image_pdfimage_print

Sektorundan asılı olmayaraq istənilən biznes özündə zəncirvari formada birləşmiş olan müxtəlif komponentlərdən, biznes vasitələrindən ibarətdir. Maraqlı məqam burasındadır ki, bu elementlər eyni güclü, eyni həcmli olduğu halda daha yaxşı hərəkət edir – biznes inkişaf edir. Tam əksinə əgər bu elementlərin istənilən biri, digərinə görü daha böyük və ya balaca olarsa ümumi sistemdə problem yaşanır – elementlər bir-birləri ilə zəncirvari formada əlaqədə olurlar. Dediklərimi açıqlamağa çalışım.

Düşünün ki, hansısa bir şirkətdə marketinq departamenti xaricdə təhsil almış, sektorda uzunmüddət təcrübəsi olan bir komanda vasitəsi ilə idarəedilir. Marketinq “irəli gedir”. Yeni konseptlər hazırlanır, reklam kampaniyaları düşünülür, brend-buk və s. Şirkətdə marketinq irəli gedir… AMMA və LAKİN… bu şirkətdə digər strukturlar elə “dədə-baba” qaydası ilə işləyir. Məsələn, istehsal imkanları məhdud qalır, anbarlaşma prosesi bərbad vəziyyətdə olur, planlama zəif olur və s. Sizcə şirkətdə marketinqin inkişafı lazımdırmı?

Məncə qətiyyən lazım deyil. Biznes yalnız bütöv şəkildə olduğu zaman sistemləşə, inkişaf edə bilər. Yuxarıda sözü gedən keys yalnız marketinq komandası üçün yaxşıdır. Amma biznes, şirkət üçün heç bir faydası yoxdur. Hətta bu ziyandır. Necə ki, zəncirin hansısa bir elementi digər elementlərin qopuq formada olduqda ümumi dəsti-xətt pozulur, eləcədə biznesdə hər bir struktur vahid inkişaf etməlidir.

Sizlərə bir yerli və bir xarici misallar verməklə biznesdə “zəncir” qanununun necə işlədiyini əsaslandırmaq istəyirəm.

Misal №1. Almalı market. Bir vaxtlar Bakıda Almalı supermarketləri var edi. Mən düşünürəm ki, Azərbaycan pərakəndəçiliyi bugün olan inkişafına görə o brendə borcludur. “Evə bir şey lazımdır?” sloqanı ilə ölkəmizə yeni alış-veriş standartı gətirən ilk brend, bugün yoxdur. Səbəb? Sizcə niyə yoxdur? Səbəbi bizim söhbət etdiyimiz “zəncir” qanununu gözləməməyidir. Almalı-da super marketinq, gözəl yer seçimi strateqiyası var edi. Buna baxmayaraq planlama, loqistika sistemi bərbad edi. Başqa sözlə desək, marketinqlə planlama arasında uçurum var edi. Nəticədə biznes məhv oldu. Bugün Almalı yoxdur.

Misal №2. Nokia. Şirkətin son dərəcə güclü brendi, mükəmməl istehsal imkanları var edi. 2004-2008-ci illərdə Nokia dünyanın ən güclü mobil telefon brendi hesab edilirdi. Şirkətdə son dərəcə sistemli brend idarəetmə ilə yanaşı, istehsal və distribyusiya prosesi düzgün idarəedilirdi. Buna baxmayaraq Nokia heç bir şəkildə yeni məhsulların vaxtında və düzgün bazara çıxarılmasına bərbad vəziyyət almışdı. O vaxtlar, Samsung, Apple kimi şirkətlər bazara tez-tez yeni modellər verdikləri halda, SmartPhone, TouchScreen bazarında olan yenilikləri nəyin ki yaradır, ümumiyyətlə təqib edilmirdi. Nəticədə brend öz dəyərini tam itirdi və biznes müflisləşmə həddinə gəldi. Səbəbi Sizində artıq bildiyiniz kimi, şirkətin strukturları arasında olan disproporsiya edi. ArGe hara… brendinq hara. Fərqlər çox böyük edi.

Özünüz düşünün: hansısa əlaqəli iki işin bir-birindən fərqli olması heç bir şəkildə istədiyimiz sonluğu gətirmir. Biznesdə düzgün idarəedilmə və ya davamlı inkişaf edən struktur formalaşdırmaq üçün, heç bir şəkildə zəncirdə eyni olan struktur və ya funksiyanı saxlamaq olmaz. Mükəmməl marketinq olmaqdansa, planlama ilə eyni işləyə biləcək sistem lazımdır. Mükəmməl ArGe yaratmaqdansa, fabrikin imkanları ilə uyum yarada biləcək stuutura ehtiyyac var. Heç bir şəkildə struktur bölmələri arasında fərqlərin yaranmasına imkan verməyin.

Əziz oxucular, çox təəsüf ki, bugün zəncir qanunu Azərbaycanda olan bir çox bizneslərdə qorunmur. Hətta yeni tikilən və yaradılan biznesləri belə təhlil etdikdə eyni şeyi müşahidə edirik.

Məsələn, Sizcə bahalı avadanlıqlar alıb, işçiləri bu avadanlıqlarda işləməyi tam öyrətməməklə biznes irəli gədə bilərmi?

Məsələn, Sizcə ölkəmizdə teartların inkişafını düşünüb… bahalı səs, işıq sistemləri qurmaq, amma aktyorların baza ehtiyyaclarını ödəyi biləcək əmək verməməklə, səhnəmiz inkişaf edə bilərmi?

Məsələn, Sizcə Avropanın bahalı klublarının sponsoru olaraq ölkəmizin adını yazmaqla yanaşı, ölkənin sistematik brend mövqeylənməsini qurmamaq effekt verə bilərmi?

Əlbəttə verə bilməz. Biz düşünürük ki, hansısa bir işdə uğur qazanmaq üçün iştirak edən butün elementlər eyni güclü və ya sadəcə uyumlu olmalıdırlar.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Umimilikde bizim olkede yerli sirketlerde managment ve marketing problemi var. Ona gorede bir cox sirketler bazarda cox az muddet fealiyyet gostrirler.

    Fikirlesin oz cell phone istehsal eden sirketimiz olsaydi Meselen: Kur Electronics. Hamimiz Kur mobil telefonundan istifade etseydi ne ela olardi. Olkeden her il milyardlarla dollar idxal mallarina gore gedir.

    Asiya menseli olan sirketler Qerb sirketlerini teqib edirler ve tekrarlayirlar lazim olarken oradan mutexessislerde devet edirler. Ona gorede hemise zemane ile texnologiyada ayqlasirlar.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close