image_pdfimage_print

May ayı bizim üçün ciddi əhəmiyyət daşıyır… bu ay biz Azərbaycan Marketinq tarixində növbəti səhfəni yazacağıq. Vaxtınızı çox almadan keçək əsas məsələyə, DEMƏLİ BELƏ…

Deməli belə – bizim forum iki gün olmaqla, 29-30 may tarixlərində, həftənin dördüncü və beşinci günləri keçiriləcək. Forumun iş gününə təsadüf etməsi düşünülmüşdür. Biz istəyirik ki, bizim forumda öz vaxtlarını milli marketinqdə nələr baş verdiyini bilmək üçün xərcləyən adamlar gəlsin. Düşmənlər bizə lazım deyil!)

Deməli belə – bizim forum 28 Cinemada keçiriləcək. Cinemanın ən böyük zalında. Sizə səmimi deyim, başda yaxın dostumuz Rüfət müəllim olmaqla butün 28Cinema komandasına dərin təşəkkürümü bildirmək istəyirəm. Elə indidən hiss edilir ki, butün komanda ilə ciddi işləyirlər, sağ olsunlar. Bizim foruma ciddi dəstək verirlər.

Deməli belə – bizim forumda toplam olaraq 6 panel olacaq. Hər paneldə 4 spiker və bir moderator olmaqla biz forum müddətində 30 təqdimat dinləyəcəyik!!! Bu superdir. Müqayisə üçün deyim, keçən ilki tədbirimizdə bundan iki dəfə daha az adam var edi.

Deməli belə – bizim forumda biletimizə hər şey daxil olacaq. Daha doğrusu:

  • iki gün ərzində forumda keçirilən butün tədbirlərdə iştirak;
  • spikerlərlə tanışlıq və mükəmməl networkinq imkanları;
  • forum müddətində soyuq içkilər və əlbəttə ki, tam ödənişsiz lunche təminat (yeməklər çox dadlı olacaq, bizə belə söz veriblər!)))
  • forum çərçivəsində promo-hədiyyələr və forumun gündəliyini əks etdirən çap materialları;
  • forumda konkret sözü gedən mövzular üzrə müzakirə və sual-cavab imkanı;
  • və hələ planlaşdırılan, amma son dərəcə maraqlı olacaq xüsusi dəyərlər və çoxlu “və s.”-lar.

Deməli belə – Siz bilirsiniz ki, Milli Marketinq Forumu digər bizim tədbirlər olduğu kimi, heç bir şəkildə kommersiya layihəsi deyil. Biz bu tədbirləri tamamiylə öz daxili gücümüzə və dostların köməyi ilə həyata keçiririk. Sizə məsləhətim biletləri təcili şəkildə əldə edin. Birinci forumda olduğu kimi bilet qıtlığı ilə mübarizə aparmayın. Biletlərimizin qiymətləri son dərəcə demokratik və “kasıb” dili ilə desək “su qiymətinədir”. Daha konkret desək:

  • 01-08 may qədər biletlərin qiyməti 40 manat;
  • 08-14 may qədər biletlərin qiyməti 50 manat;
  • 15-21 may qədər biletlərin qiyməti 60 manat;
  • 22-28 may qədər biletlərin qiyməti 70 manat.

Deməli belə – Siz bilirsiniz belə tədbirin keçirilməsi son dərəcə böyük əmək və vaxt sərfiyyatı ilə müşahidə edilir. Hətta, spikerlik belə bu tip tədbirlər üçün son dərəcə çətin və ağrılı prosesdir. Bu mənada spikerlər komandamız həqiqətən çox böyük əmək sərf edirlər. Sağ olsunlar. Hər spiker özünə ayrılacaq vaxt çərçivəsində daha yaxşı prezentasiya etmək üçün maksimum çalışır. Sağ olsunlar!

Sonda Sizə deyim ki, Milli Marketinq Forumu bizim hər birimiz üçün son dərəcə vacib və əhəmiyyətlidir. Ölkəmizdə iqtisadiyyatın, marketinqin, biznesin inkişaf etdirilməsi bir-başa olaraq cəmiyyətin daha azad düşünməsi üçün düzgün bir zəmindir. Biz buna çox inanırıq. Biz bunun üçün çalışırıq. Düşünürük ki, nesə alınacaq. Yox səhv dedim… biz əminik ki, ildən-ilə marketinq Azərbaycanda dahada inkişaf edəcək.

Hamınızı Milli Marketinq Forumunda görmək arzusu ilə…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close