image_pdfimage_print

Təxminən 3 ilə yaxındır ki, biz ölkədə ilk dəfə olaraq Azərbaycan dilində, Azərbaycan biznes keysləri ilə dolu, tam praktik marketinq təlimlərini təşkil etdik. Bugün olduğu kimi, ilk görüşlərimiz, düşüncələrimiz gözümün önündədir və… və bugünlərdə biz artıq 5-ci dəfə Marketinq AİR təlimləri üçün yığıma başlayırıq. Təlimlərimiz oktyabr ayının birindən başlayır, buradan qeydiyyata düşə bilərsiniz. Bu məni çox sevindirir, bu o deməkdir ki, biz son 3 il ərzində 200-ən çox gənc marketoloqa marketinqi sevdirə bilmişik və ən əsası, biz öz təlimlərimizi davam etdiririk. Daha bir şad xəbər, artıq bizim təlimlərdə iştirak etmək üçün ölkənin 2 böyük şirkəti iştirakçı siyahısı göndərib və paralel olaraq 40-nəfərə qədər iştirak etmək üçün qeydiyyatdan keçib. İstəyirəm Marketinq AİR təlimləri haqqında olan fikirlərim barədə Sizinlə səmimiyyət edim.

Əziz oxucu, bu yazını mən gecə vaxtı yazıram (saat 01:55 dəqiqədir), bəlkə Siz mən bu yazını yazdıqda yatmısınız (əminəm ki, elədir), amma inanın səmimiyyətimə… gecədə olsa ürəyimdə olan müsbət enerjini mütləq Sizinlə bölüşməliyəm. Sizdən niyə gizlətməliyəm ki?! Axı ölkədə marketinqin inkişafını hiss etmək, Sizidə çox sevindirəcək, elə deyil!? Əlbəttə elədir.

Çoxları mənimlə görüşdükləri zaman təxminən belə bir formada sözlər deyirlər:

İlkin müəllim həqiqətəndə Siz o bazarı düzgün görmüsünüz, ölkədə Sizdən başqa praktik Marketinq təlimi verən yoxdur…

Sən, Rafiq və Anar bu işin içində olduğunuzdan Sizi dinləmək çox maraqlı olur. Ona görə təlimlərə rahatlıqla adam yığırsız, yoxsa Azərbaycanda heç kimə təlim lazım deyil…

Qiymətləriniz çox münasibdir… necə elə aşağı qiymətli təlim edə bilirsiniz? Vaxtınıza heyfiniz gəlsin…

Marketinq AİR olanda başqa heç bir marketinq təlimi yox edi… Siz bazara birinci girdiniz və ona görə hamının ağlında Marketinq AİR var…

Artıq Sizin üçün adam yığmaq çox asanddı… 230 nəfərə qədər adama diplom vermisiniz. Onlarda Siz haqqınızda danışır və nəticədə “Pulsuz reklam” olur…

AİR təsisçiləri sosial şəbəkələrdə çox aktivdir, hərəsinin bir bloqu var, həmçinin ali məktəblərdə dərslər deyirsiniz, buna görə tələbə yığmaq asand olur…

Əziz oxucu, bu fikirlərin heç biri Marketinq AİR təlimlərinin uğur səbəbi deyil. Qətiyyən deyil! Bilirsiz Marketinq AİR uğurlu edən nədir?! Sizə deyim… Bizim təlimləri uğurlu ədən 3 ana səbəb, 3 ana faktor var. Bu faktorlar aşağıdakılardır:

Birincisi biz Marketinq AİR təlimini heç bir şəkildə köçəri (keçici) bir layihə və ya pul qazanmaq mənbəyi kimi baxmırıq. İstər mənim, istər Anar, istər Rafiq müəllimlər üçün Marketinq AİR bir həyat tərzi, çox sevdiyimiz bir məşğuliyyətdir. Çox məsuliyyətli məşğuliyyət. Buna görə biz bu işə, heç bir təmannasız canımızı qoyuruq… qoyacağıq. Axı biz kimlərəsə cüzidə olsa, faydalı olmaqdan həzz alırıq və inanın mənə faydalı oluruq… bugün Marketinq AİR məzunlarının hər biri, heç özləridə bilmədən öz kruqlarında ən azı 50% Marketinq AİRçilərlə qurublar. Bu bizim üçün böyük uğurdur. Marketinq AİR Sizləri, məzunlarını dost edir! Bu superdi, bu bizim daha əzmlə işləməyə… nə işləmək, həzz almağa dartır! Bəlkədə buna görədə bizim təlimlərimizin qiyməti çooox ucuz, dəyəri çox yuxarıdır!?

İkincisi Marketinq AİR təlimçiləri olaraq biz öz üzərimizdə çox ciddi şəkildə işləyirik. Məsələn, adi bir fakt… son Marketinq AİR təlimlərində olan 12 mövzu və ya daha əvvəl ki, təlimlərdə dediyimiz 20 mövzudan heç biri, yeni AİR təlimlərində olmayacaq. Tam yeni mövzular, tam yeni keyslər, tam yeni biznes düşüncə… Siz təsəvvür edirsiniz bu necə çətindir?! Biz hər bir təlimi yenidən edirik kimi yanaşırıq… eyni qalan sadəcə ad və bu adın fundamentini qoyan münasibətlərdir… qalan hər şey tam yeni, necə deyərlər YENİDƏN YENİ olur! Bir şeyin şahidi olmuşam (oluram), zəhmət olan yerdə uğur mütləq olur. Biz Marketinq AİR təlimlərini sözün həqiqi mənasında vaxt, enerji və resurs xərcləyirik… təbii ki, qurban olduğumuz bunu görür. Biz öz tərimiz hesabına yeni və fərqli mövzularla təlimə gələn dostlarımızın qarşısına çıxırıq… bir mövzu və ya bir keys barədə bir dəfə danışırıq ki, aktuallığını itirməsin. Bu dinləyicilər tərəfindən qiymətləndirilir… necə?! Çox sadə, hələ reklam etməmiş təlimlərimizə 40 nəfər qeydiyyatdan keçib… və ya daha əvvəl iştirak edənlər bizi tövsiyyə edir… sadəcə Marketinq AİR təlimlərindən sonra cəmiyyətdə tutduqları yerlərlə!

Üçüncüsü... bəlkədə ən vacibi, biz AİR-çərçivəsində heç kimə öyrətmirik… biz sadəcə bildiklərimizi paylaşırıq. Diqqət edin, Rafiq müəllim demir ki, marketinq kommunikasiyalarında hansı yollar effekt almaq olur… o sadəcə deyir ki, mən belə etmişəm və nəticələrim bu olub. Anar müəllim qətiyyən demir ki, idarəetmədə, strateqiyaların formalaşmasında nələr olmalıdır… o deyir ki, mən belə etdim və nəticə göz önündədir. İlkin… əşi İlkini buraxın, onun nə nəticəsi var, nədə biliyi, təsadüfi adamdı… sadəcə bəxti gətirib “kruqa” düşüb… başını girləyir, onun haqqında heç danışmayaq!)

Əzizlərim Marketinq AİR çərcivəsində biz heç bir şəkildə öyrətmirik… necə öyrədə bilərik!? Bizim məzunlarımız az-qala bizdən çox bilir, ən azından məndən çox bilirlər, AİR-çilər, mən buna inanıram, mən buna ümid edirəm, mən bunu düşündükcə fəxr edirəm, həqiqətəndə belədir.

Biz AİR məzunları ilə təlimlərdən sonra dost oluruq, biz onlarla hansısa mövzularda məsləhətləşirik (sağ olsunlar şəxsən mənə çox kömək ediblər!), onların hər zaman nəsə kömək lazım olsa hər zaman yanlarındayıq. Axı bizim hamıməz “AİRsuyu içmişik”. Amma bunda ciddiyəm, butün AİRçiləri birləşdirən bir xüsusiyyət var – onlar öz işlərini çox sevən, enerjili və pozitivdilər… bəlkə elə buna görə AİR məzunlar öz karyeralarında uğur qazana bilirlər!?

Çox sevindirici haldır ki, bugün AİR məzunlarından bir qismi, heç bir şəkildə, AİR məzunu olduqlarını “dilə gətirmirlər”. İnanın mənə, bu məni sevindirir. Bu o deməkdir ki, bizim məzunlarımız o qədər yüksək zirvələrdədilər ki, AİR məzunu olduqları deməyə ehtiyyac duymurlar… və ya bəlkə onların ətrafındakılar daha mötəbər Marketinq seminarlarında iştirak ediblər… AMMA burada vacib olan bir məsələ var… Biz hər zaman öz məzunlarımızın arxasındayıq, biz hər zaman onlara verdiklərimiz diplomların niyə verildiyinə görə məsuliyyət daşıyırıq… biz bilirik ki, kimə nə vermişik və biz bilirik ki, kim kimdir! Həmdə biz bilirik ki: “Ot kök üstə bitər”. Qoy bizim məzunlar inkişaf etsin, bizim istəyimiz çox sadədir… biz sadəcə onların zirvələrə qalxdıqlarını görmək istəyirik… bu bizim üçün yetərlidir!

Düşünürəm ki, oktyabr ayının birindən başlayacaq Marketinq AİR təlimlərində biz yeni və gələcəkli AİRçilərlədə tanış olaceyik. Biz Sizi gözləyirik!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close