image_pdfimage_print

Bugün Bakı – Yevlax yolu boyu radarları “saya-saya” getməklə yanaşı, bir-az turizm barədə düşündüm. Əminəm ki, Sizdə bilirsiz… bugün bazarda ən çox yayılmış biznes növündən biridə tur-agentlik açmaqdır. Sevindirici haldır ki, biz turizmə artıq qiymət veririk… Amma bir böyük problem var – tur paketlər son dərəcə standart və eyni tiplidir (maraqsızdır). Əslində turizm bazarında son dərəcə böyük imkanlar olmasına baxmayayaraq bizim tur-operator “dostlarımız” “antalyalardan” əl çəkmir. Mən düşünürəm ki, yerli bazarda bəzi turizm növlərinə ciddi ehtiyyaclar var. Məsələn?

Bugün dostlar bilir ki, mən futbol çempionatında Almaniyaya “balet” edirdim (edirəm). Yerli bazarda bir dənədə olsa, futbol çempionatından sistemli turizm paketi verən təklif yox edi… var edi!? Mən bilmirdim. Deyə bilərsiniz ki, gedən adam özü gedir. Düzdür. Amma bəs reklamın verdiyi fayda!? Əgər öz xodu ilə 10 nəfər gedirsə, reklamla, marketinqlə bunu neçə nəfər etmək olar?! Bəs tur-operatorlar bu sektora niyə diqqət etmirlər?

Facebook-a Barcelona və ya Real Madrid oynayanda az-qalır özümüzü stadionda hiss edək. Amma derbi oyunlarına baxışlar təklif edən turlar varmı, bazarda? Çox düşünməyin, yoxdur! Bizim ölkə yenilikləri çox sevir, niyə bizim tur-operatorlar yenilikçi təklif vermirlər!?

Övladı olanların çoxu bununla rastlaşıb həgin ki, balaca uşaqla hara getmək olar? İlk ağla gələn yerlər FantaziLand , EuropaPark, Disneyland və s., düzdür? Bəs bunları təklif edən turizm şirkəti varmı!? Mən tanımıram… mən onlardan daha yaxşı bilirəm, tapıram!) İnanın elə təklif verirlər ki, az qalıram deyim ki, gəlin belə edək, daha ucuz və rahat olsun!)

Əvəzində bizimkilər, Antalya təklif edir. Antalya demişkən… bugün Budapeştə son dərəcə ucuz qiyməti təyyarə var. Niyə bizim tur şirkətlər, Balaton gölü ətrafında hər şey daxil məntiqi ilə təkliflər hazırlamır?! Sadəcə işləmək istəmirlər, sadəcə yeniliyə açıq deyirlər.

Düşünürəm ki, turizmdə çox saylı maraqlı və sistemli təkliflər vermək olar. Belə təkliflər olsa, həm yenilikçilik olar, həmdə biz sadəcə vətəndaşlar, maraqlı yerlər ölkələr görərik… niyə biz Bookinglərə, HRS-lərə möhtac olmalıyıq?!)

Yerli turizm inkişaf etməsədə, heç olmasa yerli turizm şirkətləri inkişaf etsin. Daha sistemli biznes qursunlar. Hər bir biznes öz manefeyini qorusada, əslində “görünməz əllər” prinsipi burdada işləyirlər.

Neysə çox vaxtınızı almayım… gedim bir daha booking-ə nələrisə axtarım, Antalyalar, Dubaylar, Xurqadalar… kimi tur paketlərlə irəli getmək bugün real görünmür. Düşünməyə dəyər!?

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Ele mende sizin soylediklerinizi fikirlesmisdim. Amma bir ferq var oda bizim yerli Turist sirketlerinin olke daxili tur paketlerinin olmamasi haqqinda. Eger biz dogurdanda olkemizde Turizmin inksafini isteyirikse onda her bir eylence celbedici olmalidir. Deniz sahili seherlerimizde tam yuksek seviyede ve ucuz dincelmek ucun her cur serait olmalidir. Eko turizimde oz yerinde gozel tebiete malik olan vetenimizde bu potensial var.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close