image_pdfimage_print

Böyük həvəs, tükənməz optimizmlə, dostlarımız, Marketinq sevərlər, ölkəmizdə ikinci Milli Marketinq Forumunu başa vurdular. Bu forumun təşkilatçısı kimi,  adımın hallanması… mənim üçün həyatda qazandığım ən xoş adlardan biridir. Düşünün – ölkəmizdə Milli Marketinq Forumu dalbadal ikinci ildir keçirilir və biz Sizinlə bu forumu təşkil edirik. Bu super xəbərdi.

Lap uşaq vaxtlarımdan hansısa bir aktivlik etdikdən sonra mütləq qaydada nəticələr çıxarmağın vacib olduğunu bilirəm. Şahmat oynadığım vaxtlar, udduğum və uduzduğum butün oyunları təhlil edirdim. Bu yazıda istəyirəm, keçirdiyimiz ikinci Milli Marketinq Forumu ilə bağlı etdiklərimizi təhlil edim, Sizinlə birlikdə vacib nəticələr çıxarım.

İlk əvvəl qeyd etməliyəm ki, ortalama forum müddətində ölkənin 200-ə qədər fərqli şirkətinin marketinqlə maraqlanan əməkdaşı bir arada oldu. Bu bizim keçən ilki rekordumuzu təzələdi. Biz bu dəfə daha çox əməkdaşı bir araya yığa bildik.

Keçən ilə görə bu dəfə spiker sayımızda iki dəfə daha çox edi. Ümumi olaraq 29 spiker və 6 moderator olaraq ölkədə olan marketinq trendlərindən danışdıq.

Bu il haqqımızdada daha çox danışdılar. Ölkənin üç xəbərlər proqramında bizdən danışmaqla yanaşı, Lider və ANS kanallarında Milli Marketinq Forumuna həsr edilmiş verilişlər oldu (yəni sadəcə reportaj yox), internet saytlarda haqqımızda 20-ə qədər press-reliz yayımlandı. Hamı bizdən danışırdı!)

Sosial şəbəkərlə #MMF2014 başlığı ilə 100-lərlər post dərc edildi. Twitterdə bizim həştaq düz iki gün TOP-5ə daxil oldu. Bu o deməkdir ki, biz maraqlı edik. Bu o deməkdir ki, biz gələcək üçün daha sabit bir platforma qura bildik.

Keçək əsas məsələyə. Biz forumdan ümumi olaraq hansı nəticələr çıxardıq?

Mən bu sualla cavab vermək üçün istəyirəm  yazılarımı 3 ana istiqamət üzrə Sizlərlə bölüşüm: birincisi – marketinq hara gedir, ikincisi – marketoloqlar hara gedir, üçüncüsu biz millət olaraq – hara gedirik. Başlayaq?!

Birincisi – marketinq hara gedir?

Marketinq tam olaraq onlayna, dijital aləmə gedir. Bu istər spikerlərimizin çıxışlarından, istər zaldan gələn suallardan, istərsədə istehlakçı davranışlarından hiss edilir. Artıq sadə TV reklam kreativləri, hansısa araşdırma istiqamətləri, hansı brend arxitektura haqqında olan müzakirələr sırf onlaynda gedirdi. Öz brendlər özlərini onlaynda düzgün təmsil etmək üçün bu sahəyə ciddi əhəmiyyət verməlidirlər. Bizim forumda çoxlu yerli və qlobal brendlərin uyğulamaları barədə söhbətlər getdi.

Müsbət tərəfi: hal-hazırda demək olar ki, butün qlobal forumlarda dijital əsas mözakirə mövzusudur. Bizim forumda öz səviyyyəsinə görə rusların MarketingOne heç fərqlənmirdi. Hətta bizdə olan bəzi spikerlər bir çox mövzular üzrə daha kompetent və maraqlı edilər. Biz çıxışlarda yerli bazarla üçün mükəmməl adaptasiyalar göstərə bilirdik. Bizim panellərimizin quruluşu daha maraqlı edi.

Mənfi tərəfi: biz hələdə marketinqi reklamdan, kommunikasiyadan kənara çıxara bilməmişik. Bizim spikerlərimizin hamısı marketinq sözünü demək olar ki, kommunikasiya ilə eyniləşdirmişdir. Bizdə mən həqiqi marketinq təhlilləri, ciddi araşdırmalar, demək olar ki, çox az gördüm (qətiyyən heç görmədim demirəm). Amma bir təsəlli verim. Bu demək olar ki, butün marketinq forumlarında belə olur. Hamı aysbergin görünən tərəfindən danışmaq istəyir.

İkincisi – marketoloq hara gedir?

Marketoloqlar istehlakçı tərəfə deyil, səhmdarlar tərəfə gedir. Çıxışlarda, olan keyslərdə hiss edilirdi ki, biz hələdə nədənsə qorxuruq. Biz hələdə müştəri ehtiyyaclarını şirkətimizin ana qərar vermə kriteriyası kimi göstərə bilmirik. Amma hamımız bunun belə olmasını bilirik. Hamımız buna çox inanırıq. Bəzən hətta bunun üçün addımlar atırıq… AMMA hələ alınmır!)

Müsbət tərəfləri: biz nəyin doğru olduğunu bilirik. Bunun üçün çox olmasada, bir-az çalışırıq!) Hətta bunu edən marketoloqları güclü, dahi hesab edirik, amma hələlik çalışdığımız şirkətlər marketinqin ağırlığını qoya bilmirik. Hələdə səhmdarlara imicin nə qədərə vacib olduğunu biz izah edə bilmirik.

Mənfi tərəfləri: bizim marketoloqların hələdə öz üzərlərində çox işləmirlər. Onlara elə gəlir ki, kimlərsə marketinqə olan marağı bizim yerimizə düzəldəcək. Amma əslində marketinqi, biz marketoloqlar düzəltməliyik, inkişaf etdirməliyik. Bizim marketoloqlarda, bir-az “özlərindən” demək xasiyyəti var. Qıraqdan danışmağa hər zaman hazırdılar… iş icraya çatandə hərənin bir bəhanəsi olur. Təəsüf ki!

Biz millət olaraq hara gedirik?

Əlbəttə, burda yazılanlar mənim subyektiv fikirlərimdir… və mən düşünürəm ki, biz millət olaraq inkişaf istiqaməti üzrə çoxda sürətlə irəlləmirik… “yumşaq desək” sürətimiz aşağıdır. Hamı əl-ələ verib iş görmək istəyəndə, bizim az-çox nələrisə bilən “dostlarımız” qıraqdan danışmağı xoşlayırlar. Sizi bilmirəm, mən ildə ən azı 3-4 marketinq, biznes istiqamətində olan konfrans və ya forumda oluram… bu forumların hər birinin təşkilatı komandasının, sponsorlarının kimlər olduğunu bilirəm. İnanın mənə, texniki nasazlıq, spikerlərin öz şirkətlərini reklam etmək istəkləri hər birində olub, olur və olacaq. Miktofonda, prezentasiyada olan videonun açılmamasıda… hamısı olur. İstər Türkiyyədə, istər Rusiyada, istər Almaniyada… texniki problem qaçılmazdır.

Dəhşətli məsələ burasındadır ki, biz millət olaraq “danışmağı”, “etməkdən” üstün tuturuq. Biz hələdə forumlarda, ingilis dilli sözlərdən istifadə edirik, biz hələdə rus dilində danışırıq… və bəzən özümüzü buna görə daha yuxarı göstəririk və s. Hətta bəzi dostlarımız az qala təlimləri ingiliscaaax, uruscaaax vermək istəyirlər… onlara elə gəlir ki, ingiliscaaax danışanda “bomba” olur!) Biz millət olaraq hələdə digərlərini özümüzdən üstün görürük.

Biz çox kompleksli adamlarıq… forumda kimsə ürəkdən nələrisə danışanda, bizə elə gəlir ki, ö bizi təhgir edir… əslində belə deyil və s.

Biz çox paxıl adamlarıq… biz kimlərinsə nələrisə etməklərinə və ya yaxşı etməklərinə qarşı susa bilmirik. Mütləq təngid etməliyik, biz öz ayranımıza turş deməyi xoşlayırıq və s.

Biz hər şeyi bilirik… hər şeyi!) Çox nadir adam olar ki, bizim aramızdan durub desin ki: “Bağışlayın… mən bunu bilmirəm, öyrənib Sizə deyərəm” Yoooox… mümkün deyil… biz axı hər şeyi bilirik, hər şeyi! Biz bircə bilmədiyimizi bilmirik!)

Heç yadımdan çıxmaz… foruma spiker axtarırdıq… potensial spikerlərə zəng edirdim və bir “potensial” spiker mənə dedi ki, “Mən filankəs olan forumda danışa bilmərəm, çünki filənkəsdən çox bilirəm və s.” Əslində isə onun dediyi şirkətin nümayəndəsi, istər bilik, istər bacarıq, istərsədə insanlıq cəhətdən çıxış etməkdən qorxanda üstündür. Neysə…

Vacib olan bilirsinizmi nədir?! Bugün Azərbaycanda olan digər peşə sahiblərinin heç birinin Milli Forumları olmadığı halda (məsələn proqramçıların), biz ikinci dəfə öz sektorumuzda Forum edə bilirik. Bizim zallarımızda anşlaq olur. Biz zallara əlavə oturacaqlar qoyuruq. Bizi dinləyirlər və biz bundan istifadə edərək, yaxın bir ay ərzində ölkədə marketinqin inkişafı üçün atmaq istədiyimiz növbəti addımları, fəaliyyət planını Sizlərə təqdim edəcəyik. Bələliklə, hazırlaşın, hər şey biz (Siz) istədiyimiz kimi olacaq!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Menim de en sevmediyim hisse spikerlerin xarici dillerden intensiv istifade etmeleri idi. Onlarin ozlerini yuksek gostermek istemelerimi, kitablari o dillerde oxuduqlarimi, ferq etmez oz diline hormet etmemek, eslinde ozune hormetsizlikdi. Sohbet Milli marketinqden gedirse ve auditoriya millidirse, sen niye "bombaliq" edirsen? Yoxsa hec kim bilmir xarici dilleri?. Menim fikirimce teskilati sehv neticesinde bele alindi, cunki hazirliq prosesinde, forumdan qabaq teqdimatlarin yigilmasinda, onlarin cixislarina tesir edecek qadaga qoymaq olardi. Azerbaycan dilinde danismagi ve yazmagi ozune sigisdirmayanlarin forumda neisleri var?

  2. Bu bombalıq fikirləri ilə heçmi heç razı deyiləm desən niyə??? Hər bir elmin qaynaqlandığı milli kökəni var ki, üzərində danışılan elmin bizimlə yaxından uzaqdan heç bir bağlılığının olmadığını bilirik. Bir kəşf dünyaya gəldiyi zaman məmləkətinin dili ilə adlanır və normal olaraq dünyaya yayımlanır. Biz bu elmin heç bir yerinə heç bir yenilik gətirməyən millətinin dilində bu elmə aid terminlərin milliləşdirilməsi isə fikrimcə tamamən yersizdir. Birincisi sözü gedən dil ingilis dili olduğu üçün o dil qarşısında dilimiz tamamən kasaddır, ikincisi heç bir yeniliklə fayda verə bilmədiyimiz elmi terminləri təsəlli olsun deyə heç deyilsə öz dilimizdə səsləndirmək ego mastrubasyonundan qeyri bir şey deyil. Hər şey originallığını qorusa daha gözəldir, türkiyədə bir zaman fax yerinə gələrgeçər dedilər amma tutmadı ki, tutmadı. Fikrimi umarım azacıq da olsun anlata bilmişəmdir.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close