image_pdfimage_print

Bugün səhər işə metro ilə gəlməyə gərar verdim. Səbəbləri uzundur, həmdə heç bizim bugün söhbət mövzumuz deyil… amma əsas odur ki, Elmlərdən – Xətai stansiyasına qədər gəldim. Bir çox məsələyə diqqət yetirdim, istəyirəm yadımdan çıxmamış Sizinlədə bölüşüm. Beləliklə Bakı metrosunda keçirdiyim vaxtda gəldiyim nəticələri Sizinlə bölüşmək istəyirəm. Qətiyyən yazdıqlarım tənqid deyi, ümumiyyətlə tənqid qorxmaqda doğru deyil. Başlayaq?!

İlk əvvəl deyim ki, mən metronu çox sevirəm. Hətta lap uşaq vaxtlarından metro məndə – zoopark, sırk, gəzmək, marojna yemək)) və s. kimi xoş yerlərlə bir-başa assosasiya yaradır. Düzdür mən uşaq vaxtı bunu bilmirdim… hələ onda marketoloq deyildim. Amma indi bilirəm ki, mən niyə metronu sevirəm!)

Həmçinin balaca yaşlarımda valideynlərim məni yay tətilində Moskva, Leningrad (S-Peterburq), Minsk, Kieve aparırdılar… (Sağ olsunlar!), bu şəhərlərdə ancaq metro ilə hərəkət edirdik. O vaxt Antalya, Xurqada, Şarm-El-Şeyx, Avropa yox edi, amma valideynlərim axırıncı əmək haqlarını toplayıb, bizim gəzməyə aparırdılar… düşünürəm, yaxşı mənada həsəd aparıram… neysə, bir sözlə mən metrounu uşaq vaxtlarından sevirəm.

Bu sevdi məndə lap iş, biznes həyatımdada qaldı. Moskvada çalışdığım vaxtlar harasa getmək üçün maşını metronun yanında saxlayıb, gedəcəyim yerə metro ilə gedirdim. Bu məni daha tez və rahat çatdırmaqla yanaşı, həmdə çox xoş edi.

Bugün metroda isə bir-az beynimdə olan assosasiyalara “zərbə” deydi. Qatarların 20 dəqiqə gecikməsi, polislərin kobud olması, qatarı giriş və çıxış prinsiplərinin demək olar ki, olmaması… son dərəcə pis hal olsada mən gördüklərim və təəcübləndiklərimdən yazmaq istəyirəm. Ümumi olaraq metropolitenin marketinqi çox zəifdir, marketinq olmasa isə işlər pis gedər. Başlayaq müsbət hallardan.

Müşahidə №1. Oğlanlar (kişilər) xanımlara (qadınlara) son dərəcə hörmərlə yanaşır. Hər şey müqayisəlidir. Eləcədə bu məsələ, bizdə qadınlara qarşı hörmər dünyanın bir çox ölkəsi ilə müqayisədə yaxşı mənada fəxr edəcək haldadır.

Müşahidə №2. Metorumuz son dərəcə ucuzdur. Son dərəcə. Hətta bu ucuzluq hansısa mənada ifratçılıq yaradır. Bilmirəm başqa harda belə ucuz nəqliyyat vasitəsi var?!

Müşahidə №3. Çox sadə başa düşülə biləcək metro sistemimiz var. Giriş və çıxışlar sadədir, ödəmə növbə yaratmır, məsələn digər ölkələrdə kartı mütləq çıxandada göstərməlisən və s.

Müşahidə №4. Mobil rabibə rahatlıq tutut (bəlkə mənə elə gəlir), amma mən olduğum stansiyalarda istər internet, istərsədə rabitə yaxşı vəziyyətdə edi.

Keçək mənfi tərəfləri.

Müşahidə №1. Metroya minmək və metrodan düşmək mədəniyyəti son dərəcə bərbaddır. Demək olar ki, minənlə, düşən eyni vaxtda hərəkət edir. Hətta minən avantajlıdır!) Əlbəttə, bu elementar metroda hərəkət mədəniyyətinin istədiyimiz səviyyədə olmamasıdır. Bu pisdir. Bura eskalatorlarda durmağın “Sağ-sol” məntiqindən xəbərsizliyini əlavə etsək, vəziyyət daha acınacaqlı ola bilər.

Müşahidə №2. Gülməlidir, amma deyim, metroda bir telefonda iki nəfərin “iqra” oynadığını gördüm… biyabırçılıq. Metroda kitab oxuyanlara “pis baxırlar!”)) Heç kim kitab oxumur, əvəzində hamı telefonunun həyatını sınağa çəkir!)

Müşahidə №3. Ümumi olaraq neqativ var metroda. Düzdür sözü gedən gecikmə və s. hansısa mənəda təsir edə bilər, amma insanların simalarında demək olar ki, gülüş yoxdur. Hamı çox ciddidir. Hətta hamı, istəyir ki, nesə desinlər və bunlar dalaşsın… bu məncə bir-başa olaraq sosial-iqtisadi vəziyyətin göstəricisidir.

Müşahidə №4. Metroda reklam olmadan, hər şey çox maraqsızdır. Çox… necə ola bilər ki, bazar iqtisadiyyatı olan bir ölkədə metroda reklam olmasın!? Niyə, səbəb?! Tezliklə olacaq, əlbəttə… amma yenədə olmaması çox pisdir.

Ümumiyyətlə mən tam səmimi Sizə deyim, bugün ölkədə ciddi reform olası iki sahə var. Onların inkişafı ölkədən geriyə qalıb. Bunların biri nəqliyyat sistemi (bura tək metro deyil, avtobus, qatarlar və s.), birdə sosial sığorta sistemidir.

Metro müşahidələrim barədə hələlik bu qədər!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close