image_pdfimage_print

Biz mütəmadi olaraq pərakəndəçilikdə olan yeni trendlər, yeni istiqamətlər barədə bloq postlar dərc edirik. Düşünürük ki, pərakəndəçilik marketoloqlar tərəfindən ən çox izlənilən və vacib sektorların başında durur, çünki burada atılan hər bir yenilik bir-başa olaraq müştərilərə təsir edir (müsbət və ya mənfi). Bugünlərdə tətildə olsamda Avropanın ən güclü iki pərakəndəçisinin etdiyi son yeniliklər barədə Sizlərə məlumat vermək istəyirəm. 100 eşitməkdənsə 1 görmək yaxşıdır məntiqini əsas tutaraq bəzi videolarıda Sizlərə təqdim edəcəm.

Tətil demişkən (istirahət, məzuniyyət və s.) Sizi bilmirəm, mənim üçün ən gözəl istirahət yeniliklər gördüyüm yerlərdir. Olduğum yerdən hansısa bir yeni, faydalı informasiya ala bilmirəmsə, elə bilirəm keçirdiyim istirahətin heç bir mənası yoxdur, həyya dahada yorğunluğum artır. Bu dəfədə istirahəti maksimum “faydalı” qurmaq üçün Europcar-la başladım, o şəhər sənin, bu şəhər mənim məntiqi ilə!) Bu brend haqqında Sizlərə növbəti postlarımda məlumat verəcəm, hələlik isə keçək pərakəndiçilərimizə: Aldi və dm haqqında danışaq!

Əlbəttə, riteyl dedikdə hamının yadına Aldi düşür. Biz Sizinlə bu pərakəndəçi barədə danışsaqda, bu dəfə gördüyüm səhnə mənə bir xeyli yeniliklər bəxş etdi. Dünyanın ən ucuz pərakəndə şəbəkəsi kimi ad çıxarmış ALDİ belə, bu dəfə innovativ texnoloqiyalara ciddi investitsiya qoymuşdu. Avtomobil saxlanılan yerdə pulsuz naviqator xidmətindən başlayaraq, uşaqlar üçün bayram səhnəsinin yaradılması bir yana, ALDİ super marketlərin ən aktual problemlərindən biri olan çörəyin isti və tezə qalması üçün avtomatik “çörək sifariş” edən rəflər hazırlatmışdı. Bununla müştəri bir düyməni basmaqla, istədiyi çörək növünü demək olar ki, tam isti və təzə formada əldə edə bilir. Çörəklər vitrində deyil, elektron vitrində olur, buna görədə həm planlama avtomotik həyata keçirilir, həm geriyə qayıtmış çörək sayı minimuma enir, həmdə son dərəcə dadlı və keyfiyyətli məhsul müştəriyə təklif edilmiş olur.

Aldi videosunu diqqətlə baxdıqda bir daha əmin oluruq ki, mağazanın düzülüşü satışa necə bir-başa təsir edir. Cəmi 700-800 adda məhsul çalışın ALDİ merçaydayzinqi elə işləyib ki, salon tam dolu və bolluq hiss edilir. Bu prinsipi ALDİ ilə paralel, Media-Markt və İkea mükəmməl edir. Öyrənəcək çox şey var, bu pərakəndə “divlərindən”.

dm gördüklərim bu dəfə məni başqa tərəfdən təəcübləndirdi (daha əvvəl bu dm haqqında danışmışdıq). Son vaxtlar gənc xanımları özü üçün əsas müştəri seqmentin seçən brend salonda təklif etdiyi yeni xidmətlə çox ağıllı düşünə bildiyini bir daha sübüt edir. Brendin salonlarında gənc xanımlar üçün maraqlı olan xidmət şəkillilərin professional formada düzəldilməsi təklif edilir. Salonlarda böyük bir foto-studiolar təşkil edilmişdir. Video baxaq sonra daha ətraflı danışacam.

Göründüyü kimi dm foto istiqaməti müştərilərinə dahada yaxın olduğunu göstərir. Alman biznes mətbuatın yazdığına görə dm bu addımlar sırf foto biznes olaraq deyil, salonlarını müştərilər üçüb daha faydalı və maraqlı olması üçün edilib. Düşünürəm ki, dm buna nail olub. Həqiqətən “seqment” dm-ən əl çəkmir!)

Gördüklərimdən (gördüklərimizdən!) belə bir nəticəyə gəlmək olar ki, dünyanın ən güclü pərakəndəçiləri hər zaman yenilikləri izləyir və onları müştərilərin faydalanması üçün istifadə edir. Diqqət edin, butün yeniliklər sırf konkret seqmentin üçün relevant olduğu halda həyata keçirilir. Düşünməyə dəyər, hə!?

Mən isə gedim xəritədə növbəti gedəcəyim şəhəri və tanış olavağım brendi tapım, alınsa sabah yənə gördüklərimdən yazacam.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close