image_pdfimage_print

Çox zaman istər bloq vasitəsi ilə, istərsədə sosial şəbəkələrdə mənə reklam, marketinq kommunikasiyaları barədə çox saylı suallar verirlər. Əsasən brend kommunikasiyalarda mesaja təsir edən amillər barədə soruşurlar. Mən bu yazıda Sizinlə kommunikasiya strateqiyalarının formalaşmasında brendin həyat tsıklının əhəmiyyəti barədə söhbət açacam. Bu mövzu bizim oktyabr ayının birindən start götürəcək Marketinq AİR təlimlərində ətraflı nəzərdən keçiriləsi olsada, mən bloq oxucularını burdan bəzi düşüncələrimi çatdırmaq istəyirəm. Beləliklə Snikers brendinin nümunəsində brend kommunikasiyalardan danışaq.

Bu reklam çarxı ilə Snikers brendi 1991-ci ildə keçmiş Sovet ölkərinə giriş həyata keçirdi. Reklam çarxında olan mesaja fikir verin –

Mesaj təxminən belədir: “Snikers fındıqdan hazırlanmış şokolad dilimidir və s.” marketinq diliylə desək, əsas məqdəs brendin baza üstünlüklərini müştəriyə çatdırmaqdır. Rolikə diqqət edin, Snikers brendi demək olar ki, butün rolik boyu efirdədir. Niyə?! Çünki brend hələ tanınmır. Bu reklamdan biz aşağıdakı nəticəyə gəlirik:

  • Brend müştəriyə izah edilir;
  • Hədəf kütlə konkret göstərilir (insan portreti mütləqdir, çünki hədəf kütlə özünü reklamdan görməlidir);
  • Məhsulun üstünlükləri tam sərt və bir-başa formada müştəriyə çatdırılır;
  • Kreativliyə deyil, mesajın tam bir başa çatmasına diqqət edilir.

Daha sonra Snikers öz brend siyasətində dəyişikliklər edir. Daha doğrusu baza brend qurulur, hamı Snikersin nə olduğunu bilir və ikinci etap başlayır: brendin üstünlüklərini çatdırmaq və… brend metaforalardan istifadəyə keçir. Nəticədə şokoladın dahada çox fındıqlı olmasını göstərmək üçün “dələ” obrazı yaranır.

Nəticədə brend öz əvvəl verdiyi vədləri daha emosional formada müştəriyə verir. Fındığın çox olması ilə daha yaxşı məhsul xüsusiyyətləri müştəriyə çatdırır.

Daha sonra brend öz faydalarını müştərilərin “dilinə-dəstan” etmək üçün feyllər yaradır – snikerslə…

Bundan sonra brend eyni mesajı saxlamaqla məhsul faydalarını maksimum hədəf kütlənin maraqlarının və kreativliyin hesabına möhkəmləndirməyə çalışır. Məsələn, aşağıda Snikers brendinin, Sizində yaxından tanıdığınız qızıl üçbucaq məntiqindən necə məharətlə və düzgün istifadə etdiyini görə bilərsiniz.

Düşünürəm ki, Snikers brendinin marketinq kommunikasiyaları brendin həyat tsıklına görə dəyişərək daha relevant və ümumi təsir edici olur. Hətta 2014-cü ilin ən böyük idman hadisə belə Snikersdən yan keçməyib. Rolikdə olan sloqana diqqət edin!!!

Bu brendlərdən bizim öyrəcəyimiz hələ çox şey var. Yaxşı ki, YouTube və internet var… yenə nəyisə hardansa oxuya, öyrəcə bilirik!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close