image_pdfimage_print

Əlbəttə, bu günlərdə hamını diqqəti bir mənalı şəkildə cəbhədən gələn xəbərlərə yönəlib. Hamımız Azərbaycanımız uğrunda şəhid olan qəhramanlarımızın qanını almaq istəyirik. Digər tərəfdən torpaqlarımızın azad olması üçün müharibənin qaçılmaz olduğunu bilirik. Biz birilik ki, torpağı qanla almaq olar və tarixəndə belə olub… amma mən Sizə, bugün torpaqlarımızın azad olunması yollarından danışmaq istəmirəm (mənim mövzum deyil, mənim bildiyim şey deyil, bloqun mövzusu deyil və s.), mövzumuz bugün fərqlidir. Əziz oxucu, bugünlərdə sosial şəbəkələrdə, döyüşlər haqqında çoxlu statuslar yazılır və mən bu statusları oxuduqca bizə nə qədər mənfi istiqamətdə apardığının şahidi oluram. Sizinlə fikirlərimizi bölüşmək istəyirəm.

Hamımız bilirik ki, döyüşlər zamanı mətbuat müharibəsinin əhəmiyyəti dahada artır. Hətta, ikinci dünya müharibəsində belə, sovet ordusunun qalibiyyətində Levitanın səsinin əhəmiyyətini çoxlarınız bilirsiz. Sovet ordusunun və xalqının bu səs vasitəsi ilə necə yüksək ruhda qaldığını və səfərbəhlikdə əhəmiyyətini hiss etməmək mümkün deyil. Təsadüfi deyil ki, Adolf Hitler öz çıxışlarında Levitası özünün bir nömrəli düşməni hesab edirdi.

Levitaт dediz yadıma düşdü… böyük vətən müharibəsində cəmi-cümlətini bir radio kanal, və iki diktor fəaliyyət göstərir!!! Təsəvvür edirsiz!?! Müharibə xəbərlərini yalnız Levitanın səsi ilə, digər butün xəbərlər isə, əlavə diktor tərəfindən deyilirdi. Hətta o dövrlər belə informasiya yayımı, sovet ordusunun güclü silahı hesab edilirdi. Bəs indi necədir!?

Indi vəziyyət biyabırçıdır. Televiziyalarımız ümumiyyətlə döyüşə hazır deyil, heç bu haqda danışmaqda istəmirəm… onların işi “Allaha qalıb!”, amma bizim Facebook-da vəziyyət elə bugündə ürək açıcı deyil. “Əli olan” müharibə, şəhidlərimiz, cəbhədə vəziyyət haqqında status hazır və çox təəsüf ki, bu statusların 99% tamamiylə yalnış məlumatlandırılmış adamlar tərəfindən verilir. Döyüş bölgəsində olan vəziyyəti “birinci” əldən alan bir adam kimi, Sizi əmin edirəm ki, internet portallarda verilən məlumatların böyük əksəriyyəti heç bir həqiqətə uyğun deyil və tamamiylə səhvdir. Bəzi reallıqlar var:

  1. Verilən məlumatlar tam populist və dəqiq informasiya qaynağına əsaslanmır
  2. Professional səviyyədə ölkənin müdafiyə nazirliyi informasiya axınlarını idarəedə bilmir… nəyin ki, bilmir, bunun üçün heç çalışmırdı.
  3. Ölkənin birinci kanalı (AzTV) öz gücünü ortaya qoyub butün ipləri əlini almaqdansa… elə özünün aztveliyini edir… bağışlayın “soyuş” istifadə edirəm.
  4. Facebookçular… yalançı populizm dalanca qaçır…
  5. Biz hamımız “tırkaya” gedirik… biz axı, hamımız bir-az yığışmağı, yalandan hay-küy salmağı xoşlayırıq.
  6. Heç kim heçnəyə inanmır… amma inanmaq istəyir və bəlkədə inanır.

Bilirsiz, mən burda daha bu “boş-boş” xəbərləri yazan jurnalistları yox, məhz özümüzü qınayıram. Onlar yazır-yazır… axı biz nə düşüb ki, Facebook porfillərimizdə qaynağını bilmədiyimiz məlumatları yayırıq. Bu məlumatlar yalnız ölkəmizdə deyil, butüvlükdə səhv düşüncələr formalaşdırır. Sizi əmin edirəm, bu düşüncələr bizim üçün dividentlər gətirmir. Hətta bugün mən tərəfdarıyam ki, cəbhə xəttindən olanlar adi əhalidən gizlədilsin… amma bunun özü üçündə bir siyasət bir strateqiya olsun. Yoxsa yalançı twitter hesablarla… uzaq getmək olmaz və adama gülərlər (gülürlər).

Çox istəyərdim ki, müdafiyə nazirliyinin tərkibində cəbhə bölgəsi haqqında xəbərləri yayan, bir nəfər konkret şəxs təyin edilsin. Bu adam mütamadi olaraq press-konferensiyalar versin və bir növ məlumat bir qaynaqdan çıxsın. Təkrar edirəm, heç kim deyə bilməz ki, cəbhədə olan vəziyyət bir-bir əhaliyə çatdırılmalıdır, amma hamı bilir ki, cəbhədə vəziyyət pis olanda, əhali sistematik məlumatlar verilməlidir (doğru demirəm… sistematik deyirəm!). Bugün məlumatın verilməsi səviyyəsi “bərbaddan”-da aşağıdır. Bu bizim ölkəmizə, bizim güclü dövlətimizə yaraşmır!

Bu son 2-3 gündə olan hadisələrdən sonra, mən bir şeydən əmin oldum – əgər müharibə olsun, birinci olaraq ölkədə facebook (və digər sosial şəbəkələr) qadağan edilməlidir. Müharibələr yalnız informasiya hesabına udulur, bunun üçün informasiya axınını idarəetmək vacibdir.

Allah butün şəhidlərimizə rəhmət eləsin, çox inanırıq ki, onların qanı yerdə qalmayacaq və vəzifəsindən (peşəsindən, təhsilindən, nə bilim nəyindən…) asılı olmayaraq hər bir Azərbaycan kişisi özünü səfərbəhliyi və torpaqlarımızın azad edilməsini hazır etməlidir. Şəhidlərimizin qanını, bizlər almalıyıq, necə ki, torpaqlarımızda bizlər azad edəcəyik (etməliyik).

P.S. Təxminən 4-5 gün bundan əvvəl Tərtərdə olduğum zaman, vəziyyətin necə çətin və açınacaqlı olduğunu hiss edirdim…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. İlkin müəllim, maraqlı yazı üçün təşəkkür edirəm. Ancaq hesab Sosial Şəbəkələrin bağlanması məsələsi barədə razılaşmayacam. Əgər "etibarlı mənbəələr" həqiqətən də öz etibar qazanarlarsa o zaman insanlar da paylaşdıqları məlumatlarda daha diqqətli olaralar. Təkrar təşəkkür edirəm.

  2. Razıyam.Adamlar ona gore sosial şebekeden müharibenin gedişatını izleyirler ki,onlara Qarabağa ezam olunmuş hansısa müxbir nese demir,müdafie nazirliyi çox qısır resmi melumatlar açıqlayır,ve televizyalarda şou proqramlarına davam edir…Bele olan halda KİME İNANAQ? sualına cavabı facebookda axtarmaqdan başqa çare qalmır.
    O ki qaldı Müharibe abu-havasına…Bunun üçün kanallar heç 1% de cehd gostermir.Heç adamlarımıza da maraqlı deyil indi şellenmek vaxtıdır şen mahnılarla…Bu arada maraqlı yazı üçün teşekkürler.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close