image_pdfimage_print

Bugünlərdə dünyada olan trend Azərbaycanada gəlib. Daha əvvəl dünyada tanınmış adamlar başlarına buzlu su tökməklə skleroz xəstəliyinin nadir, lakin çox təhlükəli bir formasına qarşı flaşmob təşkil edirdilər. Bununla məhşurlar cəmiyyətin diqqətini sözü gedən xəstəliyi cəlb etmək və tibbi araşdırmalar üçün hərədən 100 dollar olmaq şərti ilə pul yığmağı hədəfləyirlər… bu dalğa təbii olaraq Azərbaycanımızada gəldi. Əlbəttə, qloballaşma bugün ölkələr arasında sərhədləri dahada zəiflədir, bugün xaricdə olan xəstəliklər bizdədə öz əksini tapır və s. LAKİN və AMMA mən düşünürəm ki, “Öz evin dura-dura, qonşunun evini düzəltməzlər!”.

Bu videoya əsasən, əlbəttə məndə sözü gedən məsələ ilə, bağlı ödəniş edəcəm, amma səbəb sırf Gülüstan xanıma olan sonsuz hörmətim edi. Bu yazıda Sizə, məsələ həqiqə nəzər nöqtəmi bildirəcəm.

Vacib deyil, amerikan, alman, ərəb, rus nə bilim nə, vacib olan insalıqdır. Düzdür. Mən bu fikirlərlə razıyam. Amma buna baxmayaraq insanlıq ilk əvvəl Sizin ətrafınızdan başlayır.

Məsələn, başa düşmürəm torpağının 20% işğalda olan ölkənin kişisi, necə gedib başqa ölkədə hansısa bir əqidə uğrunda döyüşə bilər… axi sənin öz ölkəndə döyüşçü yoxdur (!)

Məsələn, mən başa düşmürəm ki, Xocalı kimi faciyəsi olan ölkə, necə başqa ölkədə olan proseslərə daha çox diqqət edər… axı, bizim özümüzə ağlayan lazımdır.

Məsələn, mən başa düşmürəm, sosial müdafiyə sistemi bərbad vəziyyətdə olan, təqaüdçüləri cəmi 100-120 manat alan ölkədə, necə 100 dollardan bir nadir xəstəlik üçün pul yığıla bilər.

Məsələn, ucqar kəndlərində təhsilə çox marağı olan, lakin adi kitab və ya rayona gedib repitorda hazırlaşa bilməyən tələbələr ola-ola, necə xarici bir təşkilatın çağırışına qoşulmaq olar.

Məsələn, kimsəsiz uşaqları, qaçqınları, kasıb adamları sonsuz dərəcədə çox olan ölkənin intelektual gəncləri necə başqa ölkəyə diqqət edə bilər?!

Əzizlərim, mənim haqqımda pis düşünə bilərsiz, mənə “xəsis”, “qeyri-adekvat”, “millətçi” deyə bilərsiniz… AMMA mən “evimin içi təmirsiz ola-ola, başqasının, hələ-hələ məndən imkanlı adamın evini düzəldə bilmərəm, düzəltmərəm!” Mən Azərbaycanı, Azərbaycanlıları hər bir millətdən və ölkədən üstün tuturam, mənim üçün ən böyük vicdan-and yeri, mənim vətənim və millətimdir.

Əziz imkanlı, intelektual, savadlı, gənclərimiz, dostlarımız! Ətrafınıza baxın, görün nə qədərdə gənc təhsil almaq istəyən amma, bəsit şəkildə buna imkanı olmayan adamlar var. Görün nə qədərdə sonsuzluq xəstəliklərindən əziyyət çəkən, lakin pula görə xilas ola bilməyən gənc ailələr var… bəlkə bir-az daha sadə, daha “savadsız”, daha “azqlamur” işlər görək, hə?!

P.S. Xahiş edirəm ki, bu yazını heç bir şəkildə fərdi qəbul etməyin, bu mənim konkret sözü gedən məsələyə nəzər nöqtəmdir!

P.S.S. Mənidə sözü gedın aksiyaya dəvət etmişdilər və mən dəvət edən xanıma xüsusi hörmətim olaraq bu məbləği odəyəcəm!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Təşəkkürlər İlkin, düzgün məqama toxundun, oxuyan kimi yadıma Üzeyir Hacıbəyovun – "Biz necə iş görürük?" felyetonu düşdü….

    • Sag ol ki, oxuyursan!) Uzeyir bey vaxtinda bunların hamısı görüb və yazıb… bizə sadəcə oxumaq və nəticə çıxarmaq qalır!)

  2. Tam Razıyam.Bizim bir Bütün Devletimiz,bir Milletimiz olmadığı kimi düzgün bir İnsaniyyet-merhemet hissimiz de yoxdur heyifki…

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close