Avtomobil brendi dedikdə ilk ağlımıza gələn (ən azı mən ağlıma gələn) – Mersedes olur. Avtomobilin keyfiyyəti, innovativliyi, sistemli iş prinsipləri ilə yanaşı bu brendi qusursuz aparılan marketinq, brend strateqiyasıda digərlərindən fərqləndirir. Mersedes marketinqi elə mükəmməl təşkil edilib ki, çoxları ümumiyyətlə elə bilir ki, Mersedes-ə (Daimler AG) marketinq yoxdur. Mən bu yazıda Mersedes brendinin marketinq strateqiyasının bir qolu, şirkətin vətəni hesab edilən Ştuttqartda yerləşən Mersedes muzeyindən danışacam.
Mən muzeydə bir neçə dəfə olsamda hər dəfə burada olan konseptual yanaşmaya heyran oluram. Həqiqətəndə çox dəgig hər bir detalı düşünülmüş bir layihədir – Mersedes muzeyi. Muzeydə olan avtomobillərin düzülüşündən tutmuş, orda yerləşdirilən oturacaqlar harda olmasına qədər hər bir detal brenidin imicinə xidmət edir.