image_pdfimage_print

Bu il Kann festifalında iştirak edəcək reklam ssenarilərinə (filmlərə) baxırdım və bir məsələ hər dəfə olduğu kimi diqqətimi çəkdi. Əslində dünyamız gündən-günə daha soyuqlaşsada (insanı münasibətlər cəhətdən), düşüncələrimiz, hisslərimiz azalsada bir dəyər var ki, hər zaman aktualdır, hər zaman insana təsir edir. Məncə bu ailə, uşaq və xoşbəxtçilik mövzusudur. Bu istiqamət brendlər üçün hər zaman son dərəcə aktual və uzunmüddətli dövr üçün faydalı bir istiqamətdir. Ailə dəyərləri üzərində qurulan brendlər gündən-günə dahada güclənirlər, ailə dəyərlərini əsas biznes istiqamət hesab edənlər daha sistemli olurlar və s.

Əlbəttə, bunu biz biliriksə, dünyaya brendinq dərsi keçən bir şirkət kimi Coca-Cola dünəndən bilir. Yumşaq desək dünəndən. Colanın demək olar ki, butün kommunikasiya istiqamətlərində dəqiq şəkildə ailə dəyərlərinə hörmət hiss edilir. Colanın brenidinq kommunikasiyalarına diqqət etsək qlobal səviyyədə daim ailəcanlılə brendin əsas brend identifikasiyası kimi çıxış edir. Belə xırda detallarının üzərində əslində böyük brendlər qurulur.

Yadıma düşür, Embawood brendinin ilk reklam konsepsiyasını sırf ailə dəyərlərinin üzərində qurmuşduq. O zaman, yerli şirkət heç bir şəkildə, 35-40 minlik TVC büdəcəsini qəbul edə bilmirdi. Xatırlayıram bu rolikin ilk prezentasiyalarında şirkətdə hamı bizə “düşmən” kəsilmişdi… hətta mənim bir-başa rəhbərim belə dilerlərin yanında “Eşiii, boş şeydi deyirdi!”, amma tarix göstərir ki, brend ailəyə yaxın olduqda daha çox mənfəət gətirə bilir. Bu reklamdan sonra brendin müştəri kütləsindən qəbul edilməsi dahada yaxşılaşdı… “məhşur” divanın satışlarıda rekord qırırdi!)

Əslində marketinq, brenidinq sırf insan instiktlərinin, psixoloji məsələlərin üzərində qurulur. Mən bu roliki çox sevirəm, bilmirəm niyə?! Bəlkə bu rolikə görə çox həyacanlanmışam, bəlkə bu mənim üçün bir risk olub… amma məhz bu rolikin verdiyi imic, milli brendin dahada güclənməsi üçün bir təkan edi.

Əslində sözü gedən brend mövqeylənmə daim kommunikasiya elementinə çevrildi və daim olaraq ailəcanlılığın üzərində brend inkişaf etdi. Biz maksimum reklamlarda brendin əsas imicinin məhz gənc ailələr olduğunu göstərmək istəyirdik.

Qlobal şəkildə məsələyə yanaşsaq ailə dəyərlərinin brendin imicinə bələ davamlı və müsbət təsir etməsinin əsas səbəbini sırf dəyişməz hisslərin olmasında görürəm. İnsanların sosial, maddi vəziyyətindən asılı olmayaraq, yaxınlığa, masumluğa, dostluğa, sevgiyi ehtiyyacı var. Məhz bu hisslərin üzərində qurulan brendlər daha uzunmüddətli olur. Ailə dəyərləri məncə belə hisslərdən, insightlardandır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close