Rəsmi açıqlama...))

Bilirəm, bilirəm ki, bu günlərdə bloqda az-az yazıram… bağışlayın dostlar, sadəcə dünya çempionatı mənim bloqa ayırdığım vaxtə yeyir… üzurlu hesab edin – 4 ildə bir dəfə olan şeydi, yola verin, xahiş edirəm!) Çempionat bitsin, Almaniya çempion olsun, yenidən bloqa eyni templə dönəcəm. İnanıram ki, cinsinizdən asılı olmayaraq hamınız Çempionata baxırsız… elə deyil?! Əgər baxırsınızsa Sizə bir-iki kəlmə (cümlər) söz deyim – rəsmi açıqlama verim!)

Hamımız bilirik ki, çox pis haldır ki, dünya çempionatında Türkiyyə yoxdur. Mənim ən sevdiyim yox, amma uğurunu ən çox istədiyim komanda əlbəttə ki, Türk milli takımıdır. Başqa cür olada bilməz. Bizim millimizin “yümşaq desək” hələ çempionatda oynaması gözlənilmir, əvəzində bizə ən yaxın, qardaş ölkə Türkiyyədir. İstər türklər Dünya Çempionatında 3-cü yeri tutanda, istərsədə Qalatasaray UEFA-nı udanda, mənim səsim rəsmən tutulmuşdu. Necedə olmalıdır ki, sənin millətinə məxsus komandası qalib gəlsin və… sən susasan!? Ola bilməz.

Türkiyyə olmadığına görə əlbəttə çempionatda qalib olmağını istədiyim komanda Almaniyadır. Həm təhsilimiz orda olub, həm bugün biznesimizin bir hissəsi Germanlarla əlaqəlidir, həmdə “все-таки” Almanlar futbola yaxşı oynayır. Almaniyada mükəmməl 3 şey var: maşın, futbol və… və əlbəttə ki, mətbəx mebelləri!)

Şikayətçi olduğum məsələ, futbolların gec olmasıdır… bu mənə həqiqətən mane olur, həm Sizinlə rahat bloq-postlarla danışa bilmirəm, həmdə ümumiyyətlə gec yatanda günün bərəkəti olmur. Bərəkətli gün səhər durmaqdan başlayır, çempionata görə tez dura bilmirik, elədirmi? Çempionat dediz yadıma kitabımız düşdü… bilənlər bilir, Sizdə bilin kitab həqiqətən hazırdır, hətta çap üçün yığılıb, sadəcə bir vaxt edib o kitabı sonuncu dəfə “özüm” oxumalıyam. Görəkdə… onu yıxım çempionatın üstünə. Amma “уже” bu dəfə söz verirəm, çıxaracam (!)

Şikayətçi olduğum ikinci məsələ isə, əslində çox dərindir. Əzizlərim, mən Yevlaxda yaşadığım vaxtlar, dünya çempionatını “4 gözlə” gözləyirdim. Bizim küçədə olanların hər biri, əslində belə edirdilər. Çempionatın oyunları ciddi müzakirə edilərdi, biz dostlarla az-qala “düşmən” olardıq – bizim rəqib komandanı tərəfini saxladıqları üçün və s. AMMA indi!? Amma indi mənim ətrafımda elə bil çempionat getmir! Hamının başı işinə, biznesə, nə bilim borca, kreditə və alacaqlarına elə qarışıb ki, “o booooyda” çempionatı hiss edənlər azdır. Bu çox pisdir?! Məncə çox pisdir. Məncə biz “robotlaşırıq”, məncə biz sadə şeylərdən həzz almağı unuduruq, məncə bizim üçün maddiyat, mənəviyyatın üstünə keçib. Kaş ki, mən səhv edim, kaş ki, yalnız mənim ətrafım belə olsun…

Neysə, bu mövzu daha dərin mövzudur. Qanınızı qaraltmaq istəmirəm, sadəcə çox vacibdir ki, biz xırda uğurlara sevinə bilək. Axı hər şey naziklikdəm, insan isə qalınlıqdan sınır…

Uzun-sözün qısası… mən İLKİN Manafov rəsmi şəkildə buradan açıqlama verərək, deyirəm ki, bloqda olan son passivliklərin səbəbi yalnız və yalnız futboldur və Almaniya çempion olduqda sonra, bloqumuzu eyni templərlə davam etdirəm + sabah (bəlkədə bugün) Sizə brend olmaMAğın yollarından danışacam.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: