image_pdfimage_print

Yerli biznesin ən maraqlı, bərəkətli, ticari düşüncəli və eyni zamandada urək ağrılı yeri haradır suallı olsa, heç düşünmədən: “SƏDƏRƏK” deyərdim. Bura çox maraqlı yerdir, burdan həm xırda biznes kimi yaranan və bugün ciddi biznes olmuş şirkətlər, xırda biznesdən başlayan və gün keçdikcə qazandığı pulun miqdarından asılı olmayaraq gündən-günə dahada cılızlaşan… çoxlu sayda insan, sahibkar tipləri görmək olar. Sizə əminliklə deyirəm ki, burda olanların bir çoxu məncə heç vaxt iri biznesə sahib ola bilməyəcək və həyatları elə o “Sədərəyə” gedən yollarda biticək. Bu sahibkar tipləri hansılardır?

İlk əvvəl deyim ki, mənim Sədərəkdə olan sahibkarlara (bir çoxuna) hörmətim sonsuzdur və hesab edirəm ki, onların bildiyin mən heç 10%-də bilmirəm, amma yenədə düşüncələrimlə bölüşmək istəyirəm. Keçək sahibkarlarımıza.

  • Hər şeyi özü etmək istəyənlər. Çox maraqlı adamlardılar, hər şeyi öz əllərində cəmləyirlər və sonra biznesin inkişaf etməməsindən şikayət edirlər. Unutmaq olmaz ki, Sizin istedadınızdan asılı olmayaraq əgər Siz hər şeyi özünüz etmək istəyirsinizsə, qurduğunuz biznes heç vaxt iri miqyas almayacaq. Diqqət edin, butün güclü sahibkarların ən birinci bacarığı məhz insanları, digərlərini hərəkətə sövq etmək olub… vacib deyil bu klassik Rokfeller və ya Stiv Djobslardır… güclü biznes yalnız insanlarla düzgün icranı öyrətdikdən sonra güclü ola bilir. 
  • Xəsislik etmək istəyənlər. Necə deyirlər xəsis iki dəfə ödəyir… eləcədə bu bizim Sədərəkdə olan dostlarımızın inkişafına təkan verən növbəti məsələ, lazımsız yerlədə pula ciddi qənayət etmək istəmələridir. Məsələn onlara elə gəlir ki, kimlərsə bunları borcludur və heç bir şəkildə pul xərcləmək istəmirlər, bu xəsislik biznesin intelektual bazasının olmamasına gətirib çıxarır. Nəticədə sahibkar “sədərək” düşüncəsində qalır.
  • Dar dünya görüşü. Onlara hərdən elə gəlir ki, biznes yalnız Sədərəyin içərisindədir və ikinci, üçüncü salonların açılmasından çəkinirlər. Bir növ özlərinin “komfort zonasından” çıxmaq istəmirlər. Amma biz bilirik ki, xoşbəxtlik zonadan kənardadır. Bu tip sahibkarlar inkişaf, yenilik etməkdən qorxurlar. Bəli, bəli yenilik onları qorxudur.
  • Təhsilə az meyllidirlər. Onlar biznesdə kitab oxumaq, təhsilə maraq göstərmək, işçilərini treninqlərə göndərmək haqqında heç vaxt düşünmürlər. Alimlərə pis baxırlar!) Bəzən reklam etməmək üçün çox saylı mənasız bəhanələr uydururlar, ay nə bilim “Vergi görər, “banditizm” görər və s.”. Tam mənasız qorxmalardır. Böyük biznes qurmaq istəyən adam üçün belə problemlər heçnədir, əmin olun ki, Azərbaycanda olan bir çox böyük bizneslərin “Sədərəkçilərdən” fərqləndirən əsas xüsusiyyətlər budur.

Necə ki, baxmaqla görmək arasında fərqlər var, eləcədə biznesi “sədərək” stilində aparmağın fundamental biznes yanaşmadan fərqləri var. İnanın mənə, bu Sizi yerli sahibkarlarla mütamadi söhbətlər edən biri kimi deyirəm, yuxarıda olan məntiqi uyğun olanlar irəli gedə bilmir.

Düşünürəm ki, Sədərəkdə işləyən çox saylı ciddi potensialları olan sahibkarlarımız var. Onlar sadəcə qorxurlar, onlar sadəcə hamı kimi olmaq istəyirlərə Fərqlənmək istəmirlər və s. İnanıram ki, tezliklə Sədərəkçilərədə ayılmaq üçün bir “motiv” düşəcək.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. […] Niyə çoxları “Sədərəkdən” kənara çıxa bilmir?! […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close