image_pdfimage_print

Dostumuz Anar müəllimdə olan enerjiyə sadəcə qibtə edirəm (düzdür mən ona heç-zad edə bilmərəm))), amma yənədə. Sizlərə Twitterde dünən olan sual-cavabın ən maraqlı məqamlarını bloqumuz vasitəsi ilə çatdırıram. Buyurun, baxın!)

SUAL – CAVAB

1. serxan huseynov ‏@SerxanHuseyn  Azərbaycanda KPİ-ların peşəkar araşdırılmasına, ayrıca sahə kimi öyrənilməsinə, ayrıca KPİ xidmətinə ehtiyac varmı?

Ilkin Manafov ‏@Ilkin_manafov   Əlbəttə, araşdırmaya hər zaman ehtiyac var. Amma məncə burda bençmarkinq daha üstündür.

serxan huseynov ‏@SerxanHuseyn  KPİ/bençmarkinq sahəsində bir bloq uğurlu alınarmı? Buna ehtiyac varmı (həm ingiliscə, həm də azərbaycanca məqalələr)?

Ilkin Manafov ‏@Ilkin_manafov   Alınar! 100% uğurlu alınar! Amma bloq daha çox gündəlik həyatın haqqınd yazılanda oxunaqlı olur. :)

serxan huseynov ‏@SerxanHuseyn  Azərbaycanda bəlkə. Amma uğurlu bloqqerlər bir mövu üçün bloq yazmağı məsləhət görürlər. Fikriniz çox oriinal oldu. :))

Ilkin Manafov ‏@Ilkin_manafov  Onda bloq maraqsız ola bilər… :))

serxan huseynov ‏@SerxanHuseyn  Sizcə bloqu maraqlı edən mövzunun praktiki və işlərliyi deyilmi?

Ilkin Manafov ‏@Ilkin_manafov  16h

@SerxanHuseyn Məncə bloq yazmaq üçün gərək səmimi və komplekssiz olasan.

serxan huseynov ‏@SerxanHuseyn  Demək istəyirəm ki, KPİ/bençmarkinq özlüyündə maraq toplayacaq bir mövzu deyilmi Azərbaycan üçün?

Ilkin Manafov ‏@Ilkin_manafov  Yalnız ona yönəlik bloq maraqsız olar, məncə. “Məncə” sözünə diqqət edin. :)

2. Anar Bayramov ‏@abayramov  Marketer İlkin Manafov, yoxsa iş adamı İlkin Manafov? Hansı döyər? :)  

Ilkin Manafov ‏@Ilkin_manafov  Bloqqer İlkin Manafovun yanında onlar dalaşa bilməz. :)

 

3. Cabir Suleymanli ‏@slymnlcbr  Bir yevlaxlı kimi Yevlax haqqında insanların mənfi düşüncələri məni narahat edir. Necə rebrendinq etməli? :) 

Ilkin Manafov ‏@Ilkin_manafov  Düşünürəm ki, Yevlaxın imici gündən-günə müsbət istiqamətdə dəyişir. Mən Yevlaxın imicindən razıyam. :)

Cabir Suleymanli ‏@slymnlcbr  Dəyişir, sözüm yox. Bəs sırf Yevlaxa məxsus bir brend necə olar ki, o brendin adı gələndə Yevlax yada düşsün :)

Ilkin Manafov ‏@Ilkin_manafov  Bir vaxtlar dəmiryolu, pambıq, pivə belə idi… İndi calışırıq “mebel” dedikdə Yevlax yada düşsün. :) Bu brendi sən (sənin kimi bacarıqlı gənclər) quracaq, inşallah.

4. Murad Hasan ‏@MurikDeDejavu  Azərbaycanda online reklam kampaniyasında mobil istifadəçi kütləsinə reklamın göstərilməsinə münasibətiniz necədir?

Ilkin Manafov ‏@Ilkin_manafov  Düşünürəm ki, bu, çox doğrudur. Ümuiyyətlə, mobil marketinq gələcəyin istiqamətidir. Marketinq o tərəfə gedir.

Murad Hasan ‏@MurikDeDejavu  Sevindirici haldır. :) Bəs siz bu sahəyə öz dəstəyinizi verməyə hazırsınızmı?

Ilkin Manafov ‏@Ilkin_manafov  Təki əlimdən nəsə gəlsin. :) Hər zaman hazıram.

Murad Hasan ‏@MurikDeDejavu  Sizin fikrinizcə Azərbaycanda məhsul, yoxsa marketinq öz sözünü deyir?

Ilkin Manafov ‏@Ilkin_manafov Hələlik məhsul, amma tezliklə marketinq daha ağır basacaq, deyə düşünürəm. :)

5. Türkeş Rəhimli ‏@TurkesRehimli  Sizcə güclü marketoloq olmaq üçün əvvəlcə güclü satıcı olmaq lazımdırmı, yoxsa marketinq bununla əlaqəli deyil?

Ilkin Manafov ‏@Ilkin_manafov  Bir o qədər də bu fikirlə razı deyiləm. Marketinq ilk əvvəl müştəri başa düşmə elmidir.

6. Babek Musa-Zadeh ‏@babek_mszdh  Marketer üçün marketinq təhsilinin önəmi nə qədərdir və ya siz Almaniyada təhsil almış olmasaydınız, bu gün harda olardınız?

Ilkin Manafov ‏@Ilkin_manafov  Açığı, təhsil önəmlidir. Amma ən vacibi öz üzərində işləmək və networking qabiliyyətidir.  Düşünürəm, Almaniya təhsili olmasaydı, indi digər oxuduğum yerlə xatırlanardım, sizin sual isə o yer haqda olacaqdı. :)

7. Rafiq Hunaltay ‏@hunaltay  Alimlərdən biri ən böyük kəşfini 3 dəfə “evrika” deyərək tapmışdı. Sizcə marketinqdə 3 evrika nə ola bilər?

Ilkin Manafov ‏@Ilkin_manafov  Məncə müştəri, müştəri, yenə də müştəri. Bizim sahənin başlanğıc və son nöqtəsi müştəridir. Sağ olsunlar. :)

8. ANAR MUSTAFAYEV ‏@FOLIOaz  İlkin bəy, yeni bir işə başlayanda ailə dəstəkləməsə, bu iş alınarmı? Ana dilimizdə naming nə zaman trend olacaq?

Ilkin Manafov ‏@Ilkin_manafov  Düşünürəm ki, ailə dəstəyi olmadan heç bir işdə uğur qazanmaq olmaz. :)

9. Teymur ‏@teymur_850  Dostluq əlaqələriniz sizin biznes fəaliyyətinizdə rol oynayırmı? Yaxşı (imkanları geniş) dostlar = yaxşı biznes?

Ilkin Manafov ‏@Ilkin_manafov  Mənim qurduğum bütün bizneslər sırf dostluq əlaqələrinin üzərində qurulub, ilk investisiyam etibar olub. :)

10. Elşən Əmirov ‏@Amiroff_89  Sizi Azərbaycanın Kotleri adlandıra bilərik?  

Ilkin Manafov ‏@Ilkin_manafov  Kotler, Aaeker olduğumu bilmirəm, amma sizlərdən, gənclərdən, Marketinq AİR məzunlarından çox şey öyrəndiyimi 100% bilirəm. :)

11. Aylin Salimova ‏@AylinKotler  İlkin müəllim, bu gün Azərbaycan reklam bazarında hansı problemlər mövcuddur? Bir marketoloq kimi sizin fikrinizi bilmək istərdim.

Ilkin Manafov‏@Ilkin_manafov Əvvəla deyim ki, sektor inkişaf edir. Amma daha yaxşı olmaq üçün reklamı kommersiya elmi kimi görmək lazımdır. Bizdə bu azdır.

 12. Murad Hasan ‏@MurikDeDejavu  Azərbaycanda B2B satışların təxmini neçə faizi “tanışlıq” əsasında olur və bu tilsimi necə qırmaq olar?

Ilkin Manafov ‏@Ilkin_manafov  B2B satışlarının minimum 50%-i tanışlıq əsasında olur, amma bunun üçün də güclü marketinq bilikləri lazımdır. 

13. Intiqam Bashirov ‏@B_Intiqam  İlkin müəllim, niyə bizdə sosial məqsədli reklamlar (siqaret, narkotikə qarşı mübarizə və s.) çəkilib televiziyada nümayiş olunmur?  

Ilkin Manafov ‏@Ilkin_manafov  Ola bilsin xoşbəxtçilikdən bu bizdə ciddi problem deyil, digər ölkələrlə müqayisədə.

14. Anar Bayramov ‏@abayramov  Şirkətin “üstündə” olmayanda şirkət batır? Sahibkar şirkətdə yatmalıdır, başqa sözlə?

Ilkin Manafov ‏@Ilkin_manafov  Şirkətin həyat tsiklinə görə ilk dövrlərdə vacibdir. :) Biznes insan kimidir, nazı ilə oynamadın, sahibindən küsür.

 15. Intiqam Bashirov ‏@B_Intiqam   MBA təhsilinin sizin üçün müsbət və mənfi tərəfləri nə olub? Bu barədə fikirlərinizi bölüşərdiz.  

Ilkin Manafov ‏@Ilkin_manafov  MBA (ümumiyyətlə təhsilin) ən müsbət tərəfi “kruq”dur. Digər şeylər sizin özünüzdən asılıdır.

 

16. Anar Bayramov ‏@abayramov  Şirkətdə nəsə iş görmək istəyəndə şirkətin qeyrətini çəkən “nervinni qaqaş”lar çıxır ortaya ki, pulu küçəyə atmayın. Münasibətiniz?

Ilkin Manafov ‏@Ilkin_manafov  Bu adamlar sahibkar üçün lazımdır. Necə ki, şahmatda “peşka” olmasa udmaq olmaz. Menecer olaraq hesablaşmalıyıq.

Anar Bayramov ‏@abayramov   O “peşka”lar şirkəti sahibkardan daha çox istəyirlər axı. Ən azı elə davranırlar. Buna münasibətiniz? :)  

Ilkin Manafov ‏@Ilkin_manafov  Bəlkə buna görə “peşka”dırlar? çox çəkmir belələri. bilirsiniz də, şahmatda ən qısa ömürlü peşkadır.

17. Türkeş Rəhimli ‏@TurkesRehimli  İlkin müəllim, bu həyatda etdiyiniz ən böyük səhviniz nə olub? :) Hələ də peşmançılığını çəkdiyiniz bir səhv.

Ilkin Manafov ‏@Ilkin_manafov  Çətin sualdır… bir deyil, iki deyil… Twitter açıqdır bunun üçün. :)))  Həyatda insan səhv edə bilər, amma ən qorxulu səhv sonra düzəlməsi mümkün olmayan səhvlərdir, o hələ olmayıb.

18. serxan huseynov ‏@SerxanHuseyn  Ümumiyyətlə, korporativ iş ruhumu yoxdur, yoxsa sadəcə işinimi dəyişməlisən? Necə təyin eləmək olar ?

Ilkin Manafov ‏@Ilkin_manafov Korporativ iş ruhu olmayan insanın uğur qazanması çox çətindir. Işden həzz almırsınızsa, işinizi dəyişin.

19. Raschad Camal ‏@Raschad_Camal  Tərtərdə də marketinq gediş edə biləcək açdığınız dükan? :)))

Ilkin Manafov ‏@Ilkin_manafov  Tərtər mağazasının marketinq gedişi elə o salonun açılışıdır. Mən o salondan həzz alıram, ən sevdiyim yerdir.

20. Rafiq Hunaltay ‏@hunaltay Bir marketoloqun karyerasının ən pik nöqtəsi sizcə nə zaman olur?  

Ilkin Manafov ‏@Ilkin_manafov  Sənin yaratdığın brend haqda sənin yanında danışırlar və bilmirlər ki, sən bunu etmisən. 

21. Aysel Jabrayilova ‏@ANJabrayilova  İlkin müəllim, deyirlər biznesdə emosiyalar yox, rəqəmlər rol oynayır. Münasibətiniz? Emosiyasız biznes olarmı?!

Ilkin Manafov ‏@Ilkin_manafov Qətiyyən yox. Biznes bizim heyatımızı xoşbəxt etmək üçün vasitədir… vəssalam! Bunun üçün emosiya mütləqdir.

Rafiq Hunaltay ‏@hunaltay Teymur paşam olsaydı, deyərdi ki, emosiyasız biznes VÖEN-siz şirkətə bənzəyir. olar, amma bir gün tutulacaq.

İnanıram maraqlı oldu, hə?!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Şəxsən mənimüçün çox xoş idi. Amma mən axırıncı sualımı düzgün çatdıra bilmədiyimə heyfsilənirəm,istədim daha rahat şərhdə soruşum.))
    Mənim sualım o idiki bir sıra firmalar hər mövsüm satışları artırmaq üçün bəzi kompaniyalar təşkil edirlər. Məsələn götürək Coca-colanı “Özün kimi ol” adı altında keçirdiyi kampaniyada Sprite qapaqlarında olan xalları toplayaraq adamlara dəyişik uduşlar təklif edir…Yaxud Fanta qapaqlarını toplayaraq “Fanta Gənclik Festivalı”nda iştirak etmək olar ya da Coca-cola qapaqlarının altından siz Colanın stakanının tapa bilərsiniz.Snickersin təşkil etdiyi “Aclığına qol vur” ,Pepsinin təşkil etdiyi “Oyundan kənarda qalma” Və s….Kimi maraqlı kampanyalar olmasına baxmayaraq. Bizdə satışı artırmaq üçün əsasən məhsulun üzərinə bir başqa nəsə skoçlamağnan edirlər. Tutaq ki 2litr gülüstan alana 0.5 litr hədiyyə. Ya da Səbanın Qatığın alana ayranı hədiyyə və.s. Sizcə bizim yerli brendlər bunu özlərinə niyə rəva bilmirlər? Əllərindən gəlmir yoxsa effektivliyi yoxdu?
    Öncədən təşəkkürlər )

    • Sag olun, sualla gore.

      Burda menim fikrimce esas mentig yerli brendlerde calishan ishcilerin risk etmek istememe meselesidir.

      Hami deyir ki, menlik deyil, cunki dedikleriniz ucun yenilik etmek lazimdir, yenilik her zaman riskdir ve s. Amma unutmaq olmaz ki, marketinqde en boyuk risk ele risk etmelden gorxmagdir.

      Dushunurem ki, tezlikle yerli brendlerimizdende daha fergli kampaniyalar goreceyik!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close