes hələ kiçik olduğuna görə bu güclü adamlara maraqlı deyil. Biznes böyüdükdə isə, biznes sahibinin özüdə güclü adam olur və s.
  • Biyabır olmaq qorxusu. Sonuncu olsada şuur altında yatan ən vacib qorxu amillərindən biridir. Yeni biznes açmaq istəyən adam daim olaraq “Birdən alınmasa nə olacaq?!” suallını deyir. Bu biznes üçün böyük maniyədir. Bu hissləri aradan qaldıran adamların biznes aça bilmə məntiqi çox tez və sistemli olur. Bu qorxu faktorunu aradan qaldırmaq lazımdır.

Sahibkarlıq fəaliyyətinin ikinci maniyəsi əlbəttə tənbəllikdir. Əziz oxucu, inanın səmimiyyətimə mən çox tənbəl adamam… AMMA məndəndə tənbəl adam göründə şoka düşürəm. Bilirsiz nə qədər tənbəllər var!? Tənbəlliyin sahibkarlığa zərbə vuracaq formaları aşağıdakılardır:

  • Vaxtım yoxdur. Bilirəm Sizdə belə sözlər eşidirsiz… “Vaxtım yoxdur”, “İşin çoxdur”, “Qoy filan şey bitsin…”. Siz belə etmirsiniz ki?! Etməyin. İnanın mənə vaxtım yoxdur deyən adamların çoxunun gördüyü işləri öyrənsəniz görəcəksiniz ki, onlar heç nə etmirlər. Tam əksinə vaxtım çoxdur deyənlər, daim nəsə edirlər. Vaxt hər zaman var. Sadəcə kimlərsə bunu tapır, kimlərsə olan-qalan vaxtlarınıda “vaxtım yoxdur” sözləri ilə itirir.
  • … olsun edəcəm. Bu tənbəlliyin xüsusi formasıdır. Bu adamlara elə gəlir ki, nə vaxtsa hər şey mükəmməl olacaq… və onda artıq onlar öz bizneslərini quracaqlar. Gözləməyin. Heç vaxt, hər şey mükəmməl olmayacaq. Nələrisə başlamasınız, nələrsə düzəlməyəcək. Karvan yolda düzələr. Mükəmməllik dalınca qaçmayın. Bu bizə heç vaxt mükəmməl icra imkanı verməyəcək.
  • Daha yaxşı ideya axtarır. Biz hər zaman demişik, burdan bir dahada deyirik… Biznesdə ideyanın dəyəri çox aşağıdır. Əsas icradır. Nə Facebooklar, nə Gillette, nə Mersedes, nə də digər brend bugün ideyasına görə bazarda lider deyil. Qətiyyən deyil. İcra, icra və bir daha icra. Nədənsə başlayın. İdeya özü mükəmməlləçəcək.

Əziz oxucu, mən düşünürəm kiçik biznes başlamaq üçün, sadəcə başlamaq lazımdır. Digərləri özü gələcək. Siz hələdə nəyisə gözləyirsiz!?

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Heftenin Videosuna aid olaraq bizde ki, monopolizim saglam olsa pis olmaz. Yeni olkeye idxal olunan mallarin olkede istehsali varsa ona dovlet seviyesinde rusum qoyula biler. Olkede daxili bazari ve istehsal sahesinde olan is yerlerinin qorumaq namine bu yola getmek olar. Amma diger terefden 1 sexs idxal ede bilir digerleri yox bu yol verilmezdir. Eger o sexs dilerdise o basqa mesele.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close