image_pdfimage_print

12 ayın sultanı, din, bərəkət rəmzi olan mabarək Ramazan Bayramı münasibəti ilə olan tətillərdən hərə bir cürə istifadə edir… kimlərsə tətilə istirahətə gedir (sağ olsunlar, tətilə getmək çox vacibdir, 8+8+8 prinsipi superdi!), kimlərsə öz qoyumlarının, çoxtandı görmədikləri adamların yanına gedir, kimlərsə dost-tanışları ilə görüşür, kimlərsədə – (mənim kimi) bölgələrdə olan xırda işlərinin sistemləşdirilməsi üçün daha çox işləyir. Məndə bu tətil günlərində işlərimizlə bağlı Yevlax, Tər-Tər və Mingəçivirə getmişəm. İstəyirəm bəzi təsüratlarımla bağlı Sizinlə söhbət edim.

Bugünlərdə Tərtərdə rayonda heç vaxt olmayan böyüklükdə və son dərəcə gözəl mebel salonu açırıq. Dostlar Sizə səmimi deyim, salondan maksimum həzz alıram. Bu bizim inanıram ki, sonuncu işlərimiz deyil. Sevinirəm ki, belə gözəl və geniş bir salon aça bilirik. Sevinirəm ki, bir vaxtlar cəbhə bölgəsi olan, daim düşmən gülləsi ilə yaşayan bölgəmizdə axır ki, belə gözəl salon aça bilirik…. amma bloq postumuz qətiyyən bu haqda deyil.

Mən biznes olmayana qədər heç vaxt bu rayonda olmamışdım. Ümumiyyətlə Qarabağ bölgəsində olduğum ilk rayondur Tərtər. Rayona getdikdə gördüyüm səhnələr məni çox təsirləndirdi.

Tərtər yeganə Azərbaycan ərazisidir ki, düşmənlərimizə ərazi vermək deyil, ərazi almışdır. Ümumiyyətlə müharibə dövrü yadıma düşdü, bugün gördüyüm səhnələrə sonra. Yadıma gəlir, Yevlaxda olduğum dövrlərdə müharibənin tam içində özümü hiss edirdim. Bəlkə buna görədir ki, ermənilərə nifrətim sonsuzdur, bəlkə buna görə çox millətçi qanı var məndə… amma Tərtərdən gördüklərimdən sonra bəzi şeyləri başa düşdüm:

  1. Həyat çox qısa, insan çox acizdir. Orda olan dağıntılar, qazılan xəndəklər, düşmənlərimizlə 700-800 metr məsəfadə dayanmaq məni düşünməyə vadar etdi ki, bu həyatda insana qalan yaxşılıq, xoş münasibətlər və əlbəttə görülən işlərdir. Əzizlərim daha çox mənəvi dəyərlərin üzərində çalışmalıyıq.
  2. Şükür etməyi bacarmalıyıq. Bugün gözümün önündə düşmənlərimiz burun-buruna qalan əsgərlərimizi, demək olar ki, cəbhənin birinci xəttində yaşayan insanları görəndə, Bakının mərkəzində “probkadayam” və ya “istidən öldüm” kimi statuslar yazan dostlarımızı bir daha “şükür etməyə” çağırıram.
  3. Əl tutmaq, əlidən qalıb. Yaxşılıq etmək üçün fürsət olan kimi, bunu heçnəyə baxmadan etmək lazımdır. Həyatda hər şey “bumeranq” prinsipinə uyğundur. Nə edirsən, geriyə dönür. Çalışaq imkan daxilində pislik etməyək, çalışaq “yalançılıqdan”, “yexanalalıqdan” uzaq olaq. İnanın bu heç birimizə xeyr vermir, verməz!
  4. Azərbaycan – yalnız Bakı deyil. Çalışın, çalışaq mütləq bölgələrdə olaq, Yevlaxlarda, Tərtərlər, Qazaxlarda, Gəncələrdə, Şəkilərdə, Buzovnalarda və s. yerlərdə olaq. İnanın mənə, bölgələrdən uzaqlaşmaq bizi insanlıqdan kənarlaşdıra bilər!

Bu siyahını uzadada bilərəm, amma bir fikir bitirmək istəyirəm: “bizim düşmənlərimiz hər zaman var, biz heç bir şəkildə ermənilərlə münasibətlərimizi yumşalda bilmərik, biz hamılıqla bilməliyik ki, ermənilər bizim ən böyük düşmənlərimizdir”.

Əziz oxucu, mütləq rayonlarda, bölgələrdə olan münasibətlərinizi bərpa edin. Birdə inanın mənə, bəlkədə bugün ən saf, ən təmiz insanların çoxu, “yumşaq desək” çoxu, məhz bugün bölgələrdədir. Bugün insanlıq bölgələrdə daha çoxdur.

Çox sevinirəm ki, işlərim bir qismi bölgələrlə bağlıdır, bu mənə hər iki Azərbaycanı yaxşı tanımağa köməklik edir. Çünki Bakı ilə bölgələr arasında ciddi fərqlər var.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Bolgelerin inksaafi orada ki, is yerlerinin vuset almasi ile mumkundur. Bu isde sizin kimi is adamlarinin rolu boyukdur. Size bu islerde ugurlar arzulayiram.
    Bu zeruriyyetdir cunki butun vetenimizin inksaaf etmesi ucun regionlarimizdaki seherlerin infrastruktur ve iqtisadi cehetden sicrayis etmesine ehtiyaci var. Umid edirik ki, duzgun seher salma diger seherlerimizinde simasini tezlikle yaxsi menada deyisecek. En azindan Baki ile olan balansi beraberlesecek. Insallah torpaqlarimiz dusmen tapdagindan azad olduqdan sonra oradaki seher ve kendlerimizide berpa edib inksaaf etdirmeliyik.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close