image_pdfimage_print

Çox vaxtınızı almadan deyim ki, deyirlər Milli Marketinq Forumu Super olacaq. Baxaq görək niyə belə olacaq?!

Əslində bu rolikdə biz bir çox obrazlar görürük… AMMA bizim forumda yalnız bir obraz var. Ölkədə marketinqin inkişafını istəyən adamlar. Bəs deyirlər niyə super olacaq?!

#DeyirlərkiSuperOlacaq – bu forumda Azərbaycanda demək olar ki, marketinqlə maraqlanan və ya marketinqi sevən hamı birlikdə olacaq. 260 iştirakçı (!)

#DeyirlərkiSuperOlacaq – bu forumda 30 spiker olmaqla ölkəmizdə marketinqi butün aktual sahələri müzakirə ediləcək. Marketinqsiz mövzu olmayacaq.

#DeyirlərkiSuperOlacaq – keçən il ilk dəfə edilən Milli Marketinq Forumu indi daha təkmilləşdirilmiş formada keçirələcək. Təcrübə, təcrübələndirir.

#DeyirlərkiSuperOlacaq , axı bu forum heç bir şəkildə İlkinlər, Anarlar, Rafiqlər… tərəfindən deyil, butün marketinq icması tərəfindən keçirilir. Güc – birlikdədir!

#DeyirlərkiSuperOlacaq – çünki forumda olan butün prezentasiyalar ən azı bir aydır ciddi şəkildə seçilir, hazırlanır. Uğurlu prezentasiya güclü hazırlıqdan başlayır (!)

#DeyirlərkiSuperOlacaq mən hələ bu qədər həyacanlı olduğum tədbir xatırlamıra. Biz az qala səhərə qədər Milli Marketinq Forumunun üzərində çalışırıq. Zəhmət olan yerdə, uğur özü gəlir.

#DeyirlərkiSuperOlacaq bizim çox güclü dəstəkçi dostlarımız var. İstər 28Cinema, istər Uptime, istər Buissnes İnsight şirkəti (Rəkam müəllimə burdan salamlar), istərsədə korporativ və fərdi şəkildə bilet alan dostlarımıza bizimlədir.

#DeyirlərkiSuperOlacaq çünki biletlər keçən forumla müqayisədə daha tez alınır. Bu o deməkdir ki, bizim forum maraqlıdır. Biz sevinirik ki, maraqlı nəsə edə bilirik.

#DeyirlərkiSuperOlacaq biz Forumun maksimum faydalı olması üçün, panellər arası networking imkanları quracağıq. Bununla hamı bir-biri ilə daha tez tanış ola biləcək.

#DeyirlərkiSuperOlacaq çünki bu işə biz, Siz, SƏN ürəyimizi qoyuruq. Axı istək və iş olan yerdə yaxşı işlər görmək olur.

#DeyirlərkiSuperOlacaq axı necə super olmaya bilər?! Hamımız ölkəmizin inkişafı üçün nələrisə etməlidir. Marketinqi ölkədə biz inkişaf etməliyik. Bizdən başqa bunu kim edə bilər?! Kim etməlidir. Bilirsiz dostlar…

Kimlərsə, bunu sadəcə danışmaqla, kimlərsə nələrisə etməklə edir.

Kimlərsə Milli Marketinq Forumunda iştirak etməyi, “yekəxanalığından” imtina etmək istəyir, kimlərsə öz “egosunu” kənara qoyub Marketinqin inkişafı üçün öz töhvəsini verir.

Kimlərsə elementar olaraq bilet almaqla Milli Marketinqə dəstək olur, kimlərsə qıraqdan baxıb kinayəli gülüş verir.

Kimlərsə bizə zəng edib, nə dəstək verə bilərəm deyir… kimlərsə qıraqdan bizim dalımızca danışır… AMMA vacib olan bir məsələ var.

Kim nə deyirsə desin, kim nə düşünürsə düşünsün, kim nə arzulayırsa arzulasın… biz edirik. Biz Sizinlə birlikdə ölkəmizdə ikinci Milli Marketinq Forumunu edirik və ən əsası… biz bunun Super olması üçün maksimum çalışırıq…

Siz necə düşünürsüz, #SuperOlacaq ?!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close