Monthly Archives Avqust 2014

Əminəm ki, çoxlarınız istər Euronews-a, istərsədə sosial şəbəkələrdə ölkə reklamları görürsünüz. Məndə baxıram, amma sözün açığı Azərbaycanımızın reklam konsepsiyasını hələlik başa düşə bilməmişəm. “Land of Fire” sloqanının tam ölkəmiz haqqında dolğun məlumat verəcəyini və (və ya) bizim ölkəmizin qlobal arenada irəli çəkəcəyinədə inanım yoxdur. Mövzunu bu yaxınlarda kiçik qonşumuz Gurcustanın çəkdiyi reklamla başlamaq istəyirəm.

Qonşumuz son dərəcə sadə, amma sadə olduğu qədərdə təsirli üsullarla öz ölkə brendini qurmağa çalışır və Sizə deyim ki, bizdən müqayisədə büdcəsi ən azı 5-dəfə daha azdır.

Nahar vaxtı işçilərə yemək vermək, əminəm ki, çoxlarımız üçün bir sualdır. Bir tərəfdən bu şirkətin sabit xərclərini artırır, digər tərəfdən bu işə düzgün yanaşdığımız zaman, bu “xərcin” necə böyük divident, investitsiya gətirdiyi ortaya çıxır. Mən düşünürəm ki, yemək vermək, işçilərin (daxili müştərilərin) məmnuniyyətini artırmaq üçün strateji əhəmiyyət kəsb edir və sahibkar mütləq işçinin rahat iş şəraitinin yaradılması üçün əlindən gələn hər şeyi etməlidir. Fikrimi bir neçə real biznes keyslərlə əsaslandırmağa çalışacam.

Əlbəttə, bu günlərdə hamını diqqəti bir mənalı şəkildə cəbhədən gələn xəbərlərə yönəlib. Hamımız Azərbaycanımız uğrunda şəhid olan qəhramanlarımızın qanını almaq istəyirik. Digər tərəfdən torpaqlarımızın azad olması üçün müharibənin qaçılmaz olduğunu bilirik. Biz birilik ki, torpağı qanla almaq olar və tarixəndə belə olub… amma mən Sizə, bugün torpaqlarımızın azad olunması yollarından danışmaq istəmirəm (mənim mövzum deyil, mənim bildiyim şey deyil, bloqun mövzusu deyil və s.), mövzumuz bugün fərqlidir. Əziz oxucu, bugünlərdə sosial şəbəkələrdə, döyüşlər haqqında çoxlu statuslar yazılır və mən bu statusları oxuduqca bizə nə qədər mənfi istiqamətdə apardığının şahidi oluram. Sizinlə fikirlərimizi bölüşmək istəyirəm.

Hamımız bilirik ki, döyüşlər zamanı mətbuat müharibəsinin əhəmiyyəti dahada artır. Hətta, ikinci dünya müharibəsində belə, sovet ordusunun qalibiyyətində Levitanın səsinin əhəmiyyətini çoxlarınız bilirsiz. Sovet ordusunun və xalqının bu səs vasitəsi ilə necə yüksək ruhda qaldığını və səfərbəhlikdə əhəmiyyətini hiss etməmək mümkün deyil. Təsadüfi deyil ki, Adolf Hitler öz çıxışlarında Levitası özünün bir nömrəli düşməni hesab edirdi.

12
Close