image_pdfimage_print

Yadıma gəlir hələ 2012-ci ildə, bloq fəaliyyətinə təzə-təzə başladığımız vaxtlar, IB Club-da olan dostlarımız ilk Məclislərindən birinə məni spiker olaraq dəvət etdilər… nə gizlədim, danışacağım mövzunu bilmirdim. Hardan bilərdim!? İnsan nə dəyəcəyini bilməyəndə ən sadə üsul kimi, həqiqəti deməlidir. Düz hər zaman düzdür… və o vaxt iş karyeramda istifadə etdiyim və özüm tərəfimdən “qızıl 10luq” adlandırdığım prinsipləri danışdım. Video baxa bilərsiniz. (O vaxt cavan vaxtlarım edi, bəzi sözləri tam intonasiya ilə deyə bilmirdim… indi məncə daha yaxşı danışıram!)

2014-cü ildi, o vaxt olan qızıl 10luq öz yerində və həqiqətində qalsada, indi yeni daha fərqli prinsiplərim var. Bu prinsiplərin hesabına biz növbəti 2 ildə inkişaf etməyi planlayırıq. Mən Sizə bloq post vasitəsi ilə bu qızıl hesab etdiyim prinsipləri danışacam. Maraqlı olsa mütləq oxuyun, yaxşı?)

Bu prinsipləri mən ayrı bloq-postlar şəklində Sizinlə bölüşmüşəm… amma yenədə istədim bir əldən “topdan” Sizlərlə bölüşüm. Başlayaq?

Qızıl qayda №1. Hər şey başlamaqdan, başlayır. Nəyəsə nail olmaq üçün, nədəsə uğur qazanmaq üçün, sadəcə başlamaq lazımdır. Əzizlərim Siz başlamasanız, 100% uğur qazanmayacaqsınız. Başladığınız andan Sizin uğur qazanma şanslarınız artır. Nə gözləyirsiniz!? (bu yazını oxuyun)

Qızıl qayda №2. Velosiped ixtira etməyin – KOPYALAYIN. Bəli-bəli mən bu sözdən utanmıram, etdiyim, edəcəyim butün işlər – kopyalanmanın üzərində qurulub. Kopyalanma dedikdə biz bu sözün tam mənada deyil, məcazı mənasını başa düşürük. Muasir dövrdə velosiped ixtira etmək lazım deyil, səhvdir. Ondansa, sadəcə gözəl velosiped tapıb onu yerli şəraitə bençmarkinq edin. Bençmarkinq sözünə diqqət edin, bu sözlə dost olun. Azərbaycan kimi ölkəkələrdə bu çox vacibdir. Ətraflı bu yazıda oxuyun.

Qızıl qayda №3. Baxmayın, görün. Bizim ətrafımızda çox maraqlı hadisələr baş verir. Amma biz bunları görmürük. Siz bugün bu bloqa baxırsınız, amma burda 100% hansısa bir imkan, fürsət var. Kimlərsə bunu görür…, kimlərsə sadəcə baxır. Sizin iş yerinizdə biznesinizin inkişafı üçün 100-lə yollar var, şəxsi biznesiniz üçün 100-lə imkanlar var…, amma Siz bunları görmürsünüz, sadəcə baxırsınız. Əzizlərim uğur qazanmaq üçün hamının baxdığı istiqamətlərdə nələrisə görmək lazımdır. Ətraflı buradan oxuyun.

Qızıl qayda №4. Şərikli işlər görün. İstər biznesdə, istər hansısa başqa bir fəaliyyətdə risklərinizi minimalizə etmək üçün, şərikli işlər görün. Heç vaxt yükü tək öz üzərinizə çəkməyin. Əgər şərikiniz yoxdursa və biznesinin kifayət qədər rentabellidirsə, heç kimi özünüzə yük etmək istəmirsinizsə, o zaman, işçilərinizi özünüzə şərik edin. Onlara əmək haqqıdan başqa faiz, mənfəətdən pay verin. Qoy onlar işin yükünü ciyinlərində hiss etsinlər. Belə olduqda biznes Sizə həzz verəcək. Biznesin ağır yükünü paylaşmış olacaqsınız. Eybi yox az qazanarsınız (bəlkədə çox), amma həyatdan kayf alacaqsınız. Ətraflı bu yazını oxuyun.

Qızıl qayda №5. Praktika, praktika, bir daha praktika. Fikir verirəm, fikir vermisiniz… nəzəriyyəçi adamlar biznes istiqamətində çoxlu maniyələr edirlər. Hətta mənim bir dostum deyir ki, artıq bilik biznesə mane olur. Mən onunla razı deyiləm, amma nəyisə çox düşünmək biznesə həqəqətəndə ziyandır. Bizim çox düşünməyə vadar edən isə nəzəri biliklərimizin yaratdığı qorxu hissidir. Heç vaxt nəzəriyyə alüdə olmayın. Ay biznes nədir, ay marketinq nədir, ay marka nədir, brend nədir… qardaş inanın səmimiyyətimə bu biliklər heç kimə lazım deyil. Lazımdır eee, akademiyada işləyən adamlara, bu bizim işimiz deyil, biz öz biliklərimizi tez pula çəvirməyin yollarını tapmalıyıq, bununda yeganə yolu, praktikadır. Praktik adamlarla dostluq edin, nəzəriyyəçilərdən qaçın. Ətraflı bu yazıda oxuyun. Praktikasız marketoloq (biznes adamı), əsgərlikdə olmayan oğlan kimidir…

Qızıl qayda №6. Diqnozsuz resept yazmayın. Necə ki, hər bir xəstəliyin mualicəsi, düzgün qoyulan diaqnozdan başlayır, eləcədə bizim işlərdə təhlil hər şeydir. İstənilən məsələ haqqında fikir yürütməzdən əvvəl özünüzə “Niyə, Niyə və bir daha Niyə” soruşun. Motivi məlum olmadan heç bir adamı, prosesi ittiham etməyin. Huquqşunaslardan dərs alaq, cinayətin motivi bəlli olmadan cinayətkar təqsirli bilinmir. Eləcədə biznesdə səbəbi bilmədən heç bir iş haqqında qərar, fikir bildirməyin. Öyrənin, səbr edin, sonra hərəkət edin. Əksinə yox! Ətraflı buradan oxyun. 

Qızıl qayda №7. Yuxu – İş – İstirahət. Heç bir şəkildə həyatınızı bir-birinə qatmayın: işin iş yeri, yuxunun yuxu, istirahətin istirahət vaxtı var. İmkan verməyən bu üç məsələdən hansısa biri Sizi üstələsin. Bu bizə ziyandır. Çalışın həyatdan maksimum həzz ala biləsiniz, belə olduqda hər şey super olacaq. Ömrünüzü 3 yerə bölün və hər birinə diqqət edin. Belə olduqda Siz daha gümrah olmaqla yanaşı, etdiyiniz işlər daha faydalı və effektiv olacaq. 8-8-8 prinsipi riayyət edin. Ətraflı burada.

Qızıl qayda №8. Şərti şümda kəsərlər. Hər şeyi əvvəlcədən danışın, həll edin. Heç vaxt konkret olmayan işə başlamayın. Məndə hərdən bu alınır, işi özüm qeyri-konkret edirəm… amma bunu mən çox ciddi düşünürəm və istəyərəkdən açıq saxlayıram ki, lazım gəlsə “oynaya” bilim. Siz etməyin, məndə bunu “tərgidəcəm”. Faydası az olur. Konkret olsun, düzgün olsun. Belə olduqda vaxtınız və enerjiniz daha az gedəcək. İşlər daha bərəkətli olacaq. Ətraflı burada oxuyun.

Qızıl qayda №9. Vaxtınızı idarəedin. Hər bir şeydə olduğu kimi vaxtda idarəedilməlidir. Amma vaxtın bir funksiyası var – vaxt geriyə qayıtmır və son dərəcə məhduddur. Deməli biz ən faydalı və bizə dəyəri çox olan işlərlə məşğul olmalıyıq. Bu hansı işlərdi? Bu bizə həzz verən işlərdi. İş görüldükdə, iş kimi hesab edilirsə bunu effektiv etmək olmur. Mən gördüyüm butün işlərdən tam mənada həzz alıram. İstər German Studio, istərsə mağazalar, istər konsaltinq, istərsədə sadəcə Sizinlə bloqda danışmaq. Həzz almadığınız işləri etməyin, necə mən vaxtında etmədim.  Bunu düzgün etmək bu yazını oxuyun.

Qızıl qayda №10. Mobil facebook-an əl çəkin. Ümumiyyətlə mobil internetdən son dərəcə ehtiyyatlı istifafə etmək lazımdır. Bu qorxuludur. O demək ki, Facebook-a girməyin və s. sadəcə internetdən düzgün və səmərili istifadə etmək bizə lazımdır. Bunun üçün müxtəlif yollar var, mən biri haqqında bir dəfə danışmışdım, buyurun oxuyun!)

Düşünürəm ki, faydalı oldu. Əgər əlavə vaxtınız qalsa bunları mütləq oxuyun:

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Yazıdaki 1 cümlə hərşeyi korluyur.Siz tanınmış bloq yazarısız gərək bütün cümlələrinizi ələkdən keçirəsiz.Əsgərliyə getməyənlərin hamısından özünüzü üstün hesab edirsinizsə mənim üçün problem deyil.Ama ümumilikdə çox şikəst müqayisədir.

  2. 8-8-8 yaxsi prinsipdi :)
    Istifade eleyecem !

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close