image_pdfimage_print

Avropada yarı iş, yarıistirahət xarakterli səfərimdə qızımın “tələbi” ilə bugün Europaparka getmişdim, daha doğrusu qızım məni aparmışdı. Əslində Parij Disneylandlə müqayisədə bu parkı daha çox sevirəm, bəlkədə təsadüfi deyil ki, 2013-cü ildə dünyanın ən sevilən tematikparkı məhz Europapark olmuşdu. Amma mən bu yazıda Sizlərə yayda övladlarımızla hansı tip yerlərə getmək lazımdır suallına deyil, sıfırdan necə qlobal brend qurmaq olar suallına və ya “bizim” başıbəlalı Qəbələndimizə niyə gələn yoxdur suallına cavab axtaracam. Başlayaq?!

İlk əvvəl qeyd edim ki, Euroropark Avropada Paris Disneylendinsən sonra ən çox ziyarətçi qəbul edən tematik park hesab edilir. Amma, bununla yanaşı Europapark Disneyland-ən bir çox parametrlərinə görə öndədir. Məsələn, parkın ərazisi yaşıllığı Disneylanddən daha çoxdur, alman dəqiqliyi buradada öz sözünü deyir, hər şey daha sistemlidir və s.

Ümumiyyətlə istər Disneyland, istərsədə Europapark brend siyasətində çoxlu oxşar tərəflər var. Bunların bir çoxunu Sizlərə sadalamaq istəyirəm.

  1. Hər iki parkda personal son dərəcə gülərüzdür. Bunu Sizə mən, marketoloq olaraq deyil, sırf sıradan müştəri kimi deyirəm. Hər iki parkda çalışan personalın 60% tələbələrdən ibarətdir. Başqa sözlə desək, bu adamlar burada daimi işləmirlər. Buna baxmayaraq həm Disney, həm Europapark hər hansısa bir işçini parkda işə başlamamışdan əvvəl, ən azı 2 ay təlim keçirdir. Təsəvvür edirsiz? 3 ay işçi çalışacaq, əvəzində 2 ay təlim keçir. 
  2. Hər iki parkda olan əyləncələr, konkret konseptə uyğundur. Əgər Paris Disneyləndində hər şey disney qəhramanlarının üzərində qurulmuşdursa, Europaparkda mövzular daha konseptualdır. Parkda ümumi olaraq 10-dan çox Avropa ölkəsinin göşəsi var. Hər bir ölkəyə xüsusi yer ayrılıb və o “ölkədə” olan attraksiyonlar sırf həmin ölkəni xarakterizə edir. Həmçinin Qrim qardaşlarının, Andersonun nağıl qəhramanları addım başı müştərilərini qarşılayıb, salamlayırlar.
  3. Hər iki parkda, xidmət məntiqi “hər şey daxil” qurulub. Parka girdikdən sonra, yemək və içkidən başqa hər şey tam ödənişsizdir. Düzdür yemək və içkinin qiymətləri “dəhşətlidir” (məsələn, 250 mq. suyun qiyməti 3 Evrodur!), amma hər yerdə çox saylı piknik imkanları yaradılıb. Yəni praqmatik almanlar və romantik fransuz ailələri üçün evdən yemək gətirib parkda yeməyə hər cür şərait yaradılıb, hətta Europaparkda bu təşviq edilir. Müştəri hiss edir ki, parkın məqsədi “cibə girmək deyil” (amma əslində kifayət qədər çox pul çıxara bilirlər), sadəcə maksimum həzz dəqiqələri verməkdir.
  4. Təhlükəsizlik ən üst səviyyədədir. İstər fransuzlar, istərsədə almanlar bu mövzuda “çox irəli” gediblər. Hətta valideynlərin düşünə bilmədikləri incəliklərlə ərazidə təhlükəsizlik xidməti təşkil olunub. Bununla yanaşı parklarda müşahidəçilər rəsmən gözə görünmür. Təhlükəsizliyi sistemi, proseslər yaradıb.

Parkda müştərilərə yönəli proseslərlə yanaşı B2B-ə yaddan çıxmayıb. Parij Disneylandində olan Pampers və Chanel stendi bunun bariz nümunəsidir… AMMA bu istiqamətdə Europapark son dərəcə irəli gedib. Mən burda olan çox saylı brendlərdən danışmamaq üçün Sizə müşahidə etdiyim üç brendi danışacam: Газпром, Hipp və Adidas.

Videodanda göründüyü kimi Qazprom öz reklamını bu parkda son dərəcə güclü edir. İçəridə hər şey brendin bugün ki, missiyasını əsk etdirir. Missiya demişkən, kaş ki, bizim Azərbaycan brendini qurmaq istəyən “baş bilənlərimiz” Paris və ya Rust-da Azərbaycan güşəsini yaradardılar və ya Socar?! Xəyal edin, görün nə gözəl olardı?!

Amma bu qətiyyən o demək deyil ki, biz öz əlimizdən gələni edirik… əminəm ki, yerli marketoloqlardan heç biri “Azərbaycan” brendinin güclənməsi üçün layihə və s. işləməyib. Demək istəyirəm, səhvi özümüzdə axtaraq… və mövzudan uzaqlaşmayaq.

Hipp brendi öz ampulasını sadiq qalarıq Europaparkda körpə uşaqlar üçün dincəlmək yeri hazırlaması, əlbəttə brendi müştərilərlə necə bir dildə danışmağını göstərir. Həmçinin Adidas-ən yaratdığı mağaza-muzey formatında olan konsepsiyası brendi bir üst səviyyə qaldırırdı.

Bəs Qəbəlanddə vəziyyət necədir? Niyə susduz? Qəbəland normal statistik Azərbaycanlının beynində “bahalı” yer kimi qalıb. Hətta orda heç vaxt olmayanlar belə: “Ora çox bahadır deyir”, əlbəttə bu brend üçün, faciyədir. Ailə brendi üçün. Axı Qəbəlandin uğurlu brendinqi yalnız ailənin toplaşdığl yer hesab olunduğu andan irəli keçə bilər. Düşünürəm ki, bizim tematik parkın tematik park olmasına hələ çox var, amma imkan var. Bu 100-dir. Əmin olun. Sadəcə qiymət, məhsul yaratma və personalın üzərində işləməklə Qəbəlandi bərpa etmək olar. Amma belə görünür, bunu istəyən yoxdur!

Düşünürəm ki, biz Qəbələdə mükəmməl tematik park qurmaq imkanına sahibik. Sadəcə Avropada olan uğurlu modelləri düzgün adaptasiya etməliyik, edə bilməliyik və ən əsası bunu istəməliyik.

Sabah Baseldə gördüklərimdən Sizlərə yazacam. İsveç saat brendlərindən olan yazıya hazır olun!

P.S. bu o demək deyil, sabah yazacam, bu o deməkdir ki, sabahdan sonra yaza bilərəm. Açığını deyim, mən bu bloqu sırf gündəlik baş verənlərə marketinq yanaşması olaraq yazıram. Başqa heç bir məqsəd yoxdur (hələlik yoxdur!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Yazı üçün təşəkkürlər.

    İndi istirahətdəsiniz, qayıdandan sonra daha ətraflı və daha müqayisəli bir yazı yazsaz əla olar. Mən Londonda muzeylərə getdim. Onların qurduğu marketinq sadəcə möhtəşəmdir. Bununla bağlı yazı yazmağı düşünürəm. Təxminən bu formatda. Müqayisəli.

    Bir daha təşəkkür. Xoş istirahətlər. :)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close