image_pdfimage_print

“Biznesin miqyasından asılı olmayaraq, ən vacib olan məsələ hansıdır”, deyə məndən kimsə soruşsa, heç düşünmədən… “rəqabət üstünlüyü” anlayışı cavabını verərəm. Həqiqətən qurulan butün bizneslərdə sahibkarın diqqət etməsi vacib olduğu ən birinci və vacib məsələ, 1985-ci ildə Porter “müəllim” tərəfindən icad edilən rəqabət üstünlüyü anlayışıdır. Mən bu yazıda şəxsi təcrübəmə əsaslanaraq bu anlayışın praktik əhəmiyyətindən danışmaq istəyirəm.

Əvvəla qeyd edim ki, biz istər Ali məktəblərdə, istər Marketinq AİR təlimlərində mütləq qaydada Porterin bu strateqiyaları, rəqabət anlayışına diqqət yetitiririk.

Təxminən 20 il bundan əvvəl tanınmış biznes-jurnallarının birində Mayk Porterin “rəqabət anlayışı” haqqında yazısı dərc edilir. Bu yazı biznesə daha fərqli aurada baxmağa imkan yaratmaqla yanaşı, düzgün qurulması lazım olan biznesin formulunu ortaya qoyur. Porter deyir ki, istənilən biznes subyekt rəqabət mühitində qalib gəlməsi üçün 2 vacib məsələdən birinə sahib olmalıdır:

  1. Xərclərdə üstünlük. Başqa sözlə desək, biznesin xərc strukturu elə qurulmalıdır ki, onun təklif etdiyi məhsulun (xidmətin) qiyməti digər bazarda olan analoqlardan ucuz olsun. Porter deyir ki, bununla rəqabətdə qalib gəlmək olar.
  2. Məhsulda üstünlük. Başqa sözlə desək, təklif edilən məhsuk (xidmət) özünün elə bir unikal xüsusiyyətinə malik olmalıdır ki, bu xüsiyyət digərlərində olmasın. Nəticədə biznes rəqabət mühitində qalib gəlsin.

Porter deyirdi ki, bunlardan başqa yerdə qalan butün elementlər əslində bu iki anlayışdan birinin artmasına gətirib çıxarır və sahibkar özlüyündə rəqabət üstünlüyünü təyin etməyibsə açacağı biznesin uğurlu olması şansı yoxdur (azdır).

Şəxsən mən başladığım istənilən yeni işdən əvvəl özümün (şəxs) olaraq bu işdə rəqabət üstünlüyümü təyin edirəm. Əgər bu üstünlük yoxdursa… mən bu işdə sadəcə olmuram. Məsələn, bu yaxında (yəni bir il bundan əvvəl), bir dostumla müştərək işə girdim… sözün açığı işə başlayanda sadəcə əsaslı düşünməyə vaxtım olmadı. İş başladıqdan sonra gördüm ki, bu biznes sahəsində mənim heç bir rəqabət üstünlüyüm, bir sahibkar kimi… yoxdur. Nəticədə bu biznes mənə yaxşı dərs verdi, ziyanım oldu (xırdada olsa) və mən tezliklə bu biznesdə kənarlaşdım.

Bugün üzərində çalışdığım və sahib olduğum istənilən biznes istiqaməti təhlil etsək görəcəyik onlarda mənim sahibkar olaraq rəqabət üstünlüyüm var, məsələn. German Studio – mən Almaniyada təhsil almışam, bu ölkəni tanıyıram, mebel sektorunda 7 ildir işləyirəm… və bu sahədə digərlərinin bilmədiklərini bilirəm. Bunun əsasında mənim məhsulun daha unikaldır və s. İkinci misal bölgələrdə mən mağazalarım var. Bu necə olub? Mən özüm Yevlaxda anadan olmuşam, bölgəni bilirəm, satdığım məhsulu bilirəm və bu iki xüsusiyyəti özündə birləşdirən ikinci adam hələ bölgələrdə yoxdur. Nəticədə bölgələrdə uğurlu biznes qura bilmişik.

Dediyim məsələləri bugün etdiyin istənilən sahəyə şamil etmək olar. Əsas odur ki, rəqabət üstünlüyü olmayan sahədə çalışmağın mənasız olduğunu qəbul edə bilək. Sizdə mütləq belə sahələr var. Biznes qurmaq istəyirsinizsə… bu sahələri tapın və bu “ramkada” biznes açın. Uğurlu olma şansınız böyük olacaq.

Rəqabət üstünlüyü anlayışın görünməyən… lakin əhəmiyyəti heç bir şəkildə az olmayan digər bir məsələsi, tərəfidə var. “Rəqabət üstünlüyü” heç bir şəkildə sonsuz və ya daim bir məsələ deyil. Bu çox riskli və ciddi məsələdir. Diqqət edin! Sizin rəqabət üstünlüyünüz yalnız konkret bir corafi əhatədə, yalnız konkret məhsul kateqoriyasına görə, yalnız konkret bir zaman kəsiyində ola bilər. Dediklərimi bir-az daha açım.

Rəqabət üstünlüyü konkret corafi əhatəyə görədir. Dünyanın ən güclü brendlərinin biznes strateqiyasını təhlil edin və görəcəksiniz ki, bu brendlər mütləq konkret corafi ərazidə çalışırlar… Wall-Mart kimi dünya nəhəngi Avropa bazarında uğurlu ola bilmədi, İKEA müsəlman ölkərində uğurlu deyil və ya Red Bull yalnız müəyyən ərazilərdə ciddi mənfəət gətirir və s. Səbəb nədir? Səbəb yenədə rəqabət üstünlüyü anlayışıdır. Wall-Mart Amerika bazarında əlində olan rəqabət üstünlüyünü Avropaya daşıya bilmir və nəticədə biznes uğursuz olur. İKEA alman, isveç ev məntiqini müsəlman ölkələrində otuzdura bilmir, çünki rəqabət gücü çatmır… ona görədə Türkiyyədə olan biznesləri zərərlidir və s.

Rəqabət üstünlüyü konkret zaman kəsiyinə görədir. Zaman güclü “yuyub-aparmaq” xüsusiyyətinə malikdir. Ən mükəmməl biznes-model belə zamanla öz aktuallığını itirir. Rəqabət üstünlüyü yalnız müəyyən zaman kəsiyi üçün keçərli olur, bundan sonra biznes öz aktuallığını itirir. Şərti Xerox, şərti Scotch və s. brendləri nəzər yetirin… zamanla öz üstünlüklərini tam itirmişlər. Zamanla ən gözəl mübarizə aparan brend dedikdə… əlbəttə Gillette yada düşür. Zamanla mükəmməl mübarizə apararaq öz rəqabət üstünlüklərini gündən-günə saxlaya bilirlər.

Rəqabət üstünlüyü məhsul kateqoriyasına görədir. Fikir verin çox böyük şirkətlər, əllərində 100milyonlarla ölçüləcək investitsiyalar, öz sektorlarının liderləri… amma hansısa yeni sektora girdikdə uğur qazana bilmirlər. Səbəb Sizin bildiyiniz məsələlərdir. Rəqabətüstünlüyü yalnız konkret məhsul kateqoriyalarına görə olur və yeni sahələrdə sadəcə effektiv olmaya bilər. Effektiv olmur.

Hesab edirəm ki, rəqabət üstünlüklərini dəqiq başa düşmək həm yeni başlayan startupçı dostlarımızı, həm böyük təcrübəli olan sahibkarları düşündürməlidir. Bu biznesdə düzgün iş qurmağın birinci suallarından olmalıdır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close