image_pdfimage_print

Bugün çox maraqlı bir həmsöhbətim var edi, ofisimizə gəlmişdi, tanış olduq, burdanda dostumuzu salamlayıram. Bir çox mövzulardan danışdıq və o mövzular içində bir məsələ diqqətimi çəkdi: “Atalar sözləri həqiqətəndə böyük hikmətə, böyük əhəmiyyətli məsələri bizim üçün açır. Amma bəzi atalar sözlərimiz bir-birlərinə qarşı tam ziddilər…” Çox istəyirəm ki, bu istiqamətdə Sizinlədə fikirlərimi bölüşüm. Sizində düşüncələriniz mənə maraqlıdır.

Atalar sözləri bəzən cəmi 3-4 sözdən ibarət olsada əslində ö sözlərin altında böyük məna, illərin, bəlkədə əsrlərin təcrübəsi yatır. Sadəcə bu mövzuları, bu kəlamları daha dərin düşündükcə özün üçün beynində olan bir çox sualların cavablarını tapırsan. Məndə bu belədir, Sizi bilmirəm!) Amma yenədə bəziləri var ki, bizi çaşdırır. Bunlar hansılardır:

Birinci misal. İşi qarışdırıb görərlər – Bir əldə iki qarpız tutmazlar. Bir tərəfdən deyilir ki, hansısa bir işi etmək üçün bir neçə işi qarışdırmaq lazımdır, başqa sözlə desək, eyni vaxtda bir neçə iş görmək daha faydalıdır. Amma “bir əldə iki qarpız tutmazlar” deyən “atalar” bizi çaşdırır. Çünki onlar deyir ki, eyni vaxtda iki iş görsən, heç biri alınmaz, gücün parçalanar. Dərd İndi mənim kimi savadsız adamlar başa düşmür… bunların hansına daha ciddi əhəmiyyət vermək lazımdır?!)

İkinci misal. Əl tutmaq, əldən qalıb – Yetim birinci ona əl tutandan başlayar. Əlbəttə əl tutmaq yaxşılıq etmək çox vacibdir, yetimə, kasıba əl tutmaq hamının əslində borcudur. Neceə dəyərlər “Əl tutmaq, əlin mövcudluğundan qalıb”, amma digət rəfədən “atalar” deyir ki, kasıba, yetimə əl tutsan belə o dara düşən kimi səni satacaq və hətta ona əl tutana qarşı daha sərt olacaq. Çox təəsüf ki, məndə belə şeylərin çox nümunəsini görmüşəm. Düşünmək lazımdır, əl tutduğun zaman bu necə və kimə edirsən.

Üşüncü misal. Ağıllı düşününcü dəli çayı keçdi – Tələsən təndirə düşər. Bir tərəfdən tez reaksiyaya verməyə çağırır, digər tərəfdən tələskənliyin pis tərəflərindən deyir. Hansı daha düzgündür?! Allah bilir… çünki hər ikisi əslində doğrudur. Yerinə, məqamına və konkret vəziyyətə görə. Biz sadəcə bu sözlərdən konkret vəziyyətə görə nələrisə tapmalıyıq, seçməliyik.

Belə misallar çoxdur və düşündükcə düşünmək istəyirsən, ağlına digər suallar gəlir. Amma yuxarıda sadaladığım bir iki sualla baxmadan, atalar sözlərini öyrənmək, onlara diqqət etmək çox vacibdir. Məzh bizim atalar sözlərimizdə, bəlkədə bugün qalın amerikan əsilli biznes kitablarından daha çox məlumat, savab, bilik yatır. Mən düşünürəm ki, bizim istər menecerlər, istərsədə sahibkarlar hansısa addım atılmamışdan əvvəl atalar sözlərini öyrənməkdə yararlı olarlar.

  • Sən saydığını say, gör fələk nə sayır… həqiqətəndə son dərəcə praktik və yerində deyilən bir sözdür. Planlama, çox düşünmə əslində heç bir şəkildə bizə əlavə xallar qazandırmır.
  • Yalan 40 gün gedər. Ən işləyən metod, doğruluqdur. Əslində marketinqdədə belədir, ən güclü mesaj doğruluq payı daha çox olan mesajlardır. Marketinqdə yalan mesajlar uzunmüddətli dövr üçün heç bir effekt vermir və s.

Düşünürəm ki, əminəm ki, bugün bir çox düşündüklərimiz sualların cavabı, elə atalar sözlərində yatır. Bir-az diqqətli olsaq, bir çox suallara cavab taparıq. Siz necə düşünürsüz? Fikirlərinizi mənə yazın.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. I have read so many articles or reviews regarding the blogger lovers except this post is in fact a pleasant
    post, keep it up.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close