Monthly Archives İyun 2014

Marketinq sözünün araşdırma ilə eyniləşdirməni və ya araşdırmanın marketinqin əsas hissəsi hesab edənləri heç bir şəkildə qəbul edə bilmirəm. Bu sırf nəzəriyyəçi yanaşmasıdır, məncə. Muasir marketinq yenilikçiliyin, operativliyin, müştərinin gözləmədiyi üstünlüklərin emosional formada təqdim edilməsinin üzərində qurulur və düşünürəm ki, marketinqin gələcəyi seqmentasiya prosesini fərdlər səviyyəsinə çatdırmaqdadır. Bəs araşdırma? Araşdırmanın marketinqdə rolu və əhəmiyyəti nədir?

Mən Ali Məktəbə cəmi 245 balla daxil olmuşam, Mən 3-cü kursa qədər cəmi-cümlətini iki dil bilmişəm, Mən 4-cü kursda "İqtisadiyyat" sözünü nə olduğunu bilmirdim (marketinq, brendinq sözlərini ümumiyyətlə bilmirdim), Mən demək olar ki, heç nə bilmirdim və... və mənim həyatımı dəyişəcək 3 hadisə baş verdi. Bu hadisələr barədə ilk dəfə olaraq Gəncə Gəncləri qarşısında danışdım... istəyirəm Sizdə bu barədə məlumatlı…

Əziz oxucu, Sİzinlə danışdığımız, razılaşdığımız Milli Marketinq Forumun panellerinin videolarını "yavaş-yavaş" bölüşməyə başlayıram. Bu bloq postla mən Müştəri davranışlarında yeni trendlər panelini təqdim edirəm. Düşünürəm ki, son dərəcə maraqlı, öyrədici və əyləncəli bir panel oldu. Düzdür kompyuterdə baxmaqla, yerində forum iştirak etmək bri deyil. Çünki bizim forumlarda, təlimlərdə xüsusi hava, xüsusi pozitiv aura olur, biz AİR olaraq, havanı marketinq havası…

Bugün çox maraqlı bir həmsöhbətim var edi, ofisimizə gəlmişdi, tanış olduq, burdanda dostumuzu salamlayıram. Bir çox mövzulardan danışdıq və o mövzular içində bir məsələ diqqətimi çəkdi: “Atalar sözləri həqiqətəndə böyük hikmətə, böyük əhəmiyyətli məsələri bizim üçün açır. Amma bəzi atalar sözlərimiz bir-birlərinə qarşı tam ziddilər…” Çox istəyirəm ki, bu istiqamətdə Sizinlədə fikirlərimi bölüşüm. Sizində düşüncələriniz mənə maraqlıdır.

Dünəndə Sizə söz verdiyim kimi, bu bloq postda brend olmamaq üçün hansı addımların “mütləq” atılmaq lazım olduğundan danışmaq istəyirik. Əlbəttə, oxucularımızında bildiyi kimi, muasir dövrdə biznesin mənfəətli və uzunmüddətli fəaliyyət göstərməsi üçün mütləq qaydada brend amilinin üzərində ciddi işləmək lazımdır. Məsələyə əks tərəfdən yanaşaraq brend olmaq üçün deyil, brend olmamaq üçün nə etmək şərtdir?!

Bilirəm, bilirəm ki, bu günlərdə bloqda az-az yazıram… bağışlayın dostlar, sadəcə dünya çempionatı mənim bloqa ayırdığım vaxtə yeyir… üzurlu hesab edin – 4 ildə bir dəfə olan şeydi, yola verin, xahiş edirəm!) Çempionat bitsin, Almaniya çempion olsun, yenidən bloqa eyni templə dönəcəm. İnanıram ki, cinsinizdən asılı olmayaraq hamınız Çempionata baxırsız… elə deyil?! Əgər baxırsınızsa Sizə bir-iki kəlmə (cümlər) söz deyim – rəsmi açıqlama verim!)

İstər dostlarımız, istərsədə qarşılıqlı bizneslə bağlı olaraq çox sayda irili-xırda yerli sahibkarlarla görüşlər keçirirəm. Onlarla müzakirələr edirəm və bir məsələnin şahidi olmuşam. Bizim ölkədə sahibkarların çalışdığı sektordan, qazandığın puldan olan rəqəmdən və ya düşüncələrindən asılı olmayaraq 3 ana tipi mövcuddur. Bu tiplər bir-birləri ilə “yerlə-göy” qədər fərqlənirlər, amma buna baxmayaraq hər bir tip uğurlu bizneslər qura biliblər. Bu yazıda Sizə bu tiplər barədə danışmaq istəyirəm.

Bugünlərdə konsaltinq və reklam sahəsində şirkətimizin güclənməsi üçün ciddi kadr axtarışındayıq. Çoxlu gənc adamlarla görüşürəm, söhbət edirəm və yadımı özümün ilk işim düşür. Əslində ilk çalışdığım şirkət mənim növbəti mərhələlərdə olan marketinq karyerama ciddi təsir edib. İlk çalışdığım şirkət KUR elektronik olub və burda mən ciddi həyat məktəbi keçmişəm. Bu məktəb yeni işə düzələn dostlarımız üçündə ibrat alacaq məqamlarla doludur. Beləliklə mən İLK iş yerimdə nələri öyrəndim?

Əgər nəzərə alsaq ki, marketinq daim trendlər yaratmalı və ya bizim dilimizdə desək daim “Trend ovunda” olmalıdır, bugün ən yaxşı trend əlbəttə ki, FİFA2014 hesab edilməlidir. Bunu qlobal brendlər mükəmməl bilirlər, onlar nəyin ki, bilirlər, onlar bildiklərini mükəmməl tətbig edirlər. Belə brendlərdən biri – NİKE-ın təqdim etdiyi sonuncu konsepsiya həqiqətəndə marketinq şedevri hesab edilməlidir.

Ilk əvvəl qeyd edim ki, Nike brendi 2014 dünya çempionatına həqiqətəndə mükəmməl hazırlaşıb, rolikin çempionatın başlamasına 3 gün qalmış sosial şəbəkələrə çıxması, rolikin düzgün ssenarisi, rolikdə olan obrazların: alimin, futbolçuların hərəkətləri tam olaraq brendin muasir dünyanı nə qədər dərin başa düşdüyünü göstərir. Bunlardan öyrənəcək, çox şey var, əzizlərim!

Son vaxtlar gördüyüm işlər əlaqəli bir məsələni açıq şəkildə hiss edirəm, B2B adlanrılan bazarlarda belə alış davranışları, alış modelləri sırf B2C istiqamətlərin üzərində hərəkət edir. Çoxlarının sevdiyi söz olan “Mən özümü B2B bazarlarda daha yaxşı hiss edirəm… və s.” kimi söhbətlər bugün aktual deyil. Bilirsiz niyə?!

Yay gəldikdə hamının olduğu kimi, mənimdə istirahətə ayırdığım vaxt (pul) çoxalır. Bu təbiidir. Hamımız daha yaxşı yaşamaq üçün işləyirik. Bunun üçün istirahət son dərəcə vacibdir. Amma yaxşı istirahət üçün, yaxşı istirahət imkanları olmalıdır. Turizm bazası yəni. Keçən həftə keçirdiyim həftə sonundan sonra bir daha düşünürəm ki, bizim turizm sektorumuzun inkişafı üçün sadəcə indikəndən bir-az çox dəstək, indikindən bir-az daha çox çalışmağımız lazımdır. Bu yazıda Sizinlə yay turizmi barədə danışmaq istəyirəm.

Demək olar ki, hamının bildiyi bir sözlə yazımızı başlamaq istəyirəm: Uğur qazanmaq asanddır, çətin olan davamlı şəkildə uğurlu olmaqdır. Hansısa işdə uğur qazanmış adamlar və ya şirkətlərin fəaliyyətini təhlil etdikdən aydın şəkildə müşahidə etmək olar ki, davamlı uğur qazanmağın yolu öz üzərində mütəmadi olaraq işləmək, gündən-günə dahada təkmilləşdirməkdən keçir. Amma uğurun özünə xas olan bir təhlükəsi var – uğur qazandıqda insan (və ya şirkət) daha tənbəl olur, hansısa bir işə daha az resurs, əmək sərf edir və s. Bu tendensiya biznesdə özünü dahada qabarıq göstərir.

12
Close