image_pdfimage_print

Avtomobil brendi dedikdə ilk ağlımıza gələn (ən azı mən ağlıma gələn) – Mersedes olur. Avtomobilin keyfiyyəti, innovativliyi, sistemli iş prinsipləri ilə yanaşı bu brendi qusursuz aparılan marketinq, brend strateqiyasıda digərlərindən fərqləndirir. Mersedes marketinqi elə mükəmməl təşkil edilib ki, çoxları ümumiyyətlə elə bilir ki, Mersedes-ə (Daimler AG) marketinq yoxdur. Mən bu yazıda Mersedes brendinin marketinq strateqiyasının bir qolu, şirkətin vətəni hesab edilən Ştuttqartda yerləşən Mersedes muzeyindən danışacam.

Mən muzeydə bir neçə dəfə olsamda hər dəfə burada olan konseptual yanaşmaya heyran oluram. Həqiqətəndə çox dəgig hər bir detalı düşünülmüş bir layihədir – Mersedes muzeyi. Muzeydə olan avtomobillərin düzülüşündən tutmuş, orda yerləşdirilən oturacaqlar harda olmasına qədər hər bir detal brenidin imicinə xidmət edir.

Sizində videodan gördüyünüz kimi, Mersedes muzeyində son dərəcə innovativ və muasir texnoloqiyanın son nəticələrindən addım başı istifadə edilir.

Ümumiyyətlə muzeyin konsepsiyası Mersedes brendinin tarixinə ekskursiya etməklə yanaşı, baxıcıya əsas korporativ dəyərləri qabarıq şəkildə göstərməyin üzərində qurulmuşdur. Məsələn, Mersedes adının hardan və necə gəlmə tarixcəsi böyük ərazidə addım-addım izah edilir. Mersedes brendinin inkişaf etmək istədiyi əsas kateqoriyalardan olan “səyahət” yerinə ayrıca bir ərazi ayırmaq və orda tarix boyu brendin etdiklərini göstərməkdə əlbəttə, çox güclü fikirlərdəndir. Videoda göründüyü kimi.

Şəxsən mənim üçün hər zaman çox maraqlı olub ki, Mersedes hansı yollarla aristokrayiyanın, kübar həyatın obrazına çevrilib. Necə olub ki, butün dünyada vəzifəli şəxslər, biznesmenlər, tanınmış adamlar məhz Mersedes sürmək istəyir. Muzeyndə bu suallən cavabı üçün xüsusi yer ayrılıb.

Videoda göründüyü kimi “papamobil”, “alman futbol yığmasının” getdiyi avtobus, tanınmış müğənnilərin Mersedeslərə hərracdan alınaraq muzeyə gətirilib. Çox maraqlı və effektiv ideyadır, düzdürmu? Brendin tanınmış istifadəçiləri adları adi vətandaşlar üçün bir mesajdır – filankəs sürübsə, məndə sürüm və s.

Şirkət tarix boyu tarixi şəxslərin Mersedesdən istifadəsini real görüntülərlə müştərilərinə, muzeyin ziyarətçilərinə göstərməklə brendi, bahalı həyatın, dəbdəbənin obrazına çevriməyə çalışır və alınırda.

Düşünürəm ki, istər mühəndislik, istər brend strateqiya, istərsədə personala yönəli fəaliyyətinə görə Daimler AG-ən öyrəniləcək çox şey var. Mersedes brendi dünyada işçiləri üçün KPİ sistemini təklif edən ilk şirkət kimi, istər keçdiyi təlimlər, istər sistemli brend strateqiya, istər dizaynda olan konseptual yanaşma ilə həqəqətəndə pərəstiş edilənlərdəndir.

Yaxın dostlar bilir, Sizdə bilin – avtomobil olaraq ən sevdiyim və yaxşı mənada pəristiş etdiyim brend – Mersedesdir. Düzdür hələ özümü bu brendə hazır bilmirəm, amma Sizi əmin edirəm ki, Mersedes-ən yaxşı, təzə Mersedes ola bilər.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close