image_pdfimage_print

İstər dostlarımız, istərsədə qarşılıqlı bizneslə bağlı olaraq çox sayda irili-xırda yerli sahibkarlarla görüşlər keçirirəm. Onlarla müzakirələr edirəm və bir məsələnin şahidi olmuşam. Bizim ölkədə sahibkarların çalışdığı sektordan, qazandığın puldan olan rəqəmdən və ya düşüncələrindən asılı olmayaraq 3 ana tipi mövcuddur. Bu tiplər bir-birləri ilə “yerlə-göy” qədər fərqlənirlər, amma buna baxmayaraq hər bir tip uğurlu bizneslər qura biliblər. Bu yazıda Sizə bu tiplər barədə danışmaq istəyirəm.

Sahibkarlıq fəaliyyəti ölkəmizdə hələ çox cavan olsada qeyd etməliyəm ki, kifayət qədər güclü və sistemli düşünə bilən biznesmenlərimiz var. Heç bir şəkildə “Azərbaycan sahibkarlar biznesi başa düşmür” sözü ilə razı deyiləm. Onu səhv hesab edirəm. Belkədə bizim sahibkarlarımız bu bacarıqla xaricdə yaşasaydılar indi, yeni P&G, Mars və ya Unileverlər var edi…

Danışdığım və müşahidə etdiklərimə əsasən yerli sahibkarlar biznesə gəlmə və biznesdən inkişaf etmə ssenarilərinə görə üç fərqli qrupa bölünürlər. Bu qruplar aşağıdakılardır:

  1. Biznesi sırf intelektual düşüncə əsasında idarəedirlər və biznesə gəlməkləri yüksək intelektin bariz nəticəsidir. Biz bu tipə “müəllimlər” şərti adını veririk. Bu müəllim sindromu demək deyil, təbii.
  2. Son dərəcə iti düşüncə tərzləri, qorxmazlıq və riskə getmə bacarıqları var. Bu adamlar biznes numunəvi bazarı bilikləri gəliblər. Biz bu tipə “tacirlər” adını veririk.
  3. Biznes idarəedilməsi və ya ümumi məntiqləri aqressiyanın üzərində qurulub. İşlərindən güclü “üst” dəstəklərə sahibdirlər. Buna baxmayaraq özləri kifayət qədər sahibkarlıq fəaliyyətini başa düşürlər. Bu adamlara biz “hərbçi” adını veririk.

Əmin olun ki, gündəlik həyatımızda biz bu sahibkarlarla çoooxlu rastlaşırıq. Hər biri müəyyən savad, bilik və bacarığa malik olurlar. Bu tiplər bəradə ətraflı danışaq.

Müəllimlər. Əlbəttə bu tip sahibkarlarla işləmək, biznes aparmaq çox maraqlı olur. Onlar dedikləri hər bir sözü dəfələrlə düşünür və düzgün olduğunu təhlil edirlər. Müəllimlər hər bir atılan addımı düşünür, xüsusi bacarıqları hesabına biznesdə irəli gedə bilər. Amma əsas problemli tərəfləri “elastik” olmamaları, bəzən verdikləri sərt və emosional qərarlar olur. Bu adamlar qətiyyən satışda güclü olmurlar, əsas istiqamətləri istehsal xarakterli bizneslər olur.

Tacirlər. Bu tip sahibkarla son dərəcə iti düşüncəli və bazar cəhətdən hər şeyi mükəmməl bilirlər. İşçilərə qarşı daha demokratik, atdıqları addımlar daha tez reaksiyalı olur. Bu tip daim inkişafda, hərəkətdə olmaları üçün ciddi işləyirlər. Bazar bilikləri və daha operativ qərar qəbul edilmə nəticəsində “tacir” tipləri adətən bazarda daha tez müddətdə lider mövqeyə qalxırlar.

Hərbçilər. Əslində son dərəcə düzgün və fərqli biznes düşüncəyə malik olurlar. İşçilərlə münasibətlərdə daha çox direktivin üzərində çalışırlar və biznesi sərt formada idarəedirlər. Bu idarəetmə tipi muasir dövrdə əlbəttə çalışmır, amma buna baxmayaraq sahibkarlıq və biznes muhitinin yeni yarandığı ölkələr ən effektiv və tez nəticə verə biləcək sahibkar tipidir. Bugün bizim müştərilərdə, bizim işçilərdə hələ tam sivil biznes yanaşmaları düzgün başa düşmür, təəsüf ki, bugün üçün mən “hərbçiləri” düzgün sahibkar tipi hesab edirəm.

Sizə səmimi deyim, yerli bazarlarda olan güclü sahibkarların hər biri yuxarıda sadaladığımız tiplərdən biridir. Onlar öz gücünü uğur qazanması və istedadına isə heç bir şəkildə sübhəm yoxdur.

Birdə düşünürəm ki, hansısa iri şirkətlərdə menecer olaraq çalışan dostlarımızda tezliklə şəxsi biznes, sahibkarlıq fəaliyyətinin üzərində düşünməlidir. Bu heç bir şəkildə maddi vəziyyət və ya sərbəstliyə görə atılacaq addım deyim. Sadəcə sahibkar xəyallarını gerçəkləşdirə bilir (bilər), menecer isə buna heç vaxt nail ola bilməyəcək.

Öz xəyallarınızı qurun, onu özünüz qurun!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close