image_pdfimage_print

Əlbəttə, Azərbaycanda Marketinq dedikdə ilk ağla gələn adamı itirmək son dərəcə kədərli, son dərəcə ağrılıdır. Rəhim Hüseynov ölkəmizdə marketinqi yeni inkişaf pilləsinə qaldıran bir insan olmaqla yanaşı, pozitiv, təmiz və işıqlı zəkaya malik olan bir şəxsiyyət edi.

Mən Marketinqi Rəhim müəllimdən öyrənmişəm. Çox çətindir, Rəhim müəllim haqqında keçmiş zamanda danışmaq, amma mən bir neçə vacib bildiyim sözləri Sizinlə bölüşmək istəyirəm. Sadəcə istəyirəm bu sözlər yazılı şəkildə qalsın.

İlk əvvəl deməliyəm ki, Rəhim müəllimlə mən təxminən 10 il bundan əvvəl tanış olmuşam. O vaxt marketinq haqqında çox maraqlanırdım və əlbəttə ilk, qarşıma çıxan sayt marketing.az oldu. Sayta girdim, vərəqlədim və orada bir e-mail oldu. Vaxt itirmədən e-mail yazdım. Daha sonra zəng edim və mənə Rəhim müəllimin marketing.az saytndan olan e-maillini verdilər. Dedilər bura yaz…

Yazdım… və bir saatdan sonra cavab aldım. Rəhim müəllim operativ şəkildə mənə cavab yazmışdı… o mənə “Problem deyil, marketinqlə maraqlanırsansa, səninlə görüşə bilərəm” yazmışdı… İndi olduğu qədərə yadımdadır.

O vaxt Marketinq Cəmiyyətinin ofisi 3-cü mikrarayon dairəsinə yaxın edi. Ora getdim və Rəhim müəllim mənimlə marketinq barədə söhbət etdi. Mənim üçün çox maraqlı edi. Mən heçnə bilmirdim. Mən indidə heçnə bilmirəm. Amma o vaxta görə, yenə “nəsə” bilirəm. Nə başınızı ağrıdım, Rəhim müəllim mənimlə marketinq haqqında o qədər maraqlı, gözəl danışdı ki, indiyə qədər bəzən treninqlərdə mən bu əhvalatları danışıram. Öz adımdan. Amma əslində Rəhim müəllimdən eşitmişəm, öyrənmişəm və s.

Rəhim müəllimlə o qədər xatirələrimiz var ki… yadıma gəlir ilk Milli Marketinq Forumu keçiriləndə, saat 23:00-an keçmişdi. Hamımız 28 Cinemada zala baxırdıq. Çox stresli edik. Çünki işlərin cəmi 50% görülmüşdü. Sabahda forum edi. Birdən biz Rəhim müəllimi gördük. Son dərəcə enerjili şəkildə salona daxil oldu. Bizdə olan butün neqativi “yox” edib, əvəzinə əsl işlək aura yaratdı. Biz butün komanda olaraq çalışdıq və çətin işi rahatca həll etdik.

Forum demişkən… bizim ilk Forumdada açılış sözü olaraq Rəhim müəllimə söz vermişdik. İkinci forumdada belə olacaqdı… Amma bu mümkün deyil. Əvəzində biz Milli Marketinq Forumunu Rəhim müəllimin əziz xatirəsinə həsr edirik. Biz düşünürük ki, biz əminik ki, Rəhim müəllim hələ bizə çox şey öyrədəcək. Onun etdikləri, onun etmək istədikləri… biz marketoloqlar üçün böyük həyat məktəbidir. Həyat məktəbi olub və olacaq.

Allah sənə rəhmət eləsin, əziz Rəhim müəllim.

Sən bizim xatirimizdə daim qalacaqsan.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. İlkin bəy, çox səmimi və təvazökar yazı alınıb! Allah rəhmət etsin muallimimizə! İnanıram ki, onun xəyallarını şagirdləri gerçəkləşdirəcək!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close