image_pdfimage_print

Yay gəldikdə hamının olduğu kimi, mənimdə istirahətə ayırdığım vaxt (pul) çoxalır. Bu təbiidir. Hamımız daha yaxşı yaşamaq üçün işləyirik. Bunun üçün istirahət son dərəcə vacibdir. Amma yaxşı istirahət üçün, yaxşı istirahət imkanları olmalıdır. Turizm bazası yəni. Keçən həftə keçirdiyim həftə sonundan sonra bir daha düşünürəm ki, bizim turizm sektorumuzun inkişafı üçün sadəcə indikəndən bir-az çox dəstək, indikindən bir-az daha çox çalışmağımız lazımdır. Bu yazıda Sizinlə yay turizmi barədə danışmaq istəyirəm.

İlk əvvəl qeyd edim ki, yazımızda biz turizm dediyimiz zaman, xarici vətandaşları haqqında deyil, konkret olaraq Azərbaycan sakinlərinin istirahət məsələləri barədə söhbət edəcəyik. Yəni biz xaricdən ölkəyə turist gətirmək barədə bu yazıda söhbət etmirik. Bizim yazımız Azərbaycanlı ailəsinin, Gurcustanda, Türkiyyədə, Dubai, Misir, Ukrayna və ya hansısa Avropa ölkəsində istirahət üçün xərclədiyi pulu necə Azərbaycanda saxlamaq lazım olduğu barədədir.

Son 3 ildə ölkəmizdən Gürcustana gedən turistlərin sayında (natural olaraq) 3 dəfədən çox artım var, nominal olaraq bu rəqəm əlbəttə, 3 dəfədən daha çoxdur. Eyni şeylər, Türkiyyə, Dubai və ya Avropayada aiddir. Biz real olaraq son vaxtlar istirahətə daha çox pul xərcləyirik. Yalnız pul deyil, həmdə vaxt ayırırıq istirahətə.

Mən çoxlu ailələr tanıyıram ki, hər həftə sonu mütləq hardasa istirahətə gedirlər. Bu əladır. Bu o deməkdir ki, biz (Siz) müsəlmanlar artıq yavaş-yavaş qazancımızı ancaq daşa, quma, qır-qızıla deyil… həmdə özümüzə xərcləyirik. Düzdür biz hələ bu istiqamətdə uruslardan, avropalılardan xe-ee-eyli geri qalırıq… amma həqiqətəndə bugün inkişaf var. Bəs bu prizmada ölkəmizdə olan təkliflərdə vəziyyət necədir? Niyə biz öz adamlarımıza daha yaxşı xidmət gösətərə bilmirik?

Burada vacib olan məsələ iki istiqamətdədir:

  1. Niyə Azərbaycanlı turistlər daxili turizmin potensialından istifadə etmir?
  2. Niyə daha çox Azərbaycanlı turizmə meyli deyil, məsələn həftə sonu niyə adamlar istirahətə az gedir?

Bilirəm yazıya başlamamışdan hamı bir ağızdan deyəcək: “Eşiii camaatda pul yoxdur, kasifffçılıqdır və s.” Amma mən düşünrəm ki, istirahətlə maddi vəziyyətin arasında əslində elədə böyük bir asılılıq yoxdur, həmdə bugün Azərbaycan əhalisinin vəziyyəti normal qiymətə təklif olsa istirahət etməyə imkan verməlidir.

Əlbəttə, bunun üçün bizim turizm sektorunda özündən razı ola, böyük Hotellər, böyük istirahət komplekslərinin tikilməsi azdır. Bu əslində daha sistemli fəaliyyətdən qaynaqlanmalıdır. Burada həm ciddi marketinq, həm makro səviyyədə görülməsi vacib olan tədbirlər olmalıdır və s. Amma bu istiqamətdə inkişaf etmənin üç əsas istiqaməti var. Biz düşünürük ki, bu addımlar sistemli şəkildə yanaşılsa və daha düzgün biznes model qurulsa turizm sektoru bugün olan durumdan ən azı 3 dəfə daha çox ola bilər. Əlavə ciddi investitsiya qoymadan. Bu istiqamətlər aşağıdakılardır:

  1. Xidmət anlayışına diqqət yetirmək. Bugün ölkə turizminin birinci “dərdi” ixtisaslı kadrların olmamasıdır. Yaxın dostlarımızında dediyi ki, hansısa bir restoranda, hoteldə və istirahət kompleksində işləyən adamın ağlında bir şey olur: burda başımı saxlayım… yaxşı iş olan kimi gedim. Heç ətrafınızda daha yaxşı ofisiant, daha yaxşı resepşində durmağı bacarmaq istəyən adam varmı? Yoxdur. Bu bizim turizm sektorunun bəlasıdır. Əslində dünyada ofisiant son dərəcə ciddi bilik, bacarıq tələb edən pəşələrdəndir. Bu pəşəyə oxuyurlar, bu peşəhə yiyələnmək üçün təcrübə keçirlər və s. Bəs bizdə? Bizdə bu qətiyyən belə deyil. Bizdə bu peşələr “tramplindi”. Güclü xidmət mütləq qaydada güclü personaldan başlayır. Resepşində duran xanımın qonaqlara gülüşünün dəyəri əslində son dərəcə böyükdür. Bu təbəssümün alınması yolu isə, işçilərin öyrədilməsi və məmnun olmasıdır. Hesab edirəm ki, bizim sektorda bu məsələyə diqqət edəcəklər.
  2. Qiymət qoyma. Bizdə qiymətlər rusların sözü olmasın “realno” bahadır. Düşünün Qafqaz Hoteldə (Qəbələ) bir günlük standart otaq 115 manatdır. Bura yalnız səhər yeməyi daxildir… İnanın ki, bahadır. Nəzərə alsaq ki, Hotelin 30% (həftə sonunda birdə) doludur… deməli vəziyyətimiz yaxşı deyil. Bu sektorda qiymət elastikliyi yüksəkdir. Bura mütləq daha sistemli qiymətqoyma və ya xərclərin daha düzgün idarəedilməsi lazımdır. Niyə həftə sonu üçün Qafqaz All İnclusive məntiqinə keçmir?! Qorxur adam yığa bilməz? Onda reklam etsin və s. Eyni şey, Rixos, eyni şey digər Hotellərədə aiddir. Axı Hotel biznesində dəyişən xərclər hər zaman aşağı olur. Bu mebel deyil ki, deyəsən ki, materiallı bahadır))
  3. Marketinq xidməti. Öz aramızda qalsın… amma bizim turizm sektorunun marketinqi biyabırçı vəziyyətdədir. Başda qlobal səviyyədə ölkənin reklamından başlayaraq… (bu uzun mövzudur) düz ən kiçik səviyyədə istirahət komplekslərinin təklif paketlərinə qədər. Bu paketlər nəyin ki, pisdir, bunlar yoxdur! Elə təsəvvür var ki, elə bil biz San Tropede isirahət təklif edirik… hansıki, San-Tropedə özünün dəhşətli reklam budcəsi var. Marketinq istər, məhsul yaradılmasında, istər qiymətqoymada, istər kommunikasiyada, istər yer seçimində son  dərəcə zəif səviyyədir. Bu biyabırçılıqdır. Bunu dəyişmək lazımdır.

Mən çox istəyirəm ki, biz istirahətə diqqət yetirək, biz daha çox xoşbəxt olaq, biz həyatdan həzz alaq. Biz həyatdan həz dedikdə… Xəzz, Villa (daş, qum), Qızıl… nə bilim uşaqlarımız üçün ev yox. məhz istirahət, xoş günlər keçirək. Bunun üçün mütləq turizm sektoru inkişaf etməlidir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Eslinde Azerbaycan-da turizmin inksaafi ucun her cur serait var. Dunyada olan 11 iqlimden 9-u bizim olkede var. Allah bize her cur imkanlar verib yalniz bunlardan duzgun istifade etmeyi bacarmaliyiq. Eger bizim olkede turizim senayesi inksaaf etse dunya markalari Hilton ve Sheraton kimi oz hotel sebekelerimiz yarana biler Misal ucun: Absheron, Shirvan v.s.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close