image_pdfimage_print

Əminəm ki, çoxlarınız istər Euronews-a, istərsədə sosial şəbəkələrdə ölkə reklamları görürsünüz. Məndə baxıram, amma sözün açığı Azərbaycanımızın reklam konsepsiyasını hələlik başa düşə bilməmişəm. “Land of Fire” sloqanının tam ölkəmiz haqqında dolğun məlumat verəcəyini və (və ya) bizim ölkəmizin qlobal arenada irəli çəkəcəyinədə inanım yoxdur. Mövzunu bu yaxınlarda kiçik qonşumuz Gurcustanın çəkdiyi reklamla başlamaq istəyirəm.

Qonşumuz son dərəcə sadə, amma sadə olduğu qədərdə təsirli üsullarla öz ölkə brendini qurmağa çalışır və Sizə deyim ki, bizdən müqayisədə büdcəsi ən azı 5-dəfə daha azdır.

Vacib deyil reklam çarxı, ölkəni reklam edir, məhsulu və ya xidməti mütləq qaydada hər bir reklam özündə 3 ciddi fundamenti əhatə etməlidir. Belə olmadıqda verilən pul havaya atılmış kimi olur. Daha konkret desək hər bir reklam rolikində mütləq aşağıdakı parametrlərə diqqət etmək lazımdır:

  1. Müştəri kütləsi düzgün təyin edilməlidir. Yəni çəkilən reklam konkret hansı hədəf kütlə üçün hazırlandığı bilinməlidir.
  2. Mesaj aydın olmalıdır. Verilən mesaj məhsulun real olaraq verdiyi dəyərə və rəqabət səviyyəsinə uyğun olmalıdır.
  3. Reklam hərəkətə çağırmalıdır. Yəni izləyici konkret olaraq baxışdan sonra hansısa bizim istədiyimiz hərəkət haqqında düşünməlidir.

Bəs bizim ölkə reklamında necə, bu parametrləri toxunulurmu? Birlikdə bu reklamın birinə baxaq.

Reklam rolikində konkret olaraq hədəf kütlənin kim olduğu bilinmir. Daha konkret desək, bilmək olmur ki, Azərbaycana kim bu reklamdan sonra gəlməlidir, kimlər üçün Azərbaycan daha cazibədardır və ya kimlər Azərbaycanda axtardıqlarını tapa bilərlər.

Verilən mesaj son dərəcə qarışıqdır. Ölkənin konkret turizm faydaları bilinmir, mesaj sayı çoxdur, və qarışıqdır. Nəticədə yadda demək olar ki, heçnə qalmır. Nəzərə alsaq bunu hansısa bir xarici görəcək və bu roliki Azərbaycana gələcək… inanın səmimiyyətimə xaricilərin belə şeylərə baxıb, yadda saxlamaları real deyil.

Reklama baxdıqdan sonra… heç bir hərəkət, heç bir aktivlik istəyi olmur, heç olmasa, biz ölkəmizədə çağırış etmirik. Bununla reklam sadəcə son dərəcə gözəl və keyfiyyətli (bahalı) hazırlanmış video-roliklərinin cəmini bənzəyir. Ümumiyyətlə bu reklam deyil, video-sujetə oxşayır… elə bir reklam deyir ki, “Eşi bizdə neft var… pul problemi yoxdur, sadəcə hamı reklam edir, bizdə bir bahalı çəkiliş etdik…”. Amma bu doğru deyil, bizə bu reklamlarla xarici turistlərin cəlb edilməsi lazımdır.

Biz çox istəyirik ki, bizim reklamlar daha təsirli olsun, xaricilər daha çox Azərbaycanımıza gəlsin və əlbəttə bununla ölkəmiz daha güclü olsun. Növbəti yazılarımızda Azərbaycan brendinin mövqeylənməsi üçün düşüncələrimiz barədə söhbət edəcəyik.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close