image_pdfimage_print

…bu bloq post, Azərbaycanda ilk praktik Marketinq təlimləri olan Marketinq AİR məzunlarına həsr edilir. Biz Sizinlə fəxr edirik!

Əminəm ki, çoxlarımızın beynində nə vaxtsa biznesə sahib olmaq və ya tezliklə biznes açacağı barədə fikirlər “dolanır”. Bu əladır, çünki nəyisə istəmək, hədəfə çatmağın demək olar ki, 50% deməkdir. Amma bəzi hisslər, bəzi istəklər və ya bəzi yollar var ki, bununla biz biznesimizi hələ başlamamışdan məhv edirik. Nəticədə ya biznes olmur, ya da biznes elə olmayan kimi bir şey olur. İcazə versəniz, mən bu yazıda Sizinlə biznesə başlamadan ən çox yayılmış üç səhv barədə söhbət edim. Olar!?

Artıq bu sətirləri oxuyursunuzsa deməli icazə verirsiniz. Onda vaxtınızı almadan biznesi başlamadan məhv etməyin üç əsas yolunun(düşüncəsinin) izahına keçirəm.

Birinci düşüncə – Biznes qurum geşəng pul qazanım. İqtisadi ədəbiyyatlarda (əsasəndə azərbaycan dillilərdə, “а ля нархозчиклер kimi!)), sahibkarlıq, şəxsi biznes sözünü az qala pul, var dövlət sözünə sinonim kimi istifadə edirlər. Əlbəttə, bu çox böyük yalnışlıqdır. Yalnız pul qazanmağı qarşınıza hədəf qoyduğunuz zaman, biznesin uğursuz olma ehtimalı böyüyür. Şəhərdə ən böyük avtomobil yuma məntəqəsi qurmaq, xanımlar üçün mükəmməl xidmət və dadlı çay verəcək – çay evi qurmaq, bölgədə son dərəcə gözəl dizaynlı mebel salonu açmaq kimi biznes missiyalar qoyub, “restoran açım geşəng pul qazanım” məntiqi biznesi uçuruma aparır. Biznes yalnız uğurlu olduğu zaman sahibinə pul qazandırır, biznesin uğurlu olması üçün isə, sahibkarın əzmlə çalışması, düzgün düşüncəyə sahib olması vacibdir. Unutmaq olmaz ki, biznesin əsas məqsədi sahibkarın xəyallarına çatmasıdır, heç bir şəkildə daha çox pul qazanmaq uğurlu bizneslərdə missiya kimi ola bilməz.

Xəyallara çatmağın yolu şəxsi biznesdən keçir. Bu xəyala çatmaq üçün isə, ciddi işləmək və düşüncə, arzu olmalıdır. Bu arzu heç bir şəkildə maddiyata bağlana bilməz, necə ki, maddi motivasiya işçiləri uzunmüddət motivə etmir, eləcədə daha çox pul qazanmaq biznes üçün əsas motivasiya ola bilməz.

İkinci düşüncə – “Mən 09:00 – 18:00 işləməyi sevmirəm və sərbəstlik və rəhbər olmağı sevirəm”. Əzizlərim, çox uzağa deyil, ətrafımızda olan əfsanəvi Azərbaycan bizneslərini təhlil etsəniz görücəksiniz ki, bu şirkətlərin sahibləri bir vaxtlar gecə-gündüz işləyiblər. Nəyin ki, 09:00 – 18:00… onlar sutkada 18 saat işləyən adamlar olublar. İstər Feminası, istər İdeal Parfumeriyası, istər Embawood-u, istər FAB boyası (OMİD), istərsədə digəri, inanın mənə bu şirkətlərin sahiblərinin iş qrafikinə baxsanız, onların niyə sektoru lideri olduğunu başa düşürsiniz. Əlbəttə çox işləmək hələ heçnə demək deyil, amma əziyyətsiz uğur qazanmaqda real görünmür. Şəxsi biznes insanın vaxtını, düşüncəsini, istirahətini, rahatlığını alır. Yuxarıda dedim ki, xəyallar olmadan bu təziqi dözmək olmaz. Yalnız ali dəyərlər, yalnız qurulan xəyallar bizi belə inamla və yorulmadan işləməyə motivasiya edə bilər. Əgər Siz çalışdığınız şirkətdən çıxaraq: “Bəsdir kiməsə işlədim, qoy indi özümə işləyim” məntiqi ilə düşünürsünüzsə… risk etməyən biznes alınmayacaq.

Biznes sərbəstlik demək deyil, sərbəstlik axtarırsınızsa, Sizin üşün ən ideal məşğulluq “Salla başına, al maaşınıdır!”. Sərbəst olmaq üçün biznesinizin üzərində hələ çox çalışmalısınız, sonra isə, hələ məlum deyil. Balıqçı misalı yadıma düşdü!)

Üçüncü düşüncə – filankəs qazandı, mən qaldım. Çox zaman, fikir verirsinizsə, Azərbaycan biznes ideya təxminən belə yaranır: “Ahəə-əəə filankəs, filan yerdə restoran açıb (ola bilər mağaza, sex, şadlıq sarayı, nə bilim nə), yaman qazanır… bəlkə məndə edim?!” Digəri deyir: “Ahə-əəə edim nədi, etdə, nə gözləyirsən, “prostu” bir-az ucuz elə” və… biznes açılır. Bu “bir-az ucuz elə” anlayışı bugün Azərbaycan biznesinin butün sahələr üzrə əsas düşmənidir. Heç kim demir, fərqli elə, yenili elə… ümumiyyətlə “sən onun etdiyini niyə edirsən?”, hamı bir şey istəyir: eynisini et, ucuz elə. Sizə səmimi deyirəm kiminsə etdiyi edən və ucuz olmağa çalışan bizneslərin 90% məhv olur. Dünyada bunu ən yaxşı bacaranlar Çin və Koreya brendləridir, amma biz bunu hələdə çözə bilmirik ki, niyə Çində eyni şey ucuz, Koreyada eyni şey daha gözəl və ucuz olur. Düzdür, alınmayacaq iş yoxdur, amma fərqlilik olmadan nəyinsə alınması çox çətin görünür. Heç maraqlıda deyil, bizdə əsas məntiq “Bir-az ucuz elədir”, nəyin hesabına ucuz olacaq, suallı heç kimə maraqlı deyil!)

Biznes müştəriyə əlavə dəyər verərək fərqlənmə qabiliyyətidir. Fərqlilik olmasa muasir dövrdə biznes qurmaq mümkün deyil. Dərt etməyin, heç kim Sizdən ixtira istəmir, amma açdığınız biznes heç olmasa, konkret corafi əhatədə fərqlənməlidir. Fərqlən və ya məhv ol!

Əzizlərim əsl xoşbəxtçilik, əsl pəşakarlıq yalnız şəxsi biznes olduqda hiss edilir. Amma unutmayın, sahibkarlıq özü belə xüsusi bilik, professionallıq tələb edir. Buna öyrənmək üçün ən ideal platforma məhz, korporativ şirkətlərdir. Düşünürəm şəxsi biznes açmağa gedən yol, ilk əvvəl korporativ mühitdə çalışmaqdan keçir… neysə bu yeni bloq mövzumuzdur. Hələlik, bu qədər!)

Sonda da özümüzük Sizə dördüncə bir məsələni deyim. Biznesi yaranmadan məhv etməyin ən sadə yollarından biridə – düşünməkdir. Bəli, bəli, düz oxuyursunuz. Sadəcə düşünmək, lazımlı, lazımsız, düşünmək. Çox düşünməyin inandığınız iş varsa, hərəəkət edin – karvan yolda düzələr!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Mən bu yazınızı oxuduğum ən maraqlı,faydalı yazılardan biri kimi dəyərləndirirəm.

  2. İlkin Sizin məqalələrdən istifadə edirəm cox yaxşıdı

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close