image_pdfimage_print

Bugünlər German Studio olaraq yaratdığımız biznesinin konsepsiyası məni düşündürməyə başlayıb… bəlkə müqəddəs Ramazan ayının hikməti, bəlkə 1news.az haqqımızda yazılan müsahibə, bəlkədə sadəcə evdə keçirdiyin müddət mənə bir daha diktə etdi ki, mətbəx muasir mənzilin ən sevimli, ən gülərüz, ən çox emosiya olan yeridir. Mətbəx mənzilin ürəyidir. Bunun belə olmasının bir çox səbəbləri var.

Mən son vaxtlar diqqət etmişəm ki, ailənin bir arada ən çox olduğu məkan məhz mətbəxdir. Sizə səmimi deyim, məncə qadının ən güclü silahıda əslində elə mətbəxdir. Məhz burada xanımlar əlçatmaz olurlar, məhz burada əslində hər şey tamamiylə onların əlində olur, məhz burada kişilərin sözü yalnız xahiş formasında olur və s.)

Elə bu bloqun mövcud olmasını təmin edən internet muasir ailənin həyat tərzini tam dəyişmiş vəziyyətdədir. Özünüz düşünün… bugün 5-6 yaşlı uşaq belə telefonu çox istəyir, bəs telefon nəyə lazımdır?! Muasir telefonda əslində internetə qoşulmaq üçün vasitədir. Sizi bilmirəm, mən bugün telefondan “həmdə danışmaq üçün” istifadə edirəm. Telefonun əsas funksiyası insanlar arasında ünsiyyətin formalaşmasıdır, amma artıq ənənəvi GSM məntiqi ilə yox, məhz Whats-uplar, Viberlər, Skypelar, Facebookçatlar vasitəsi ilə. Bu hər şeyi dəyişir, muasir insan ilk baxışdan daha rahat olsada, əslində stresi çoxalır. Enerjisi daha çox qedir. Çünki biz informasiyanın tam “ortasında” yaşayırıq. Bizə nəyisə demək və ya bizim nəyisə eşitməyimiz bir tərəfdən müsbət hal olsada, digər tərəfdən son dərəcə mənfidir. Biz hər şeyi eşidirik… buda lazımsız nervi, stress yaradır. Bu özünü əlbəttə ki, muasir mənzildə dahada qabarıq göstərir… vaxt o qədər azdır ki, hamı bir-birini elə ancaq mətbəxdə görür – mətbəx mənzilin ürəyinə çevrilir!

Mənzil düşünün… və orada mətbəx yoxdur! Heç təsəvvür edə bilərsinizmi? Əlbəttə, yox. Biz hər nə qədər restoranlara meyli olsaqda (bu arada mən meylli deyiləm, evdə yemək yeməyin ləzzətini heçnə verə bilməz!), xanımlar nəqədər çətin yeməklər hazırlamaqdan çəkinsələrdə… əslində axı elə deyil! Əslində gözəl mətbəx hər bir xanımı evdə daha çox vaxt keçirməyə, daha gözəl yeməklər hazırlamağa meylli edir. Mətbəx bizi ailəyə daha çox bağlayır. Mənzildə hər şey mətbəxdən başlayır – mətbəx mənzilin ürəyidir!

Muasir yaşamda işin yeri gündən-günə daha çox artır. Biz işə vaxt daha çox veririk. İşlə, şəxsi həyat arasında olan balans pozulur və biz mətbəxdə həmdə istirahət etmək, sevdiklərimiz adamlarla danışmaq istəyirik. Mətbəx mənzilin ürəyinə çevrilir!

Mənzil mətbəxdə yalnız yemək hazırlamaq və yemək yeri deyil, həmçinin ailənin toplaşdığı məkan olaraqda vacibdir. Bu baxımdan mətbəxin yerləşmə yerindən tutmuş, düüüz mətbəxdə olan mebellərin dizaynına, rəng seçiminə qədər vacibdir. Biz German Studio-nı ilk açdığımız vaxt, çox təəcüblənirdik ki, hansısa alman dizayner bizdən günəşin mənzilə hardan düşməsini və ya xanımın boy ölçülərini soruşur… ürəyimdə deyirdim “Ah bala sənə nə!?” amma sonradan almanların bizim personala keçdiyi çox saylı təlimlərdən sonra bildim ki, mətbəxdə hər bir xırda detal əslində vacibdir.

Vacib demişkən… mətbəxdə istifadə ediləcək materialların növü, formasıda mükəmməl mətbəx interyeri üçün şərtdir. Son vaxtlar təəsüflə deyirəm ki, mətbəxdə “maşın kraskası” sözü moda minib… bu sırf xəstəliyə aparan yoldur. Heç bir şəkildə mətbəxdə avtomobil kraskasından istifadə edilə bilməz. Nəyin ki, mətbəxdə… mebeldə bu yol verilməzdir… amma mətbəxdə bunun əhəmiyyəti ikiqat çoxalır. Axı mətbəx daim soyun çox olduğu, temperaturun tez-tez dəyişəcəyi yerdir. Necə ola bilər belə bir yerdə kraskadan istifadə edilsin… hələ-hələ avtomobildə olan kraskadan!?

Mən mətbəxə olan son dərəcə ciddi və fərqli münasibəti məhz Almaniyada görmüşəm… bəlkə buna görə Alman Mətbəx mebelləri dünyada ən yaxşı mətbəxlər hesab edilir. Mətbəx mebeli yeganə mebel növüdür ki, orda almanlar italiyanlardadan üstündürlər, çünki mətbəxdə birinci yerdə funksionallıq dayanır… almanlarda belə şeylərdə AS-lar. Sevindirici haldır ki, bugün Azərbaycan istehsalçısı belə həqiqi alman mətbəx mebellərini, həqiqi alman brendlərini tanımağa başlayır… German Studio-dan mebel alır. Bu məni çox sevindirir.

Düşünürəm ki, muasir həyatda mətbəx həqiqətəndə mənzilin ürəyidir və Azərbaycan ailələri mətbəxə daha çox dəyər verəcəklər.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close