image_pdfimage_print

Əgər nəzərə alsaq ki, marketinq daim trendlər yaratmalı və ya bizim dilimizdə desək daim “Trend ovunda” olmalıdır, bugün ən yaxşı trend əlbəttə ki, FİFA2014 hesab edilməlidir. Bunu qlobal brendlər mükəmməl bilirlər, onlar nəyin ki, bilirlər, onlar bildiklərini mükəmməl tətbig edirlər. Belə brendlərdən biri – NİKE-ın təqdim etdiyi sonuncu konsepsiya həqiqətəndə marketinq şedevri hesab edilməlidir.

Ilk əvvəl qeyd edim ki, Nike brendi 2014 dünya çempionatına həqiqətəndə mükəmməl hazırlaşıb, rolikin çempionatın başlamasına 3 gün qalmış sosial şəbəkələrə çıxması, rolikin düzgün ssenarisi, rolikdə olan obrazların: alimin, futbolçuların hərəkətləri tam olaraq brendin muasir dünyanı nə qədər dərin başa düşdüyünü göstərir. Bunlardan öyrənəcək, çox şey var, əzizlərim!

Rolik məntiqində olan “alim” öz təhlilləri nəticəsində futbolun çox riskli oyun olduğunu iddia edir və sübut etməyə çalışır ki, onun yaratdığı robotları həm Ronaldonu, həm İbrahimoviçin, həmdə digər futbol ulduzlarını keçə bilər. Futbol real təhlükədədir!?

Oyun buyu risk etməyi sevən Neymarlar, İbrahimoviçlər, Kristian Ronaldolar artıq muasir tərzdə oynaya bilmərlər və bir uduzmuş durumda hərə özünun digər peşəsi ilə məşğul olur. Alimin hazırladığı klounlar artıq futbola nəzarət edir. Hər şey stabil, hər şey maraqsızdır!

Bunu görən Ronaldo hər şey dəyişməyi qərara gəlir. O ulduzlar komandasını “mücburi” şəkildə toplayır… karyeralarında olan əsas məqamları yadlarına salır və uğur qazanacaqlarına, futbolu xilas edəcəklərinə hamını inandırır! İnadkarlıq edir. Oyunun sonun 70-80 saniyəsində futbolçuların göstərdiyi klass görünür.

Ümumiyyətlə yaradılan cizgi filmin altında son dərəcə dərin brend mesaj dayanır. Nike oz brend dəyərlərini cizgi filmi ilə hədəf auditoriyaya çatdırır. Nike bunu elə tarixdən gözəl bacarır, Qadınlar nə istəyir? filmi məncə yadınıza gəlir. Ordada Nike bunu mükəmməl formada bizə çatdırmışdı. Heç özümüzündə xəbəri olmadı ki, Nike bunu reklam məqsədli edir. Muasir dünyanın brend kommunikasiya belə olmalıdır. İstəmirəm Nike bu addımı çox komment edim, istəyirəm əziz oxucularımız özləri düşünərək hər şey başa düşsünlər. AMMA üç son dərəcə vacib məqamı Sizlərlə bölüşməliyəm.

Birinci məqam. Nike brendi konsepsiyanı dünyanın ən maraqlı mövzunun üzərində qurdu. Baxın relevantlıq anlayışından necə gözəl istifadə edirlər. Hamı dünya çempionatından, futboldan danışır, Nike elə futbolla əlaqəli bir cizgi filmi çəkir . Relavantlıq kommunikasiyada çox vacibdir. Hamının maraqlı olan mövzuda danışmaq lazımdır.

İkinci məqam. Mesaj düzgün verilməlidir, çünki insanlar brendlə əlaqəni mütləq tutmalıdırlar. Nike bilir ki, onun məhsulu idman sevərlər üçündür. İdmanın muasi problemi oyunların maraqsız olmasıdır, məhz bu mövzuya yonəli konsepsiyanı Nike təqdim edir. Çox ideal düşüncədir, düzdürmü?!)

Üçüncü məqam. Mesajın harda verilməsi vacibdir. Bugün marketinq kommunikasiyaları sırf dijital məcraların üzərində inkişaf edir. Bunu NİKE bilir! Yümşaq desək bilir. Bilmək azıdr, Nike bunu dünyaya dərs verəcək şəkildə edir. Bugün YouTube konkret olaraq rolikin baxış sayına görə rekord qırır. İşlərini bilirlərdə!)

P.S. Bu rolikdə xahiş edirəm 4.42 saniyəyə diqqət edin. O iki daşın arasında Selfi etmək maraqlıdır, amma bu cürə rolikdə belə şey yerləşdirmək haqqında düşünmək həqiqətəndə şedevrdi!)

Sizi bilmirəm mən dünya çempionatını çox gözləyirəm. Bugün futbol var, baxacaqsız!?)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close