image_pdfimage_print

Dünən Almanlar dördüncü dəfə futbol üzrə dünya çempionu oldular… bugün Almaniyada almanlar bir daha özlərini dünyanın “ən yaxşı” milləti hesab edirlər. Ümumiyyətlə almanlarda aşırı dərəcədə millətçilik hissi var və bəlkədə bu hisslərə görə bugün onlar millət olaraq “əllərini qoyduqları” yerdən qalib çıxırlar. Bəs Sizcə biz (Azərbaycanlılar) almanlardan nələri götürə bilər? Necə edə bilərik ki, bizdə dünya çempionu olmasaqda heç olmasa dünyada olan çempionatlarda olaq?

İlk əvvəl qeyd edim ki, bu yazıda məqsədimiz heç bir şəkildə “biz niyə alman deyilik!?” məntiqi deyil. Bizim, Azərbaycanlı olaraq çooooxlu müsbət tərəflərimiz var və bir Azərbaycanlı kimi özümü bir çox kriteriyalar görə almanlardan daha üstün tuturam. AMMA bu o demək deyil, bizim almanlardan öyrənmək istədiklərimiz məsələlər yoxdur. Var. Bunlar hansıladır?

Almaniyada şvabların yaşadığı Baden-Wurtemburg deyilən vilayət var. Bir vaxtlar (ikinci dünya müharibəsindən sonra) burada çox ciddi maliyyə problemləri və işsizlik var edi. Almanlar etdikləri “möcüzə” nəticəsində sözü gedən vilayət nəyin ki, Avropanın ən gəlirli ərazisi, həmçinin Avropada olan patentlərinin 60% özündə cəmləşdirdi. Bu necə oldu?

  • Qənayət hesabına. Şvablar minimum resurslardan maksimum istifadə etməyi, qənayətə və artıq qalan resursları vahid hədəflərə yönləndirdilər. Alman qənayət sistemi, xərclənən hər bi “markın” düzgün təyinatının bilinməsi nəticəsində sözü gedən vilayət sənayə “nağılına” çevrildi.
  • Mükəmməl icra hesabına. Almanlar son dərəcə sistemli icraçıdırlar. Onlar bir dəfə düşünülmüş və qəbul edilmiş mövzuya heç vaxt qayıtmırlar, qayıtmazlar. Bizdən fərqli olaraq bir nəfər bilən şeyi digərləri bilmir. Rəhbər dediyi layihə müzakirə edilmir və s. Bir sözlə hər şey sistemli və düzgün olur.
  • Komanda yanaşma hesabına. Alman menecmentindən və ya biznes tipində fərdi heçnə yoxdur. Əgər Amerikan biznes məntiqi fərdi inkişafa yönəlidirsə, Almanlar daha çox komanda və ümumi iş icrasına yönəlirlər. Bunun bariz nümunəsi əslində elə futboldur. Futbol komanda oyunu olduğu üçün almanlar hər zaman iddiyalı olur.

Digər məsələ, Almanlar heç vaxt nəyisə səsli etmirlər. Hətta bəzən mənə elə gəlir ki, almanlar dünyanın ən sadə millətidirlər. Hər şey sadə, standart və fundamental həyata keçirilir. Əgər alman nəsə edibsə, bunu mütləq yoxlayıb və dedikləri, etdikləri hər şeyin konkret olaraq bilir və əmindir.

Elementar səhər yuxudan tez oyanma “xasiyyətlərindən” başlayaraq, əfsanəvi “alman hesabına” qədər millət olaraq hər şeyi düşünərək edirlər. Bu yaxşıdır, bu adamda fərqli bacarıqları ortaya çıxarır və rasional düşünsək, millət olaraq bizdən daha sistemli adamdırlar.

Bizim gənclərdə, bizdə bu qətiyyən belə deyil. Hətta deyə bilərəm ki, yuxarıda sadaladıqlarımın heç biri bizdə yoxdur. Bizdə daha fərqli, daha yaxşı məsələlər var, amma inanın mənə muasir dünyamızda biz mütləq bu “alman” xasiyyətlərindən nəyisə istifadə etməkliyik, yoxsa uğur qazanmağımız çox çətin olacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Ilk once onu deyim ki, Ilkin muellim biz ne vaxt cempion olmaq istesek ondada dunya cempionatinda olacagig. Bunun ucun biz bir millet kimi sistemli formalasmaliyiq. Her bir ise dediyiniz kimi komanda sekilinde yanasmaliyiq. Sirketlerin ozude komandalardan ibaretdir. Bu Yaponlarda daha cox ozunu buruze verir.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close