image_pdfimage_print

Nahar vaxtı işçilərə yemək vermək, əminəm ki, çoxlarımız üçün bir sualdır. Bir tərəfdən bu şirkətin sabit xərclərini artırır, digər tərəfdən bu işə düzgün yanaşdığımız zaman, bu “xərcin” necə böyük divident, investitsiya gətirdiyi ortaya çıxır. Mən düşünürəm ki, yemək vermək, işçilərin (daxili müştərilərin) məmnuniyyətini artırmaq üçün strateji əhəmiyyət kəsb edir və sahibkar mütləq işçinin rahat iş şəraitinin yaradılması üçün əlindən gələn hər şeyi etməlidir. Fikrimi bir neçə real biznes keyslərlə əsaslandırmağa çalışacam.

Biznesdə son dərəcə böyük uğur qazanmış sahibkarların etdiklərinə nəzər salaq.

Dünyanın ən böyük avtomobil şirkəti olan Wolksvagen özünün vətəni hesab etdiyi Wolksburg olan fabrikində, şirkətə məxsus fermaya sahibdir. Bu fermanın saxlanılmasında əsas məqsəd alman şirkətinin işçiləri üçün keyfiyyətli nahar yeməyinin hazırlanmasıdır. VW bütün fabriklərində keyfiyyətli nahar yeməyi verilir, ödənişsiz. Xatırladıram ki, bu ənənə şirkətin ilk yarandığı gündən mövcuddur və bir növ tarixi ənənə kimi daim saxlanılır.

Google ofisi… haqqında çoxlarınız bilirsiz. Google bu işdə bizim düşündüyümüzdəndə irəli gedə bilib. Gündə üç dəfə “шведский стол” məntiqi ilə işçilərini qida ilə təmin edən şirkət dünyü üzrə ən uğurlu iş icrası əmsalına malikdir. Bu haqda Sizinlə daha əvvəl gördüklərim barədə söhbət etmişdim.

Yerli şirkətlərimizdə vəziyyət əslində fərqli deyil… FAB boyalarında verilən nahar yeməyi şirkətdə çalışan bütün əməkdaşlara təqdim edilir. Maraqlısı budur ki, şirkət sahiblərindən tutmuş, fəhlələrə gədər hamı bir qazandan və bir yerdən yemək yeyir. Mən bu mənzərəni göründə tam gürür hissi keçirdim. Sevindirici haldır ki, Azərbaycandada belə sahibkarlar var.

Embawood şirkətidə özünün Masallı fabrikindən qazandığı ənənəni bir-başa olaraq tətbig edir. Bugün şirkətin butün ölkələrdə olan fabrikində ilk olaraq yemək yerləri hazırlanır Xatırlayıram… o vaxtlar Embawood Ukraynada fabrik quranda bütün ukrayn işçilər çox təəcüblənirdilər ki, Azərbaycan şirkəti burda fabrik qurur və işçilərinə pulsuz yemək verir. Eyni şey şirkətin butün bölmələrinə aiddir. Hətta mağazalarda belə yemək tam ödənişsizdir!

Deyə bilərsiniz keçdiyim misallar böyük və sektor lideri olan şirkətlər haqdadır və xırda, orta səviyyəli biznes üçün keçərli deyil. Amma əksinə atdalarını çəkdiyim şirkətlərin hər biri dediyimiz standartları hələ böyük şirkət olmamışdan qoyub və bugünə qədərdə uğurlu davam edir. O şirkətlər ki, belə ənənələrini pozur, heç vaxt uğur qazana bilmir.

İşçiyə yemək vermək bəlkədə çox bəsit və kimlər üçünsə “gülməli” görünə bilər. Deyə bilərsiniz, düşünə bilərsiniz ki… yemək nədir ki, hələ bir işçi sadiqliyi yaratsın… AMMA, inanın elə deyil. Niyə?

Birincisi işdə verilən dadlı və keyfiyyətli yemək, işçilərlə işə götürən arasında son dərəcə dərin bağ yaradır. İşçiyə yemək əvəzinə pul verdikdə, işçi bu pulu yeməyə xərcləmir… və bir müddət sonra elə gəlir ki, o yeməyə hər dəfə əlavə pul xərcləyir. Lakin bunun yerinə keyfiyyətli və dadlı yemək verməklə işçilər bir növ alışqanlığa keçirlər və şuuraltıda olsa, onlar üçün bu yemək bir dəyər formasına gəlir.

İkincisi işdə yemək verməklə kollektiv arası münasibətlər daha səmimi olur. Şirkət sahibləri, rəhbərliyi ilə bir qazandan yemək yemək işçi üçün əlavə stimul verir. Həmçinin bu şirkətdə bərabərlik yaradır.

Üçüncüsü iş yerində yemək verməklə nahar fasiləsinə gedən vaxt daha optimal olur, işçi iş yerindən kənarlaşmır, nəticədə daha çox və səmərəli işləyir. Həmçinin işçi iş yerindən kənarlaşmaqla əlavə düşüncələr və ya konkret biznesə aid olmayan qayğılarla rastlaşır (probkalara düşmək öz yerində…).

Dördüncüsü iqtisadi cəhətdən bir qazanda yemək bişirib kollektiv yemək yemək, daha ucuz başa gəlir, nəyin ki, eyni şeyi çöldə yemək və s.

İşçilərə yemək vermək, düşünürəm ki, biznesin miqyasından asılı olmayaraq hər bir sahibkara işçilər qarşısında əlavə dividentlər verə bilər. İşçi məmnun olmadan heç bir biznesdən əlbəttə söhbət gedə bilməz. Axı hər şey evin içindən başlayır!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close