image_pdfimage_print

Bizim dövrümüzdə xarici marketinq, biznes jurnallarını ya xaricə yolumuz düşəndə (oda demək olar ki, olmurdu), yada ordan-burdan bəxtimiz gətirəndə alırdıq, amma bugün biznesə aid xarici jurnal sifariş etmək, “su içim” kimi bir şeydir.

Ölkəmizdə marketinqin inkişafı bir-başa və (və ya) dolayı yolla əslində hər birimizin maddi və mənəvi rifahına xidmət edir. Daha əvvəldə dediyimiz kimi, marketinq bizim üçün yalnız peşə seçimi deyil, bir həyat tərzidir, marketinqin verdiyi dəhərlər isə heç bir şəkildə ehtiyyaclarımızı ödəmək üçün vasitə deyil, daha böyük hədəflərə çatmaq üçün bir alət, bir açardır. Bu istiqamətdə iki son dərəcə hörmət etdiyim adamların zəhmətini xüsusi qiymətləndirmək istəyirəm: Rafiq HünaltayAnar Bayramovun bugün ölkədə marketinqin inkişafı üçün atdıqları addımlar mənidə hansısa yeni layihələrə istiqamətləndirir, ruhlandırır. Bu yazıda mən gözügörünməz olsada bu iki şəxsi etdikləri yeni layihələr barədə dəyərli bloq oxucularımızı tanış etmək istəyirəm. Marketinqin inkişafı üçün daha nələr edilir!?

Deyə bilərsiniz ki, eşi bu iki nəfər “nə edib ki?!”, hələ bir “dahalarından” danışasan!? Siz verməsənizdə mən özüm daxilən özümə verə bilərəm bu suallı, buna görə icazə verin bir neçə məsələni özümün yadıma salım… beləliklə bu adamlar son iki ildə nə ediblər!?

  • Bunlar, ölkəmizdə ilk dəfə praktik marketinq kursları yarada bildilər. İnanın səmimiyyətimə, hərdən özümdə bunlara baxıb yaxşı mənada paxıllıq edirəm. Bu qədər işlərin içərisində vaxt tapasan və Marketinq AİR adlanan bir təlim təşkil edəsən. Hər bir təlimdə anşlaq ola və daha sonra AİR-çi tələbələrimiz ölkənin ən inkişaf edən marketinq strukturlarında öz sözünü deyə… bu super nəticədir. İki il ərzində 250 nəfərə qədər adamı Marketinq AİR diplomu verəsən – halaldır, Sizə dostlar!
  • Bunlar, Azərbaycan dilində maraqlı video kontent hazırlamaq üçün, onlayn marketinq televiziyası yaradırlar. Anar və Rafiq bu qədər işləri ola-ola, dayanmadan çəkilişlər həyata keçirirlər. Çağırılan qonaqlar bir verilişə gəlib-gəlməmək üçün bir düşünür, verilişdə həyacandan danışa bilmədikləri halda bu iki nəfər canlı və mükəmmələ yaxın video kontent yaratmış olurlar. Sağolun dostlar!
  • Bunlar, Azərbaycanda Milli Marketinq Forumu edirlər. Öz menecerlik karyeralarında əsl mənada uğurlar qazana-qazana, dostlarımız forum kimi çətin bir təşkilatı işin altına girirlər. Tamamiylə öz hesablarına forum təşkil edirlər, foruma demək olar ki, sponsor cəlb edilmir (ikinci forumda sponsor olmayıb). Yox, bu forum yalnız bu iki nəfərlə edilmir. Bu iki nəfər ölkədə marketinqin inkişafına töhvə verən butün dostlarla birlikdə bunu edirlər. Amma edirlər. Amma danışmırlar, edirlər!
  • Bunlar Facemark.az kimi daim canlı qalan marketinq portalını idarəedirlər. Hərdən elə bilirəm, bunlar yatmır, (azerilər uyumuyarlaaaa-ar!?) sonra başa düşürəm ki, yatırlar, amma həmdə yatmaqla yanaşı nəsə edirlər. Sağ olun ki, edirsiz!
  • Bunlar Marketinq Azərbaycan adında Facebook qrupu yaradırlar. Elə bir vəziyyət olur ki, qrupa bugünlərdə qoşulan dostlarımız belə: “bu qrup hamının qrupudur, bura Marketinq Azərbaycan qrupudur” kimi sözlər deyirlər. Onlar bəzən öz vaxt itkiləri hesabına, dostluq münasibətlərindən istifadə edərək, qrup üzvlərini bir araya toplamaq üçün səylər göstərirlər. Bu super alınır. Sağ olun dostlar!
  • Bunlar… “koroçe” bunlar çox şey edib, amma mən indi bunların bu iki nəfərin yeni layihələri barədə danışmaq istəyirəm.

Ölkəmizdə bir dənədə olsun, marketinq istiqamətində jurnal yoxdur. Bununla yanaşı Azərbaycan dilində marketinq jurnalının yaradılması üçün, hələlik böyük resurs və enerji lazımdır. Necə dəyələr, karvan yolda düzələr prinsipini əsas alaraq dostlarımız biznes, marketinq, satış istiqamətində türk və rus dilində jurnalların onlayn abunə xidmətini təşkil edirlər.

Mən bu layihədə olan jurnalların qiymətini soruşanda… tam səmimi şoka düşdüm. Jurnallar Türkiyyədən Azərbaycana gətirilir, Azərbaycanda Bakının istənilən yerinə çatdırılır və bunun əvəzində qiymətlər son dərəcə münasibdir. Heç bir kommersiya marağı güdülmür. Çox təəcübləndim, soruşdum ki, niyə belə edirsiz ay Rafiq?! Cavabı isə, əslindən gözlənilən oldu: “İlkin mən bu addımları biznes üçün etmirəm, məqsədim pul qazanmaq olsaydı, saytla, jurnal abunəsi ilə nə işim var edir!?”. Mən o zaman bu cavaba, cavab vermədim. İndi isə deyirəm, həqiqətəndə dünyada yaxşılıq etmək istəyən adamlar çoxdur…

Özünüz bu linkdən nəzər yetirin: qiymətlər, jurnal sayı, jurnalların çatdırılma rahatlığı və operativliyi… bizim dövrümüzdür belə şeylər yox edi. Amma indi bu Rafiqlə, Anarların hesabına bunlar mümkündür?!

Bu layihə ilə yanaşı olaraq, Anar müəllimin təşəbbüskarı olduğu yenilik Marketinq Azərbaycan Qrupu vasitəsi ilə ölkədə özel sektorda işləyən aparıcı menecerlərlə qrup üzvlərini dialoqa gətirmək üçün super bir şansdir. #twitterdesual layihəsini ortaya qoyan dostlarımız artıq birinci intervyunu həyata keçiriblər. Buradan linklə tanış ola bilərsiniz. Növbəti sual-cavab həftənin üçüncü günü gecə saat 22:00 – 24:00 arasında yenədə sviterdə… yox, Twitterdə olacaq!)

Dostlar etdikləriniz və gələcəkdə etmək istədikləriniz bizi öz üzərimizdə daha ciddi işləməyə sövq edir. Bu arada bilirəm gözləyənlər çoxdur, yenədə xatırladım, npvbəti Marketinq AİR təlimləri daha fərqli formatda, oktyabr ayının birindən start götürəcək, hazırlaşın!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close