image_pdfimage_print

Əminəm ki, çoxlarınız öz şəxsi biznesinizi açmaq barədə düşünürsüz və ya artıq biznesə sahibsiz. Bu yolda hamı tərəfindən “şablon” hesab edilən bir alqoritm var: “İdeya tapılır – Biznes plan yazılır – Pul tapılır – İş qurulur – Pul qazanılır – … və s.”. İcazə verin Sizə bir açıqlama, bir sirr açım… mən düşünürəm ki, real həyatda (kitablarda, kinolarda yox, realda) bu dediyimiz alqoritm qətiyyən işləmir… hətta bu alqoritmlə gedən adamların biznesi alınmır. Alınada bilməz. Biznes açmağın yolu, heç bir şəkildə planlamadan keçmir və başqa sözlə desək

BİZNES-PLAN BOŞ VAXT İTKİSİDİR – bilirsiz niyə?

Çünki muasir biznesdə zaman faktoru birinci yerdədir. Operativlik. İti düşünmə. Cəsarət. Özünə inam kimi, amillər olmadan uğurlu biznes qurmaq mümkün deyil. Bəs biznes-plan? Boş-boş yazılmış mətn, bəlkə özünü aldatmaq üçün olan bir konspekt, bəlkədə biznesə başlamağa qorxan adamlar üçün bir səbəb – “Vaxtım yoxdur… biznes-planı yazım… başlayacam!” – Özünüzü niyə aldadırsız, əzizlərim?! Neynirsiz biznes-planı, axı biz demişik “Karvan yolda düzəlir!”

Biznes-planların niyə lazımsız bir şey olduğunu subut etmək üçün, gəlin startup-ların yazılma səbəblərini nəzərdən keçirək. Biz niyə biznes-plan yazırıq?!

Birinsi səbəb: Deyirlər ki, biznes-plan yazanda biznes daha sistematik olur. İnanın mənə sistematikliklə heç bir aidiyyatı yoxdur. Bunun bir neçə səbəbləri var.

  1. Biznes-plan sadəcə planlamanın üzərində qurulur. 21-ci əsrdə planlama prosesi son dərəcə çətindir, hətta lazımsızdır. Xarici mühit tez bir şəkildə dəyişir və bugün hazırlanan biznes-proqnozlaşdırma sabah öz aktuallığını itirir. Planlama yerinə, gələcəyi yaratmaq daha asanddır. Biznes plan isə sadəcə boş planlamadır. 
  2. Biznes-planlarda adətən hər şeyi lazımsız dərəcədə səliqəli olur. Muasir biznes reallığı isə qətiyyən bunu demir. Azərbaycan reallıqlarında bu məsələ dahada aktuallaşır, çünki yerli biznes mühiti daha aqressiv və tez dəyişəndir.

İkinci səbəb. Deyirlər ki, investorlar biznes-plan olmadan pul vermirlər (investitsiya qoymur). Əzizlərim… Sizə bir statistika verim. Yeni yaranan uğurlu bizneslərin 90% çoxu, operativlik rentabellik səviyyəsinə gəlmiyənə qədər “kənar” pullardan istifadə etməyib. Yəni kredit ve ya investor tapmayıb (day-day pulu lazım olmayıb). Əksinə birinci gündən investora möhtac bizneslər özləri bir yana qalsın… investor pulunuda batırıblar. Heç vaxt biznes qurulması prosesi üçün kənar puldan istifadə etməyin, bunun axırı yaxşı olmur. Kənar pul, yalnız ciddi biznes model olduqdan sonra lazım olur. Biznes model olduqda isə, Sizdən biznes-plan istəməyəcəklər!)

Üçüncü səbəb. Deyirlər ki, biznes plan olanda vaxt düzgün nəzarət edilir, biznes vaxtında qurulur. Tam səhvdir. Biznes-plan yazmaq bizi lazımsız gərginliyə salır. Nesə yazmaqdansa, nəsə etmək daha yaxşıdır… Şəxsən mən bir çox gənc dostların (bəzən gənc olmayanlarından…) biznes-planı nəyisə etməmək üçün qalxan kimi istifadə etdiklərini görmüşəm. Biznes-plan əslində olmasaydı… bəlkədə, daha çox biznes quranlar olardı, həyya bəlkədə Siz indi biznes-plan haqda düşünməkdənsə, işinizi qurmağa başlasaz, daha çox pul qazanarsınız və s.

Biznesə hazır olmaq üçün heç bir şəkildə biznes-plan olmalı deyil. Hətta biznes-plan hazırlığı ilə biznes hazır olmaq arasında əlaqə belə yoxdur. Biznes-plan hazırlayan dostlarımızın xətrinə deysədə deyim… biznes-plan sadəcə heç bir iş görməmək üçün bir vasitədir.

Düşünürəm ki, muasir biznes heç bir şəkildə şablon düşüncələr, alqoritmlərlə qurulmur. Biznes daha çox istəyin üzərində qurulduğu zaman faydalı və effektiv olur. Bu baxımdan biznes-planlar bizə bir o qədər fayda vermir. Təbii ki, bu heçdə o demək deyil, “Məmmədağa… vur qabağa” tərzində işlər görülməlidir… AMMA aşırı planlamaya bizə mənfi nəticələr verir və biznes ruhunu öldürə bilər.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Bizim olkede coxlu bacariqli, yaradici, istedadli adamlar var. Esas odur ozumuze inam olsun. Gor gotur dunyasidir gerek her bir sektorda xarici firmalardan oyrenilesi ve tetbiq olunasi seyler coxdur. Menim ozumun musahide etdiyimden yazim. Hal-hazirda you tube-da coxlu Azerbaycan dilinde audio nagillar var. Bizm IT sektorunda isleyen insanlar bunlari elektronik olaraq bir qutunun icine yiga bilerler. Bir nov Nabi-Tablet http://www.nabitablet.com/kimi. Bu bizim balacalar ucun ugurlu oyuncaq olardi.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close