image_pdfimage_print

Demək olar ki, hamının bildiyi bir sözlə yazımızı başlamaq istəyirəm: Uğur qazanmaq asanddır, çətin olan davamlı şəkildə uğurlu olmaqdır. Hansısa işdə uğur qazanmış adamlar və ya şirkətlərin fəaliyyətini təhlil etdikdən aydın şəkildə müşahidə etmək olar ki, davamlı uğur qazanmağın yolu öz üzərində mütəmadi olaraq işləmək, gündən-günə dahada təkmilləşdirməkdən keçir. Amma uğurun özünə xas olan bir təhlükəsi var – uğur qazandıqda insan (və ya şirkət) daha tənbəl olur, hansısa bir işə daha az resurs, əmək sərf edir və s. Bu tendensiya biznesdə özünü dahada qabarıq göstərir.

Dediklərimi bir neçə tanınmış biznes keyslə bərkitmək istəyirəm.

Xerox şirkəti dünyada ilk dəfə kopyalama üzrə know-how-a sahib olmağı ilə, sektorda olan butün rəqiblərindən xeyli irəlidə edi. O vaxt Xerox şirkəti demək olar ki, heçnə etmirdi. Oxuduğum kitablardan Xerox o vaxt olan, biznes strukturuna baxdıqda, sadəcə “həsəd” aparmaq olardı. Düşünün… şirkətin əməliyyat şirkəti, printerləri 120% xalis rentabelliklə öz distribyutor şirkətinə satırdı… distribyutor şirkəti isə printerlərin üzərinə əlavə 90% qoyub digər şirkətlərə… bir sözlə Xerox bazarda böyük uğur əldə etmişdi.

Elə bu dövrdə demək olar ki, heç bir maddi imkanı, know-how-su olmayan Canon kompyuter texnoloqiyaları əsasında fərdi insanlarında sənədləri rahat kopyalaya biləcəyi sistem qura bildi. Bunu Xerox Canonda 10dəfə daha yaxşı və rahat edə bilərdi… AMMA etmədi, çünki başı öz “uğuruna” qarışmışdı. Nəticədə bugün Canon şirkəti dünya kopyalama bazarında lider mövqeydədir. Bunun əsas səbəbi Xerox çevikliyi və uğurları haqqında deyil, yeniliklər haqqında düşünməsi oldu.

Amerikada Kmart deyilən bir supermarket var (demək olar var edi). Bu Amerika pərakəndəçilik bazarında tam lider edi. Böyük şəhərlərdə, iri ölçülü marketlərə sahib edi, butün Amerikaya pərakəndəçilik bazarında tək və yekdil lider edi. Şirkət öz uğuru haqqında çox düşünürdü və o vaxt meydana gələn xırda rəqibi, Wal-Mart demək olar ki, görmədi.

Wal-Mart sistemli şəkildə Amerikanın xırda şəhərlərində mağazalar açırdı… Kmart buna sadəcə gülməklə yanaşı bu strateqiyanın tam uğursuz olacağını iddia edirdi. Kmartın başı öz uğurunu PR etməyə qarışmışdı… və nəticədə bugün Wal-Mart nəyin ki, Amerika bazarında butün dünyada ən böyük pərakəndəçi şəbəkədir.

Avropada avtomobil arendası bazarı çox geniş inkişaf edib və bu bazarda daim lider olaraq iki şirktə olub: Hertz və ya Avis. Onlar demək olar ki, ən yaxşı yerlərdə öz ofislərinə aça bilirlər, onlar öz bizneslərini duzgün təşkil ediblər və əıbəttə qazandıqları uğur haqqında düşünürlər.

Buna baxmayaraq yeni biznes modellə bazara girən Enterprise Rent-A-Car şirkəti bugün demək olar ki, yuxarıda sözü gedən şirkətləri geriyə salıb. Necə? Çox sadə rəqiblər öz uğurlarını düşünürdülər, Rent-A-Car isə yeni biznes model təkmilləşdirdi.

Eyni şeyi, HP-ən bazarı alan Dell haqqında və ya FedEx haqqındada demək olar. Bugün biznesdə uğur qazanmaq deyil, daim təkmilləşmək və ya daim irəli getmək istəyən komanda, şirkət qurmaq vacibdir.

Qazanılmış uğuru heç bir şəkildə son nəticə kimi qəbul etmək, tənbəlləşmək olmaz. Dünyada lider olan şirkətlərə nəzər yetirin… və aydın şəkildə görmək olar ki, bu bizneslər daim yeniliklərin, innovatsiyanın və fasiləsiz təkmilləşdirmənin üzərində öz işlərini qururlar… məsələn, Coca-Cola, Gillette və ya Google.

Düşünməyə dəyər!?

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close