image_pdfimage_print

Əziz oxuyucular, daha əvvəldə bloqda mənə yazdıqlarınızı nəzərə alaraq, Sizi məlumatlandırıram ki, 07 sentyabr-a bir gün, Brendinq və korporativ brendlərin idarəedilməsi mövzusunda keçiriləcək təlimimiz olacaq. Təlim Barattson School of Business & Finance tərəfindən keçirilir və mən 1 gün ərzində brendinq haqqında bildiklərim, etdiklərim barədə Sizləri məlumatlandıracam. Təlim ödənişlidir və iştirakçılar əldə edəcəkləri biliklərlər yanaşı beynalxalq səviyyədə akreditasiya olunmuş serfikatla təltif ediləcəklər. Daha konkret olaraq təlimdə biz Sizinlə aşağıdakı istiqamətlər üzrə təhlillər aparacağıq.

Təlimdə əhatə olunacaq mövzular :

  1. Brend yaratma alqoritmi. Konkret olaraq təcrübəmizdə yaratdığımız brendlərin yaradılmasında olacaq ardıcıllıq və sistem barədə məlumat verəcəyik.
  2. 4D brendinq və Azərbaycanda adaptasiyalar. Məhşur modelin Azərbaycan versiyasında ola biləcək yolları və inkişaf istiqamətləri barədə danışmaqla yanaşı, biz 4D modelinin yerli bazara adaptasiya olunmuş modelini söhbət edəcəyik.
  3. İMlead texnoloqiya üzrə brend siyasətinin formalaşması. Patendləşdirilmiş texnoloqiya ilə biznes hədəflər, brend hədəflərin qarşılıqlı əlaqəsi barədə danışaceyik.
  4. Strateji brendin kommunikasiyaları. Əlbəttə marketinq, brendinq mövzusu varsa, kommunikasiya mütləq olmalıdır, bir növ bu brendinqin görünən hissəsidir. Yerli reklam vasitələrinin seqmentlərə görə təsirindən danışaceyik.
  5. Azərbaycan reallıqlarında brendin mövqelənməsi üçün 3 alət. Bu mənim sirrim olsun, təlimdə izah edim, olar?!)
  6. Məhsul siyasəti və brend menecmenti. Brendin özəyi məhsul olduğundan biz məhsul idarəedilməsi və BCG matritsasının və digər təhlil elementlərini yerli bazara adaptasiya olunmuş modelini Sizlərə izah edəcəm (bu model çox təsirli praktik alətdir!)
  7. Qrup formasında brend yaradılma alqoritmi (praktiki iş). Sizində başa düşdüyünüz kimi, öyrəndiklərimizi konkret keyslərlə bərkidəcəyik.

Biz düşünürük ki, bu təlim xüsusi auditoriya üçün çox maraqlı ola bilər. Daha konkret desək təlim aşağıdakı kateqoriyaya aid dostlarımız üçündür:

  • Biznes Peşəkarları
  • Marketinq və satış sahəsində rəhbər və işçi heyəti
  • Brend Menecerləri
  • Biznesə başlamaq istəyənlər
  • Korporativ Brend sahəsini daha da təkmilləşdirmək istəyənlər. 


Təlimin sonunda iştirakçılar Beynəlxalq formatlı Sertifikatla təltif olunacaqlar.

Təlimin qiymətli: 350 AZN. Qeydiyyatdan keçmək üçün:
office@barattson.com
(012) 505 44 96/97
(070) 205 44 96/97

Hər birinizi təlimdə gözləyirəm.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close