image_pdfimage_print

Yalnız bizim üçün deyil, yalnız marketoloqlar üçündə deyil, yalnız Marketinq Azərbaycan qrupunun üzvləri, yalnız Marketinq AİR təsisçiləri üçündə deyil, düşünürəm ki, özünü müsəlman hesab edən hamı üçün Ramazan ayı ən əziz, ən dəyərli, bərəkətli aylardandır. Əlbəttə ki, biz marketoloqlar belə deyərli ayda görüşməyə bilmərik və… təbii ki, hamımız birlikdə sabah (11 iyul) İftar edirik. Sizə səmimi deyim, bu görüşün təşkil edilməsində əsas məqsəd heç bir şəkildə “oruc açmaq” və ya “iftar etmək” deyil… bu tədbirin bizim üçün son dərəcə böyük əhəmiyyəti var. Bunlar nədən ibarətdir?

İlk əvvəl nesə fikir yürütməzdən əvvəl istəyirəm, qısada olsa tarixə qayıdım… Marketinq Azərbaycan qrupu yaradılanda ilk görüşümüz Mado-a oldu. Nərimanovda yerləşən Mado-da görüşə gəlmək üçün çox vacib olan bir işimi yarı-yarımçıq qoyub… özümü görüşə çatdırdım… bugün olduğu kimi yadımdadır… görüşdə cəmi-cümlətəni 7-8 nəfər var edi. Anar müəllim (Anar Bayramov), Rafiq müəlllim (Rafiq Hünaltay), Vaqif bəy (Vaqif Abbasov), Şahnaz xanım, Samir bəy (Samir Mehdi), Vuqar bəy (Vuqar Əliyarov), mən (İlkin yəni) və… və biz yəni 7 nəfər var edi.

Sizə səmimi deyim… Rafiq müəllimlə, Anar müəllimə pis olduğumu dedim… görüşdən sonra. Dedim, axı bu boyda qrupda adam var… (bu arada o vaxt cəmi 120 nəfər üzvümüz var edi!), amma cəmi 7-8 nəfər gəlib… niyə bu belədir? Məgər heç kimə marketinq lazım deyil?!) Pis oldum, yalnız mən yox, hamımız pis olduq. Düşmən axtarırdıq!) AMMA biz düşündük ki, görüşləri mütəmadi etdikcə, daha çox adam bizə qoşulacaq. Elədə oldu!

O vaxtlar Rafiq müəllim çox düzgün bir addım atdı… admin olaraq marketinqdə aktivlik etmək istəyən hamını əlavə etdi. Deyəcəm güləcəksiz… bugün bizim qrupa qıraqdan “söz atan” marketoloqların bir çoxu, ilk əvvəl qrupda admin edilmişdi. Bununla biz: “Bu qrup heç bir şəkildə bizim deyil, bu Azərbaycanda marketinqi sevən hamınındır” mesajını vermək istəyirdik. Arqument kimidə… “Gəl sənidə admin edirəm… ” deyirdik! Amma… Amma onlar… neysə eşi, onlar haqqında danışmayaq, biz bunlardan danışaq!)

Yadıma gəlir, bir dəfə Şəki restoranında Novruz Bayramı toplantısı keçirilirdi… Marketinq Azərbaycan Qrupunun Novruz Bayramı edi, martın 24-də, dəqiq yadımdadır. Çox həyacanlı edik… çünki biyabır ola bilərdik, biz 100 nəfərlik yer danışmışdıq və qorxurduq gələn olmasın…, kasıbçılıq edi, cibimizdə elə pulda yox edi, amma gəlməyən adamların yerinə pulu biz verməli edik. Sözün açığı verdikdə… amma xoşbəxtçilikdə adam az olduğuna görə, adam çox olduğuna görə. Qonaqlar var edi, onların pulu Rafiq müəllimlə, Anar müəllim verdi. Sağ olsun.

P.S. Məndən ala bilmədilər, olmayan şeyi necə almaq olar?!)

Bu hələ harası edi… qrupun inkişafı üçün maksimum tanıdığımız marketoloqları dəvət edirdik, hətta bəzən Anar və Rafiq müəllimi qınayırdım ki, “Əşi… istəyirlər gəlsinlər, istəmirlər yox! Biz onlara yalvarası deyilik ki?!”. Amma indi görürəm ki, güclü qrup yaratmaq üçün, “passiv”, “çox bilən” marketoloqlarıda xahiş-minnət edib qrupu dəvət etmək lazımdır. Onlarda bəziləri qrupdan çıxıb… bəziləri qrupdadır, amma susur… bəziləri susmur… amma ən əsası, bizim qrup heş bir şəkildə fərdlər qrupu deyil. Bu superdir!

Uzun sözün qısası… biz mütəmadi olaraq görüşlər keçirməyə başladıq... bu aradada Marketinq AİR təlimləri son dərəcə sürətlə hərəkət edirdi… Facemark marketinq saytı və Facemark.tv öz sürətini artırırdı… Milli Marketinq Forumu bizim qrupu dahada gücləndirdi… və çox maraqlı bir vəziyyət yarandı – artıq qrupda olan marketoloqlar bu qrupu öz qrupu hesab edirdi… bu yaxında qrupda belə bir dialoq olanda, mən Anar və Rafiq belə bir SMS yazdım… Sizədə deyirəm, amma heç kimə deməyin, yaxşı? SMS belə edi:

Qardaşlar təbrik edirəm! Qrupda olan kommentlərə oxuduz? Deyirlər ki, bu qrup bizimdir, kimsə nə vaxt bu qrupu yaradıbsa, o demək deyil qrup onundur, qrup burda olan hamınındır. Bu bizim qələbəmizdir, təbriklər.

Belə bir SMS atmışam… bir 15-20 gün bundan əvvəl. Bu qrupun qələbəsi edi. Bu Azərbaycan marketinqin necə güclü inkişafından xəbər verirdi, marketoloqlar bir platforma altında birləşmişdilər və bu platformanı, hərə özünün ki, hesab edirdi. Sahib çıxırdı, sahiblənirdi.

Düşünürəm ki, sabah marketoloqların bir arada iftar etməsi belə qrupun növbəti uğurudur. Biz istər Facemark olaraq, istərsədə artıq ikinci ildir qrup şəklində iftar edirik. O demək deyil, qətiyyən o demək deyil, Oruc tutmayan bura gəlmir. Əsla yox. Biz bu gözəl Ramazan ayının hikmətindən “yararlanaraq” Qrup üzvlərini, dostlarımızı görmək istəyirik. Onlarla yalnız, onlaynda deyil, offlayndada tanış olmaq istəyirik, inşallah olacağıqda!

Bu qrupun bu səviyyəsinə gəlməsində, sonsuz və gözəgörünməz rolu olan Rafiq və Anar müəllimə bir daha çox sağ ol deyirəm. Siz böyük işlər görürsüz, təbrik edirəm!

Əzizlərim, hər birinizi sabah Gənclikdə yerləşən Özsüt restoranında İftar sürəsində gözləyirik. İnanırıq ki, Ramazan ayının bərəkəti butün marketoloqlar arasında xoş niyyət, mehribançılıq yaradacaq. Gözləyirik!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close