image_pdfimage_print

Marketinqin və ya marketoloqun işinin ən bariz nümayiş etdirildiyi yer dedikdə ilk ağla gələn əlbəttə, ki pərakəndə ticarət obyektləri olur. Məhz burda brendlər öz liderliklərini sübüt edirlər, məhz burda hazırlanan reklam kampaniyasının təsiri ortaya çıxır, məhz burda müştəri loyallığının nə olduğu hiss edilir və s. Biz bu yazıda ölkədə olan pərakəndəçilik xasiyyətinin gələcəkdə hansı formada olacağı barədə fikirlərimizi paylaşmaq istəyirik.

İlk öncə deyim ki, ölkədə pərakəndə ticarət geniş vüsatla və dinamik formada inkişaf edir. Bir vaxtlar balaca “budka” ilə başlayan ticarət məntiqi, bugün supermarketlərdən böyük gipermarketlər istiqamətində dəyişir. Tezliklə, şəhər kənarlarında olan böyük gipermarketlərin bazarda rəqabətə necə təsir etdiyinə, hamımız birlikdə şahidlik edəcəyik. Amma mən, bugün Sizin müşahidə etdiyim başqa bir məsələ, supermatketlərdə xərclərin necə yüksək səviyyədə olduğu deyəcəm.

Bakıda olan orta statistik supermarketə girdikdə, demək olar ki, hər 4-5 kv.metr yerə bir satıcının nəzarət (xidmət) etdiyini müşahidə etmisiniz. Həmçinin müşahidə etmisiniz ki, kassaların yanında xüsusi adamlar tutulur ki, alınan malları “sumkaya” yığa bilsin. Butün supermarketlərimizdə çantaların necə gen-bol istifadə edilməsini görürsünüz və bəlkədə bizə elə gəlir ki, bu əladır. Əslində isə, marketlərdə olan xərclərə belə nəzarətsizlik dolayı yolla müştərilərin cibindən çıxır.

Hələ 3 il bundan əvvəl fransuz pərakəndə nəhənfi Auchan dünyanın ən bahalı şəhəri olan Moskvada supermaketin içində hər bir sentin qədrini bildiyi hiss edəndə, çox təəcübləndim. Hətta xətrimə “dəydiki” mən sumkanı niyə özüm çıxarmalıyam…, amma indi başa düşürəm ki, məhz belə atdığı addımların hesabına bu supermatketlərdə qiymətlər Moskvada demək olar ki, ən ucuzlarından edi.

Bugün Azərbaycanda istər supermarket, istər digər sektorlar üzrə pərakəndə şəbəkələrdə xidmət xərcləri xarici ölkələrlə müqayisədə çox yüksəkdir. Heç bir ölkədə bir supermarketdə bizdə olan qədər işçi yoxdur.

Hesab edirəm ki, yaxın 2 il ərzində Azərbaycanda olan supermatketlərdəki işçilərin sayı, ən azı 2 dəfə azalacaq. Buna marketlər sadəcə məcbur olacaqlar. Necə?

  • İşçilərin sosial müdafiyyəsi daha güclənəcək. Bu özündə bir işçiyə düşəcək xərclərin sahibkar üçün daha yüksək olmasına gəririb çıxaracaq. Nəticədə sahibkar məcbur olaraq artıq işçilərdən imtina edəcək və biznes-proseslərini dahada optimallaşdıracaq.
  • Hər bir manatın üğrunda mübarizə başlayacaq. Pərakəndəçilər gürəcək ki, artıq boş ərazi anlayışı yoxdur. Onların təklif etdiyi xidməti demək, olar ki, hamı verir. Nəticədə yüksək marjalar haqqında deyil, konkret xərclərin azaldılması üzərində işlər gedəcək.
  • Şəhərdə olan arenda xərclərinin dəyişməsi, parkinq siyasətinə ediləcək sərt qaydalar, pərəkəndə satışın xərc strukturunu və yerləşmə qaydalarını tam dəyişəcək. Bu baxımdan, üzümüzü gələn vaxtlarda ticarət obyektlərinin daha az maliyyətli (icarı haqqı olan) yerlərə doğru yer dəyişməsi gözlənilir.

Ümumiyyətlə yaxın 2 il ərzində ölkədə olan istər Vergi, istər Sosial müdafiyyə, istərəsədə icarə haqlarının dəyişməsi, pərakəndə ticarət obyektlərinin şəhər mərkəzindən, daha kənarlara doğru hərəkət etməsi ilə nəticələnəcək. Əsas faktor kimi, məhz rahat dayanacaq imkanları, böyük ərazi və infrastruktur olacağını düşünürəm.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close