image_pdfimage_print

Bugünlərdə konsaltinq və reklam sahəsində şirkətimizin güclənməsi üçün ciddi kadr axtarışındayıq. Çoxlu gənc adamlarla görüşürəm, söhbət edirəm və yadımı özümün ilk işim düşür. Əslində ilk çalışdığım şirkət mənim növbəti mərhələlərdə olan marketinq karyerama ciddi təsir edib. İlk çalışdığım şirkət KUR elektronik olub və burda mən ciddi həyat məktəbi keçmişəm. Bu məktəb yeni işə düzələn dostlarımız üçündə ibrat alacaq məqamlarla doludur. Beləliklə mən İLK iş yerimdə nələri öyrəndim?

İlk əvvəl qeyd edim ki, KÜR şirkətinə yaxın qohumun tövsiyyəsi (tapşırığı) ilə düzəlmişdim. Təhsili bitirmiş və əsgərlikdən təzə gəlmişdim… heç nə bilmirdim (əslində indidə elə bir bildiyim şey yoxdur… neysə!))). Şirkətin rəhbəri məni marketinq meneceri olaraq işə götürdü… onun özüdə əslində “marketinq” dedikdə, “gəliz və lazımsız işlərin cəmi” kimi işləri başa düşürdü. Nə başınızı ağrıdım – başladım “marketinqə…”

İlk əvvəl mənə rəhbərimiz “marketinq” olaraq vendinq avtomatlarının Azərbaycanda nə dərəcədə maraqlı olacağını barədə araşdırma istədi. Əslində o vaxt məndən Sizə dediyim kimi deyil, daha fərqli dildə bunu dedi, amma mən indi başa düşürəm ki, rəhbər faktiki olaraq məndən nə istəyibmiş… Məndə başladım araşdırmağa… o sayt sənin, bu sayt mənim. Rus dilində, alman dilində, ingilis dilində vending biznesini araşdırmağa. O vaxt çox “редки” adamlar bu sözü eşitmişdilər. Azərbaycanda bu biznes yox edi, Rusiyada təzə-təzə başlayırdı. Axtarış çox çətin edi, “qara otaqda qara pişik axtarırdım” və… köməyimə internet çatda tanış olduğum bir xanım çatdı!!! (P.S. indidə o xanımla dostam)

Sözü gedən xanım Moskvada yaşayırdı və… Sizcə harda çalışırdı!? Çox doğrudur – Vendinglə professional şəkildə məşğul olan şirkətdə. Bəs nə çalışırdı?! Yox… düz tapmadınız marketoloq deyildi, maliyyəçi edi. Amma buna baxmayaraq, mənə çox yox eee, lap çox kömək etdi. Mənə Vending biznesinin rentabelliyini, avadanlıqların hardan, necə alınacağını başa saldı. Yalan olmasın, bir hesabat hazırladım… gəl-görəsən və şirkət Vending biznesinə girməyə gərar verdi. Düzdür, mənim bunu etdiyimi heç kimi bilmədi))), rəhbərdə məndən narazı edi, amma mən özüm üçün ciddi bir həyat dərsi çıxarmışdım.

Savad, bilik, ali məktəb (xaricdə təhsil və s.) yaxşıdır amma ən yaxşı və vacib şey, insanlarla düzgün əlaqə qura bilməkdir. Əgər o Moskvada çalışan xanım olmasaydı, mən heç vaxt Vending biznesi barədə hesabat hazırlaya bilməzdim… yox səhv dedim belə qısa müddəti hazırlaya bilməzdim. Heç vaxt tanışlıqlardan qaçmayın!

Günlərin bir günü, direktor mənə zəng edib dedi ki, bugün axşam 7-də mütləq filan yerə gələrsən… dedi. Dedim həqin ki, nesə vacib məsələ var, dedim baş üstə və gəldim deyilən vaxt deyilən yerə. Ora çatanda gördüm, iş yoldaşlarımın 80% ordadır… və biz bir maşın kompyuter detalını anbara boşaltmalıyıq. Yoooox səhv oxumadız. Rəhbər düşünürdü ki, onsuzda bir iş görmürlər, gəlsinlər anbara gələn malları daşısınlar, buna görədə pul verəsi deyildi ki, rəhbərimiz. “koroce” bir maşın detallı gecə saat 4-ə qədər daşıdıq anbara. Heç bir marketinq kitabında bu yazılmır… amma daşımaqdan imtina etsəydin, işsiz qalacaqdım, mənədə işləmək lazım edi. Siz inanırsız, bu “yük daşıma” sonradan mənə kömək oldu. Növbəti iş yerimdə artıq belə tapşırıqlar olmurdu və mən daha həvəslə işləyirdim. Birinci iş yeri məni hər cür əziyyətə alışdırmışdı.

Əziyyətdən qorxmaq olmaz, hər bir gördüyümüz iş, çəkdiyimiz zəhmət öz bəyrəsini verir. İşdən qaçmayın, daim çalışın və mütləq nəticələri görəcəksiniz

Günlərin bir günü rəhbər mənə dedi ki: “İlkin… sən niyə bizə satış etmirsən!?“, əslində gözəl sual edi)). Cavabını bilmirdim və məni çox əziyyətə salmadan (sağ olsun!), dedi ki, “Sabah satış etməlisən!!!”, “Get və satış elə…”, bəsdir işsiz qaldın!)))

Getdim satmağa… heç bir kontaktım yox, nə satacağımı, kimə satacağımı bilmirəm… xəbərim yoxdur! Təbii ki, mənim xasiyyətimi bilənlər bilir… mən işə başlayanda ən primitiv və sadə yollarla edirəm. Düşündüm ki, bizim məhsullar restoranlarda maraqlı ola bilər və o vaxtdan Çudo Peçkanın təzə inkişaf etdiyi vaxtlar edi… çox düşünmədən onların mərkəzi ofislərinə getdim… heç bir görüş almadan!

8 mkr. yerləşirdi və görüşdüyüm adam, bizim indi yaxşı tanıdığımız, amma o vaxtlar heeeeç bilmədiyim bir nəfər oldu. Bu Teymur müəllim edi… (oxuyursa, burdan salamlar!). Teymur müəllim məni dinləyib… məni əməlli-başlı tənqid elədi… dedi bala, nə satırsan, kimə satırsan, hara gəlmisin və s. sondada dedi ki, yazılı bir şey olmadan, nesə etmək mümkün deyil. Hər şeyi yaz!

Bundan sonra mən indiyədək, butün layihələri mütləq qaydada yazılı şəkilə salıram. Elə bu bloqda əslində ordan yaranıb. Siz, Siz olun… amma yazısız heç bir addım atmayın. Bu vacibdir. Etdiklərinizidə, edəcəklərinizidə mütləq yazın.

Kur mənə çox şey öyrətdi və mən düşünürəm ki, ilk iş nə qədər ağır olsa bir o qədər yaxşıdır. Əziz gənclər işdən, əziyyətdən qorxmayın, məncə qorxmayın!)

P.S. Birdə KUR mənə çoxlu tanışıqlar qazandırdı. Onların bəzilərini mən indidə tez-tez görüşürəm.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. bele bir yaziya heqiqeten cox ehtiyacim var idi..cox sagolun tecrubenizi bolusduyunuz ucun!

  2. Ilkin muellim o vaxt KUR – elektronic -in drektoru kim idi? P.S . indide KUR -un rehberi hem rehber,hem satis meneceri ve hemde marketoluqdu :)

  3. maraqli idi sona kimi boyuk hevesle oxudum

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close