image_pdfimage_print

İkinci Milli Marketinq Forumunun keçirilməsinə yavaş-yavaş yaxınlaşırıq. İstədim dəyərli bloq oxucları üçün mənim moderator olacağım forum barədə məlumat verim. Beləliklə forumun panelləri barədə silsilə yazılara başlayıram. Birinci yazı, öz panelimiz haqqında olacaq.

Sizində bildiyiniz kimi, Milli Marketinq Forumu sayca ikinci dəfə keçirilsədə bu dəfə olan forum çox fərqli və bəzi yeniliklərlə doludur. Məsələn, biz bu dəfə 6 fərqli panellə ölkədə olan marketinqi 360 dərəcə əhatə etmək istəyirik. Bunun üçün hər paneldə 4 spiker və 1 moderator olmaq şərti ilə forumu 6 hissəyə (panelə) bölmüşük.

Forumumuz 28 Cinemada may ayının 29-30 keçiriləcək. İştirakçılara sertifikatlarla yanaşı, tam paket marketinq dəstəyi təqdim ediləcək. Heyf ki, bizim dövrlərdə belə forumlar, tədbirlər yox edi… indi marketoloqlar üçün mükəmməl imkanlar var. Biletləri 28 Cinemanın kassalarından və ya onlayn formada əldə etmək olar. Neysə… keçək bizim panelə.

Panelimizin adı – müştəri davranışlarında yeni trendlərdir. Spikerlərimiz aşağıdakı dostlarımız olacaq:

  • Firdovsi Xəlilov, Yeni Həyat
  • Könül Bilalova, TİMWE
  • Vüsal Nağıyev, Kapital Bank
  • Reşad Camal, Shopera.

Paneli mən, İlkin Manafov moderator kimi ğızışdıracam. Düşünürəm ki, əminəm ki, bizim bu paneldə Azərbaycanda istehlakçı davranışları ilə bağlı olan fikirlər düzgün formada izah ediləcək. Qeyd etməliyəm ki, bugün həqiqətəndə Azərbaycan istehlakçısı öz davranışlarında ciddi dəyişikliklər formalaşdırır. Hər sahədə… hər məsələdə, artıq Azərbaycan istehlakçısı fərqli formada çıxış edir.

Vacib deyil, bu özünü bank məhsullarında, pərakəndəçilikdə və brendlərə baxışda göstərir. Bugün biz marketoloqlar üçün bu trendləri vaxtında müşahidə etməklə yanaşı, müştəri davranışlarına əsasən yeni trendlər formalaşdırmaq son dərəcə vacibdir. Rəqabət üstünlüyünün artırılması üçün bu marketoloqların təsirli silaha çevrilə bilər.

Mən çalışacam ki, paneldə spikerlərimiz və forum iştirakçıları arasında rahat kommunikasiya qurulsun. İştirakçılar öz fikirlərini rahat ifadə edə bilməli və əlbəttə ki, düşündürən suallara cavab tapmalıdırlar. Bu bizim üçün vacibdir. Bizim Milli Forumun keçirilməsində əsas məqsədimiz marketinqi Azərbaycanda dahada inkişaf etdirməkdir. Bunun yolu nədir? Əlbəttə ki, bunun yolu sahibkarların, biznesin marketinqin əhəmiyyətini real olaraq qəbul etməsidir. Buna nail olmaq üçün bizdə güclü marketoloqların sayı çox olmalıdır. Olacaqda!

Əlbəttə biz qoyduğumuz hədəflərə çatmaq üçün əlimizdən gələni edəcəyik. Çətindir… amma alınmayacaq iş yoxdur, düzdür?!

Forumda mənim sözü gedən istiqamət üzrə prezentasiyam olacaq. Burada mən ümumi olaraq Azərbaycan istehlakçısının hardan, hara gəldiyini göstərməyə çalışacam. Bir sözlə marketinqdə dəyişməz amil olan “istehlakçı hər zaman vacibdir” amilinin üzərində son dərəcə faydalı bir panelimiz olacaq. Düşünürəm ki, maraqlı olmalıdır.

Hər birinizi 29-30 mayda Milli Marketinq Forumunda görmək ümidiylə… görüşərik!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close