Monthly Archives İyul 2014

“Biznesin miqyasından asılı olmayaraq, ən vacib olan məsələ hansıdır”, deyə məndən kimsə soruşsa, heç düşünmədən… “rəqabət üstünlüyü” anlayışı cavabını verərəm. Həqiqətən qurulan butün bizneslərdə sahibkarın diqqət etməsi vacib olduğu ən birinci və vacib məsələ, 1985-ci ildə Porter “müəllim” tərəfindən icad edilən rəqabət üstünlüyü anlayışıdır. Mən bu yazıda şəxsi təcrübəmə əsaslanaraq bu anlayışın praktik əhəmiyyətindən danışmaq istəyirəm.

Əminəm ki, çoxlarınız öz şəxsi biznesinizi açmaq barədə düşünürsüz və ya artıq biznesə sahibsiz. Bu yolda hamı tərəfindən “şablon” hesab edilən bir alqoritm var: “İdeya tapılır – Biznes plan yazılır – Pul tapılır – İş qurulur – Pul qazanılır – … və s.”. İcazə verin Sizə bir açıqlama, bir sirr açım… mən düşünürəm ki, real həyatda (kitablarda, kinolarda yox, realda) bu dediyimiz alqoritm qətiyyən işləmir… hətta bu alqoritmlə gedən adamların biznesi alınmır. Alınada bilməz. Biznes açmağın yolu, heç bir şəkildə planlamadan keçmir və başqa sözlə desək

BİZNES-PLAN BOŞ VAXT İTKİSİDİR – bilirsiz niyə?

Bugünlər German Studio olaraq yaratdığımız biznesinin konsepsiyası məni düşündürməyə başlayıb… bəlkə müqəddəs Ramazan ayının hikməti, bəlkə 1news.az haqqımızda yazılan müsahibə, bəlkədə sadəcə evdə keçirdiyin müddət mənə bir daha diktə etdi ki, mətbəx muasir mənzilin ən sevimli, ən gülərüz, ən çox emosiya olan yeridir. Mətbəx mənzilin ürəyidir. Bunun belə olmasının bir çox səbəbləri var.

Bu il Kann festifalında iştirak edəcək reklam ssenarilərinə (filmlərə) baxırdım və bir məsələ hər dəfə olduğu kimi diqqətimi çəkdi. Əslində dünyamız gündən-günə daha soyuqlaşsada (insanı münasibətlər cəhətdən), düşüncələrimiz, hisslərimiz azalsada bir dəyər var ki, hər zaman aktualdır, hər zaman insana təsir edir. Məncə bu ailə, uşaq və xoşbəxtçilik mövzusudur. Bu istiqamət brendlər üçün hər zaman son dərəcə aktual və uzunmüddətli dövr üçün faydalı bir istiqamətdir. Ailə dəyərləri üzərində qurulan brendlər gündən-günə dahada güclənirlər, ailə dəyərlərini əsas biznes istiqamət hesab edənlər daha sistemli olurlar və s.

Əlbəttə, bunu biz biliriksə, dünyaya brendinq dərsi keçən bir şirkət kimi Coca-Cola dünəndən bilir. Yumşaq desək dünəndən. Colanın demək olar ki, butün kommunikasiya istiqamətlərində dəqiq şəkildə ailə dəyərlərinə hörmət hiss edilir. Colanın brenidinq kommunikasiyalarına diqqət etsək qlobal səviyyədə daim ailəcanlılə brendin əsas brend identifikasiyası kimi çıxış edir. Belə xırda detallarının üzərində əslində böyük brendlər qurulur.

12
Close