image_pdfimage_print

Dünyada nəhəng bizneslərə sahib olan şirkətlərə nəzər salaq. Hər birində ciddi korporativ mədəniyyətin olduğunu və bu mədəniyyətin şirkət işçilərinin az qala qanına işlədiyi hiss edilir. Məsələn, Daimler AG (Mersedes brendi) işçilərinin avtomobil sərgilərində belə özlərini fərqli aparırlar və ya Red Bull işçiləri müştərilərlə danışığı fərqlidir. Coca-Colanın distribyusiyada etdiyi yeniliklər yalnız bu işçilərə məxsusdur və s. Mən şahidi olmuşam o şirkətlər ki, böyüdükcə özlərinin təməl simalarını, korporativ baxışlarını dəyişmir, gələcəkdə böyük bizneslərə çevrilir. Korporativ simalarını dəyişən şirkətlər çox nadir hallarda sektor lideri və ya ciddi biznes qura bilirlər. Biz düşünürük ki, korporativ mədəniyyət hər bir şirkətdə həyatı əhəmiyyət kəsb edir. Bu haqda fikirlərimi Sizlərlə bölüşmək istəyirəm.

İlk əvvəl gəlin korporativ mədəniyyət anlayışına açıqlıq gətirək. Korporativ mədəniyyət dediyimiz zaman şirkət daxilində və xaricində baş verən proseslərə göstərilən münasibətlərin vəhdəti başa düşülür. Başqa sözlə desək, korporativ mədəniyyət şirkət əməkdaşlarının konkret mövzulara göstərdikləri reaksiyadan ibarətdir. Məsələn, hansısa bir problemli məsələnin həlli və ya hansısa bir xoş hadisəyə olan reaksiya və s.

Çox vacibdir ki, şirkətin baza dəyərlərə qarşı olan münasibəti daimi və düzgün olsun. Məsələn, mənim bildiyim və gördüyüm bir neçə şirkətin müxtəlif xasiyyətləri və korporativ qaydaları barədə Sizlərə məlumat verim.

  • Yadıma gəlir Siemens AG iş təcrübəsində olduğumuz vaxtlar şirkətin TOP menecmenti ilə görüşmək üçün heç bir maniyə və ya hansısa bir burokratik əngəl yox edi. Siemensdə ranqından asılı olmayaraq ofis daxilində hamının otağına girmək mümkün edi.
  • Google ofisində kabinet anlayışı yalnız mühasibatçılıqda və CEO-da var. Qalın heç bir əməkdaşın kabineti yoxdur. Buna baxmayaraq iclas otaqlarında işçilər çox nadi hallarda görüşür. Mövzu üzrə müzakirə daha müxtəlif işmilərin masasında olur. Mən bunu istər Google Moskva istər Google Munichdə görmüşəm.
  • Bir vaxtlar çalışdığım Embawood şirkətində istənilən işçi fabriki gedirdisə orda bişirilən yeməkdən yeməli edi. Ümumiyyətlə Emba-da belə bir prinsip var edi: çalışdıqları yerdən asılı olmayaraq (istər Gürcustan, istər Ukrayna, istərsədə hansısa rayonda olan balaca mağaza) mütləq qaydada birinci görüləcək iş, yemək yeyilməsi üçün şəraitin yaradılması olurdu. Bu şirkətin bir xasiyyəti, korporativ alışqanlığı edi.
  • FAB boyaya getdiyim zaman diqqətimi çəkən məqamlardan biri, şirkət sahibinin yeməyi özü götürməsi (xidmət edən olmur, özü növbədən yemək alır) və hamı ilə birlikdə yeməsi oldu. Maraqlı görünürdü… FAB kollektivinə buradan salamlar!

Belə misalları davam etdirmək olar. Amma burada bir problem var. Çox vacibdir ki, şirkət yaratdığı korporativ mədəniyyəti daimi və stabil saxlaya bilsin. Şirkətin böyüklüyündən asılı olmayaraq, çox vacibdir ki, sistem saat kimi işləsin. Belə olmadığı halda şirkət əməkdaşlarında demotivasiya yaranır. Ümumiyyətlə şirkətlərdə korporativ mədəniyyətin axsaması ilk baxışdan hiss edilməsədə gələcəyə doğru çox böyük problemdir.

Korporativ mədəniyyətdə heç bir şəkildə yalan ola bilməz. Məsələn, hansısa şirkətdə ilin əvvəlində söz verilən bonusun gecikməsi və ya işçinin işə götürüldüyü vaxt söz verilən əmək haqqının verilməməsi (nəyin ki, əmək haqqı…) motivasiyanın cəlladı hesab edilə bilər.

Bugün Azərbaycanda buna diqqət edən şirkətlərin sayı çox azdır. Bununla yanaşı korporativ mədəniyyətə sistemli yanaşanlar tezliklə güclü işçi motivasiyası ilə öz sektorlarda yüksək məhsuldarlıq göstəricilərinə nail ola bilərlər. İlk olmağın üstünlüklərindən istifadə etmək vacibdir.

Biz düşünürük ki, istənilən şirkətdə mütləq qaydada düzgün və səliqəli işləyən korporativ mədəniyyət sistemi olmalıdır. Heç vaxt söz verilən nəyisə gecikdirmək olmaz. Heç vaxt korporativ qaydalardan nəyisə zəiflətmək olmaz. Həcmindən, çalışdığı sektordan asılı olmayaraq, hər bir şirkətdə düzgün və sistemli işləyən korporativ mədəniyyət prinsipləri olmalıdır. Hesab edirəm ki, kadrlara, insanlara, korporativ mədəniyyətə qoyulan investitsiya hər zaman əsaslı olur və ən rentabelli istiqamət hesab edilir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close