image_pdfimage_print

Bəzən 100 eşitməkdən (oxumaqdan) bir dəfə görmək daha yaxşıdır. Hamınızı Azərbaycan ən böyük marketinq tədbiri olan Milli Marketinq Forumuna dəvət edirik. Az qalıb 29-30 may. Hamı orda olacaq. Hələlik isə, Sizə forumun rəsmi video-rolikini göstərirəm.

Düşünürəm ki, bu rolik Sizdə azda olsa təsəvvür yarada biləcək. Düşünürəm ki, forumumuz son dərəcə müsbət və düzgün bir tədbir olacaq. Foruma çəkilən əməklər yerdə qalmayacaq. Daha konkret desək…

Bizim forumda istər təşkilatçı, istər dəstəkçi, istərsədə sadəcə dostların böyük əməyi var. Həm zeyni, həm fiziki.

Əminik ki, belə forumlar yalnız, ölkə marketinqinin inkişafı üçün deyil, uzunmüddətli dövr üçün, ümumi iqtisadiyyatımız üçün vacibdir. Lazımdır. Şərtdir.

Güclü marketinq, güclü iqtisadiyyat, güclü iqtisadiyyat güclü dövlət, güclü dövlət isə… əlbəttə əhalinin xoş yaşaması deməkdir. Bunu biz çox istəyirik. Bunu hamı istəyir. Bunun üçün biz nələrisə edir. İnanırıq hamı edir!!!

Sonda Sizə bir şad xəbər verim, Milli Marketinq Forumunda bugünə bütün biletlər satılıb. Bu əla xəbərdir. Bu o deməkdir ki, biz düzgün yoldayaq və etdiyimiz aktivliklər doğrudur.

Neysə, hamınızı gözləyirik!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close